beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AlimlərKərim Kərimov (akademik)

Kərim Kərimov (14 noyabr 1917 − 29 mart 2003) − akademik, AMEA-nın fəxri üzvü. Kərim Kərimov kosmonavtikanın inkişafındakı xidmətlərinə görə çoxsaylı dövlət mükafatları alıb.
[redaktə]
Həyatı

Kərim Abbasəli oğlu Kərimov 1917-ci ildə Bakıda anadan olmuşdur. Onun atası Peterburqda texniki təhsil almış və Azərbaycana qayıdaraq neft sənayesi sahəsində çalışmağa başlamışdır. Azərbaycan Cümhuriyyəti və Azərbaycanda sovet hakimiyyəti dövründə də o, neft sənayesində mühəndis kimi çalışmışdır. Hələ orta məktəbdə oxuyarkən K.Kərimov radio texnikasına maraq göstərməyə başlamışdır. Radio XIX əsrin sonlarında icad edilsə də, onun Azərbaycanda yayılması işi ləngiyirdi. Azərbaycan Cümhuriyyəti dövründə Fransa ilə bağlanmış müqaviləyə əsasən Gəncədə radioqüllə inşa edilmiş və orada quraşdırılmış qəbuledici Avropada yayılan radio Ardı »

AlimlərFəridə Məmmədova

Fəridə Cəfər qızı Məmmədova – tanınmış alim, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun əməkdaşı.

Həyatı

Fəridə Məmmədova 8 avqust 1936-cı ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Bakı Dövlət Universitetində, ADPU-də, 1997-1998-ci illərdə Xəzər Universitetində və 1998-ci ildən Qərb Universitetində dərs demişdir. 2001-ci ildən AMEA-nın müxbir üzvüdür. 2006-ildən Milli Aviasiya Akademiyasında ictimai fənlər kafedrasının müdiridir.
[redaktə]
Əsas elmi nailiyyətləri

İlk dəfə onun tərəfindən Albaniyada feodal münasibətlərinin genezisi problemi tədqiq olunmuşdur. F.Məmmədova tarixşunaslıqda uzun müddət hakim olmuş I-VII əsrlərdə Albaniyada ibtidai-icma qurluşunun mövcud olması fikrinin yalan olduğunu sübut etmiş, burada feodal münasibətlərinin yaranması və inkişafını elmi şəkildə Ardı »

AlimlərMendeleyev haqqında bilmədiklərimiz

[color=#fe5e5e]Mendeleyev 8 fevral 1834-cü ildə anadan olmuşdur.Uşaqlıqdan həmişə xəstə olub,vaxtaşırı ağzından qan gələrmiş,həkimlər hesab edirmişlər ki,o öləcək.Lakin Mendeleyev 73 il yaşadı.
Bir dəfə Mendeleyev departament müdiri Kirsin otağına girərək,ona ağzına gələni demişdir.Ertəsi günü nazir Mendeleyevi otağına çağırır.Nazirin otağında Kirs Mendeleyevlə üz-üzə oturmuşdu.Nazir A.S.Norov qəbul otağında vəziyyəti belə gördükdə onların hər ikisini tənbeh edir,əlavə olaraq Mendeleyevə << küçük !>>deyərək Kirsi öpməyi təklif edir.Kirs və Mendeleyev bir-birlərini öpüb barışırlar.
Mendeleyev 1889-cu ildə maarif naziri ilə mübahisə etdiyinə görə istefaya çıxır və universiteti tərk edir.
O,dünyada məşhur alim olsa da Rusiya İmperiya Elmlər Akademiyasının üzvü seçilməmişdir.O Rusiyada fiziki-kimya cəmiyyəti yaratmış və kimyəvi elementlər cədvəli düzəltmişdir.Rus imperiyasının ona Ardı »

AlimlərAlfred Nobel

[color=#c238dd]Alfred Nobeli gah «dinamit kralı», gah "ölüm alverçisi", gah da «Avropanın ən varlı avarası» adlandırır, bununla ürəkləri soyumayanda, daha kəskin epitetlərlə onun adını «bəzəyirdilər». O isə bunları oxuyur, amma heç bir şəkildə cavab vermirdi və onun bu cür — daş kimi susub durması qəzet yazarlarını bir daha yenidən yazmağa ürəkləndirməklə bərabər, onları əməlli-başlı qəzəbləndirirdi...
Əslində isə hər şey tamam başqa cür idi və bu məşhur adamın nələr çəkdiyindən kimsənin xəbəri yoxuydu. Hamı elə fikirləşirdi ki, o, milyarderdisə, onun nə dərdi ola bilər ki? Amma…

O, bədbəxt bir milyarder idi və nə evi vardı, nə dostları, nə də onu sevən xanım Ardı »

AlimlərAlfred Nobel

[color=#6a60ec]Alfred Nobel həyatda ikən ölümündən xəbər tutan nadir şəxs olur. Alfred dinamiti ilk olaraq ixtira edir. Bu hadisədən xeyli sonra qardaşı Lüdovik dünyasınıdəyişir.

