Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmməd Mövlazadə

Mövlazadə Məhəmməd Həsən Ismayıl oğlu Şəkuvi ilk dəfə Quranı azərbaycan dilinə tərcümə edən azərbaycanlı dini alim və Qafqaz bölgəsi üzrə ilk Şeyxülislam olmuşdur. O həmçinin Quran üzrə izahlı lüğətin müəllifidir.

Həyatı

Məhəmməd Həsən 1854-cü ildə Şəkidə anadan olmuşdur. O, ilk təhsilini Şəki mollaxanasında almışdır. Təhsilini sonra Gəncə mədrəsəsində davam etdirir. Mədrəsəni bitirdikdən sonra Məhəmməd Həsən bir il Gəncə Cümə Məscidində molla kimi çalışır. O, sonralar təhsilini davam etdirmək qərarına gəlir və bu məqsədlə İraqa gedir. Burada Məhəmməd Həsən dini təhsilini daha da zənginləşdirir.

1891-ci ildə Qafqaza qayıdır və Hicri və Miladi təqvimlərini birgə olaraq fars dilində çap etdirir.

1893-cü ildə Tiflisdə yerləşən "Müsəlman dini məktəbi"ndə İslam dininin qaydaları (Şəriət qanunları) üzrə dərs deməyə başlayır. Sonralar o, Qazi kimi Cəbrayıl, Gəncə, Tiflis və Kutaisidə çalışır.

1908-ci ildə Məhəmməd Həsən Mövlazadə Qafqaz bölgəsi üzrə ilk Şeyxülislam seçilir.

1908-ci ildə Məhəmməd Həsən Movlazadənin "Kitab əl-bəyan fi təfsir əl-Quran" adlı kitabı çap olunur. İki hissədən ibarət olan bu kitabda o, Quranın tərcüməsi və təfsirini vermişdir. Onun bu kitabı 1990-cı ildə Bakıda yenidən nəşr olunur [1] .

Mövlazadə Məhəmməd Həsən İsmayıl oğlu Şəkuvi 1932-ci ildə vəfat etmişdir.


Tarix: 11.01.2013 / 14:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 705 Bölmə: Alimlər
loading...