beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müqəddəs Roma imperiyası

Frank işğalları və xristianlığın yayılması Almaniyada feodal münasibətlərinin formalaşmasını sürətləndirdi. Frank imperiyasının süqutu ilə Almaniya ərazisində alman vilayətlərinin bir dövlət halında birləşməsinin təməli qoyuldu. İlk vaxtlar bu dövlət dörd tayfa hersoqluğu - Saksoniya, Frankoniya,Almaniya və Bavariya daxil olmaqla, Reyn, Elba çayları və Alp dağları arasındakı əraziləri əhatə edirdi. İlkin alman feodal dövlətini səciyyələndirən mühüm amillərdən biri iri feodal mülklərinin sürətlə artması idi. Bunun nəticəsində kəndlilərin feodallardan asılı vəziyyətə düşməsi prosesi sürətlə gedirdi. Bir sıra Qərbi Avropa ölkələrindən fərqli olaraq, Almaniya bu dövrdə vahid dövlət idi. Bu dövlətin yaranmasında macarların və normanların hücumlarının dəf edilməsi xeyli rol oynadı. Artıq X əsrin ortaları və XI əsrin əvvəllərindən alman feodal dövləti özü işğalçılıq siyasətinə başladı. Şərqdə almanların əsas işğal obyekti Lababoyu Slavyanlarının torpaqları oldu. 951-ci ildə Almaniya kralı I otto (936-973) Şimali İtaliyanı ələ keçirdi. O, 962-ci ildə Romanı işğal edib, özünü Roma imperatoru elan etdi. bu vaxtdan etibarən təkcə Şimali və Mərkəzi İtaliya deyil, Roma papaları da Almaniya imperatorundan asılı vəziyyətə düşdülər. Sonralar bu dövləti Müqəddəs Roma imperiyası adlandırmağa başladılar.


Tarix: 26.02.2015 / 19:06 Müəllif: Feriska Baxılıb: 108 Bölmə: Almaniya tarixi