Yalnış xəbər!
Kütləvi informasiya vasitələri səhvən Lüdovikin yox, Nobelin dünyasını dəyişdiyi barədə məlumat verir. Qəzetlər birinci səhifədə iri sərlövhələr dərc edir:"MİNLƏRLƏ İNSANIN ÖLÜMÜNƏ SƏBƏB OLAN DİNAMİTİN İXTİRAÇISI NOBEL DÜNYASINI DƏYİŞDİ."
Nobel bunu oxuyub çox təsirlənir, özlüyündə düşünür: "Ölümümdən sonra başqalarının məni belə yad edəcəyi heç ürəkaçan deyil!"
Bundan sonra o, vəsiyyətnaməsində dəyişikliklər edir- yazdığı bir çox məqamları pozur, əvəzində belə bir cümlə əlavə edir:

Vəsiyyətnamə
"Ölümümdən sonra mənim varidatım sülh və sülhün bərqərar olmasına sərf olunsun." Ardı »

AlimlərVolf Messinq

[color=#fe5e5e]Özü qədər adı da müəmmalı səslənən bu adam 20-ci əsrin ən məşhur ekstrasenslərindən biridir. O, Messinqdir. Bir neçə gün əvvəl 110 yaşı tamam olan telepat, hipnozçu Volf Qriqoryeviç Messinq…
O, 1899-cu il sentyabr ayının 10-da o dövrlər Rusiya İmperiyasının tərkibində olan Varşavanın yaxınlığındakı Qura Kalvariya kəndində doğulub. Kasıb yəhudi ailəsində qeyri-adi yaddaşı və müşahidə qabiliyyəti ilə seçilən balaca Volfun qarşısında ieşibota – ruhani məktəbinə getmək tələbi qoyulur. Uşaq imtina eləyəndə ona “ilahi vəhy” gəlir. Günlərin birində, qaranlıq kənd yolunda qabağına ağ paltarlı, iri cüssəli, gur səsli biri peyda olur və əmr edir: “Sən Tanrının əmriylə ieşibota getməlisən”.
Anadangəlmə əsəb xəstəsi olan Volf Ardı »

AlimlərDahi Mişel Nostradamus və onun dediyi bəzi katrenlər

[color=#fe5e5e]Adı tarixdə əbədi qalan, sönməz ulduza çevrilən astroloqlar çox olmuşlar. Lakin bu möcüzəli aləmin ən parlaq ulduzu, bütün dövrlərin ən qüdrətli görücüsü birmənalı şəkildə Mişel Nostradamus olmuşdur. Neçə əsrlərdir tədqiqatçılar onu "görücülər görücüsü" adına layiq görürlər. Maraqlıdır ki, uzaq gələcəkdə baş verəcək bir çox səadətli və faciəli hadisələri gördüyü kimi, gələcəkdə onu "peyğəmbər" adlandıracaqlarını da görmüş və buna öz etiraz səsini ucaltmışdı.
Əsrlərlə adı əfsanəyə çevrilən , dünyanın ən möcüzəli şəxsiyyətlərindən biri olan Mişel Nostradamus intibah dövründə, 1503 - cü ildə Fransada Katolik dinini qəbul etmiş yəhudi ailəsində anadan olmuş, dünyasını dəyişdiyi 1566 - cı ilə qədər qeyri adi sevincli Ardı »

AlimlərPol Allen

İnformasiya texnologiyaları sahəsi üzrə dünyanın tanınmış şəxsiyyətləri silsiləsindən növbəti yazımın qəhrəmanı "Microsoft" şirkətinin yaradıcılarından biri, tanınmış ictimai xadim və dünyanın ən varlı şəxslərindən olan xeyriyyəçi Pol Allendir. Çoxları onu Bill Qeytsin yaxın dostu kimi də tanıyır. Onun çoxsaylı uğurları və gördüyü işlər hamıya məlumdur. Amma çoxları hələ də onun həyatla ölüm arasında mübarizə apardığından xəbərsizdir.

Doğum tarixi: 21 yanvar, 1953-cü il. Sietl, Vaşinqton

Yaşayış yeri: Merser adaları, Vaşinqton

Məşğuliyyət: informasiya-kommunikasiya texnologiyaları

Vəzifə: Vulcan Inc., Charter Communications şirkətlərinin rəhbəri, Microsoftun icraedici strategiya müşaviri

Xüsusi kapital: 10.5 milyard dollar

Pol Qardner Allen 1953-cü il yanvarın 21-də anadan olub. Çoxları onu Bill Qeytsin yaxın dostu və Microsoft şirkətinin banisi kimi Ardı »

AlimlərBill Qeyts

[color=#173bd3]Bill Qeyts (Bill Gates) və ya Uilyam Henri Qeyts III (William Gates III) (tam adı) dünyanın ən zəngin insanlarından biri, kompüter maqnatı, Microsoft korporasiyasının banisi və sahibidir. 1955-ci oktyabr ayının 28-də Vaşinqton ştatının (ABŞ) Sietl şəhərində korporativ vəkil Uilyam Henri Qeyts II və First Interstate Bank, Pacific Northwest Bell və United Way milli şurasının direktorlar şurasının üzvü Meri Maksvelin ailəsində doğulub.

Bill Qeyts ibtidai təhsilini bələdiyyə ibtidai məktəbində alıb, 12 yaşında isə onu Sietl şəhərinin ən imtiyazlı məktəbinə keçirirlər. O, orda məktəb minikompüterində öz proqramlaşdırma bacarıqlarını inkişaf etdirə bilir.Qeyts qrammatika, vətəndaşşünaslıq və digər predmetlərdə uğur əldə edə bilmirdi, lakin riyaziyyatdan ən yüksək Ardı »

AlimlərFridrix Nitsşe

15 oktyabr 1844-cü ildə anadan olan Fridrix Vilhelm Nitsşenin atası Prussiya kralı Fridrix Nitsşeyə sonsuz sədaqətli idi. Buna görə də oğlunun adını Fridrix Nitsşe qoydular. Nitsşe 5 yaşı olanda atası beyin qurumasından vəfat etdi.

Nitsşenin uşaqlığı Naumburq şəhərində dul anası və qarımış bibilərinin əhatəsində keçdi. Taleləri qaralmış bu qadınların həyatı sonralar Nitsşe fəlsəfəsinin pessimizminə təsir edəcəkdi. 13 yaşında oxuduğu məktəbdə Nitsşenin ləqəbi çox yaxşı oxuduğuna görə "keşiş" idi. Amma kəskin zəkasının inancına vurduğu zərbələr getdikcə daha da güclənirdi. Beləcə 18 yaşında Nitsşe artıq bir dindardan artıq bir şübhəçi idi. Amma o, bu barədə heç kimə heç nə demirdi, Ardı »

AlimlərNəsirəddin Tusi

Xacə Məhəmməd Nəsrəddin Tusi 1201-ci il fevral ayının 17-də (597 hicri) Tus şəhərində tərbiyəçi ailəsində anadan olmuşdur. Mütəfəkkirin əsl adı Məhəmməd, atasının adı Məhəmməd, babasının adı Həsəndir. Dövrünün ağıllı, bilikli, görkəmli alimi olduğuna görə xalq ona Nəsrəddin adını vermişdir. Tusi ləqəbini isə Tus şəhərində anadan olduğuna görə qəbul etmişdir.
Mənşə etibarı ilə onun əsli Azərbaycanın ən qədim şəhərlərindən biri hesab edilən Həmədan şəhərindəndir. Nəsrəddin Tusi ilk təhsilini atası Məhəmməd ibn Həsəndən almışdır. O, gənclik illərində biliyini artırmaq məqsədilə Yaxın və Orta Şərqin bir sıra böyük şəhərlərinə səfər etmişdir. Mütəfəkkir özünün «Seyr və sülük» əsərinin müqəddiməsində uşaqlıq dövrünü təsvir edərək yazırdı: Ardı »

AlimlərMişel Nostradamus

[color=#f82e00]Müharibə olur, deyirlər ki, Nostradamus bunu yazmışdı. Zəlzələ baş verir, yenə də Nostradamusun proqonozlarının doğru çıxdığını iddia edirlər. Bəs əslində, Nostradamus kimdir? Nostradamus XVI əsrdə yaşayan astroloq, kahin, münəccim və ya bir falçıdır... Müdafiəçilərindən biri olan Charles Wardın sözlərilə "gələcəkdə baş verəcək anormal hadisələrdən" xəbər verən bir insan...
Tarixdə bir çox insanın gələcəklə bağlı xəbərlər verdiyi məlumdur. Belələrini peyğəmbərlər və kahinlər kimi iki qrupa ayırmaq olar. Peyğəmbərlər bir möcüzə olaraq gələcək haqqında məlumatlar verib və onların dedikləri eynilə düz çıxıb. Onların xəbərlərinin əsası vəhy və ilahi elmdir. Zamanı yaradan Allah göndərdiyi peyğəmbərləri insanlara təsdiq etdirmək üçün onlara möcüzəli bir şəkildə gələcək haqqında Ardı »

Alimlərİsaak Nyuton

Başına alma düşəndən sonra Yerin cazibə qanununu kəşf eləmiş Nyutonu kim tanımır ki. O vaxtdan bəri saysız hesabsız almalar başlara düşüb, amma dünya qanunlarını kəşf eləyənlərin sayını artırmayıb. Bizdə Nyutonlar olsaydı,… onların başına düşəcək alma həmişə tapılardı!
Bu yaxında Qüds \"Nyutonun sirləri\" adlı sərgidə alimin 1704-cü ildə yazdığı məktubu nümayiş etdirilib. O, məktubunda dünyanın sonunun 2060-cı ildə olacağını yazıb. Bu proqnozunda İncil mətnlərinə əsaslanan, Daniil peyğəmbərin kitabını dəqiq tədqiq edən alim belə nəticəyə gəlib ki, Böyük Karlın 800-cü ildə yaratdığı frank imperiyasından sonra bəşəriyyətə cəmi 1260 il yaşamaq şansı verilib. \"Mümkün deyil\" demək istəyirsiz? Amma sağlığında \"Nyutonun beşiyi\" adlanan model yarananda Ardı »

AlimlərLütfi Zadə

Lütfi Zadə (ing. Lotfi Zadeh; əsl adı Lütfəli Rəhim oğlu Əsgərzadə) — azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru. Bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.

Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvüdür. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir.

Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılmışdır.

Həyatı

Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Ardı »

AlimlərArif Səlimov

Səlimov Arif Ağacan oğlu — Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor.

Həyatı

Arif Səlimov 1956-cı ildə Azərbaycanın Ağsu şəhərində anadan olmuşdur. 1973-cü ildə Ağsu şəhər 1 nömrəli orta məktəbi bitirmiş və 1973-1978-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin tələbəsi olmuşdur. 1978-1980-ci illərdə AMEA-nın Kibernetika İnistutunda mühəndis-riyaziyyatçı kimi çalışmış, 1980-1983-cü illərdə isə Rusiyanın Kazan Dövlət Universitetinin aspiranturasında "həndəsə və topologiya" ixtisası üzrə təhsil almışdır. 1984-cü ilin yanvar ayında Kazan şəhərində məşhur sovet həndəsə alimi V.V.Vişnevskinin[1] [2] elmi rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə etmişdir. 1984-1995-ci illərdə Bakı Dövlət Universitetinin həndəsə kafedrasında assistent ve dosent vəzifələrində çalışmışdır. 1998-ci ilin sentyabr ayında isə Kazan Dövlət Universitetində "həndəsə Ardı »

AlimlərFərman Salmanov

[color=#fe5e5e]Fərman Qurban oğlu Salmanov (28 iyul, 1931, Şəmkir – 31 mart 2007, Moskva) — 1961-ci ildə Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, Sosialist Əməyi Qəhrəmanı
[redaktə]
Həyatı

Fərman Salmanov Şəmkir rayonun Morul kəndində anadan olmuşdur. Orta məktəbi yüksək qiymətlərlə başa vuran Fərman Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra Kuzbasa neft-qaz yataqlarının kəşfiyyatına göndərilir. O tezliklə Kuzbasın heç bir neftlilik-qazlılıq potensialının olmadığı qərarına gəlir və Sovet rəsmilərinin icazə olmadan kəşfiyyat qrupundan olan könüllülərlə Sibirin Surgut bölgəsinə getməyi qərara alır. O vaxt Sovet geoloji dairələrində Sibir perspektivsiz Ardı »

AlimlərElçin Xəlilov

Elçin Nüsrət oğlu Xəlilov — geofizik.

Həyat və fəaliyyəti

26 aprel 1959-cu ildə anadan olub. Atası Nüsrət Xəlilov Azərbaycan alimi, neftçi-geoloq, geologiya-mineralogiya elmləri doktoru, respublikanın əməkdar geoloqu, professor, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür.[1]. Anası, Rəna Hüseyn qızı Xəlilova, Azərbaycan Pedaqoji Universitetində tibbi biliklər üzrə müəllim işləmişdir. Babası, professor Hüseyn bəy Ağabəyov Böyük Vətən müharibəsində iştirak edib, orden və medallarla təltif edilib, ginekologiya sahəsində alim-professor idi, Azərbaycan Tibb Universitetinin kafedra müdiri vəzifəsində çalışıb. Ulu babası - görkəmli şərqşünas alim, professor Sadıq bəy Ağabəyzadə, XX əsrin əvvəllərində general-mayor rütbəsi ilə Çar ordusunda xidmət etmişdir. 1918-1919-cu illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökümətində, bir neçə ay ərzində Daxili İşlər Ardı »

AlimlərMirzə Adıgözəl bəy

Mirzə Adıgözəl bəy Qarabaği – tarixçi.

Həyatı

Mirzə Adıgözəl bəy Qarabaği Şuşa şəhərində anadan olmuşdu. O, ibtidai təhsilini bu şəhərdə alıb. Uşaqlıq dövrü köçkünlükdə kеçib. Ağaməhəmməd xan Qacarın Qarabağa yürüşü zamanı ailəsi ilə birlikdə qaçıb Gürcüstana sığınıb. Gürcüstanda işğalçılıq əməllərini həyata kеçirən rus ordusunda qulluğa başlayıb. Savadlı olduğuna görə "Mirzə" ünvanı daşıyırdı.

Qarabağa qayıdan Mirzə Adıgözəl bəy Mehdiqulu xan Cavanşirə xidmət еdib. Xan İrana qaçandan sonra komеndant tərəfindən mahala naib təyin еdilib. Bioqrafiyasında yazır: "Məzkur xan sərhəddin o tərəfinə gеtdikdə dövlət başçıları məni İyirmidörd mahalına naib təyin еtdilər". [1] Mirzə Adıgözəl bəy və qardaşlarının əsas mülkləri İyirmidörd mahalının ərazisində yеrləşirdi. Onların mal-mülkləri Rus-İran savaşlarında Ardı »

AlimlərMirzə Kazım bəy

Mirzə Kazım bəy (rusca Aleksandr Kazımoviç Kazımbek) (22 шyul, 1802, Rəşt – 27 тoyabr, 1870, St. Peterburq) əsl adı Məhəmməd Əli Kazımbəy olmuş azərbaycan əsilli rus şərqşünası, tarixçı, türkşünas və filoloqu. Mladorossi hərəkatının banisi Aleksandr Kazımbəyin babası. Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olub.

Həyatı

Atası Məhəmməd Qasım Kazımbəy Dərbəndin (o vaxtlar Azərbaycanın Quba xanlığının tərkibində olmuş, sonralar Rusiya imperiyasına birləşdirilmişdir) tanınmış ruhani şəxslərindən olmuşdur. Babası Nazir Məhəmməd xan isə Dərbənd hakiminin baş xəzinədarı olmuşdur. Məkəyyə həcc ziyarətindən qayıdarkən atası Məhəmməd Qasım Kazımbəy Rəşt şəhərində (İndiki İran İslam Republikasının Gilan vilayəti) yerli hakim Bağır xanın qızı Şərəfnisə xanımla evlənir. Mirzə Kazım bəy məhz Ardı »

AlimlərMəhəmməd Mövlazadə

Mövlazadə Məhəmməd Həsən Ismayıl oğlu Şəkuvi ilk dəfə Quranı azərbaycan dilinə tərcümə edən azərbaycanlı dini alim və Qafqaz bölgəsi üzrə ilk Şeyxülislam olmuşdur. O həmçinin Quran üzrə izahlı lüğətin müəllifidir.

Həyatı

Məhəmməd Həsən 1854-cü ildə Şəkidə anadan olmuşdur. O, ilk təhsilini Şəki mollaxanasında almışdır. Təhsilini sonra Gəncə mədrəsəsində davam etdirir. Mədrəsəni bitirdikdən sonra Məhəmməd Həsən bir il Gəncə Cümə Məscidində molla kimi çalışır. O, sonralar təhsilini davam etdirmək qərarına gəlir və bu məqsədlə İraqa gedir. Burada Məhəmməd Həsən dini təhsilini daha da zənginləşdirir.

1891-ci ildə Qafqaza qayıdır və Hicri və Miladi təqvimlərini birgə olaraq fars dilində çap etdirir.

1893-cü ildə Tiflisdə yerləşən "Müsəlman dini məktəbi"ndə Ardı »