Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bill Qeyts

Bill Qeyts (Bill Gates) və ya Uilyam Henri Qeyts III (William Gates III) (tam adı) dünyanın ən zəngin insanlarından biri, kompüter maqnatı, Microsoft korporasiyasının banisi və sahibidir. 1955-ci oktyabr ayının 28-də Vaşinqton ştatının (ABŞ) Sietl şəhərində korporativ vəkil Uilyam Henri Qeyts II və First Interstate Bank, Pacific Northwest Bell və United Way milli şurasının direktorlar şurasının üzvü Meri Maksvelin ailəsində doğulub.

Bill Qeyts ibtidai təhsilini bələdiyyə ibtidai məktəbində alıb, 12 yaşında isə onu Sietl şəhərinin ən imtiyazlı məktəbinə keçirirlər. O, orda məktəb minikompüterində öz proqramlaşdırma bacarıqlarını inkişaf etdirə bilir.Qeyts qrammatika, vətəndaşşünaslıq və digər predmetlərdə uğur əldə edə bilmirdi, lakin riyaziyyatdan ən yüksək qiymətlər alırdı. Bu təvazökar, hətta utancaq və azca yöndəmsiz uşaq riyaziyyat professoru olmağı arzu edirdi və atasına (ucaboylu və müvəffəqiyyətli vəkilə) heç bənzəmirdi. Ona görə də riyaziyyatda və məntiqdə unikal qabiliyyətlərinə baxmayaraq, Bill Qeyts valideynlərinə xas olan lider qabiliyyətləri göstərmirdi.


Artıq 1 il sonra Bill ilk kompüter proqramını yaradır. O, kollecdə Traf-O-Data şirkətini yaradır. Orda gələcək maqnatın sinif yoldaşları işləyirdilər. Onlar yerli hakimiyyət üçün kompüter proqramları hazırlayır, şəhər nəqliyyatının hərəkət qrafiklərini hesablayırdılar. Bill küçə hərəkətinin nizamlanması üçün proqram yazanda onun 15 yaşı var idi və o, bu layihədə 20000 dollar qazanır. 17 yaşında isə o, Bonnevil bəndinin enerji bölgüsü üzrə proqram paketinin yazılması təklifini alır.

1973-cü ildə ailə ənənəsinə sadiq qalaraq Bill Qeyts atası kimi vəkil olmağa hazırlaşaraq Harvard universitetinin birinci kursuna daxil olur. Lakin o, həminki kimi qapalı və ünsiyyətsiz idi, bu isə seçilmiş peşə üçün qətiyyən yaramırdı. Bill Harvardda Stiv Balmerlə (Steve Ballmer) bir mərtəbədə yaşayırdı, sonradan onlar dost olurlar və hal-hazırda Stiv Balmer Microsoft korporasiyasına rəhbərlik edir.

1974-cü ilin dekabr ayında Bill Qeyts 397 dollara satılan kompüter görür. Dostu Pol Allenin sözlərinə görə, onu istənilən şəxs yığa bilərdi. Maşında çatışmayan yeganə şey proqram təminatı idi. Bill Qeyts və Pol Allen M.I.T.S firmasının nümayəndələri ilə əlaqə saxlayaraq, onlara Altair 8800 kompüteri üçün proqram təminatını (BASIC versiyasını) təklif edirlər. Bu variant menecerləri razı salır və onlar bu cavan oğlanlara proqramlaşdırma dilləri üzərində işləməyi təklif edirlər. Onlar Yeni-Mexikoya gedirlər və beləcə Micro-soft (tireni onlar sonralar götürüblər) tarixi başlanır.


Fərdi kompüterin hər bir iş yerində və hər evdə əvəzedilməz olacağına qəti əmin olan Bill və Pol fərdi kompüterlər üçün proqram təminatı hazırlamağa başlayırlar. Bill Qeytsin fərdi kompüter inkişafının gələcəyini görmək qabiliyyəti Microsoft-un və proqram təminatı sənayesinin müvəffəqiyyətinin əsas amili olub (1986-cı ildə Microsoft açıq tipli səhmdar cəmiyyətinə çevrilir və həmin il Bill Qeyts milyarder olur. Qeyd edim ki, o zaman onun 31 yaş var idi).

Microsoft-un ilk 5 sifarişçisi müflis olur, lakin gənclər ümidini itirmirlər və 1979-cu ildə Sietlə qayıdırlar. Həmin il Bill Qeyts dərslərdəki müvəffəqiyyətsizliyə görə universitetdən çıxarılır. Lakin bu, tələbəni elə də məyus etmir, belə ki Billə IBM-dən dünyada ilk fərdi kompüter üçün əməliyyat sistemi yaratmaq təklifi edilmişdi.

Bill Qeyts 50.000 dollara QDOS (Quick and Dirty Operating System) sistemini əldə edir, adını MS-DOS-a dəyişir və IBM şirkətinə lisenziyasını satır. Qazanılmış pullar Microsoft-a bir neçə il ərzində işləməyə imkan yaradır. Microsoft-un proqram təminatı ilə IBM-in yeni kompüterinin təqdimatı bazarda əsl sensasiya yaradır. Bir çox çox şirkətlər lisenziya üçün Microsoft-a müraciət etməyə başlayırlar.

Microsoft Word və Microsoft Excel proqram təminatlarını çıxararaq şirkət bazarda mövqeyini daha da möhkəmlədir. Microsoft korporasiyasına daxil olan Corbis şirkəti sayəsində Bill Qeyts Bettman və digər fotoqrafların böyük foto-kartotekasını əldə edir. Şəkillər elektron formada göndərilmə üçün istifadə olunur.

Növbəti ilə Microsoft bazarda Windows əməliyyat sisteminin ilk versiyasını təqdim edir. Artıq 1993-cü ildə ay ərzində Windows satışlarının ümumi sayl 1 milyonu ötür. 1995-ci ildə Windows 95 əməliyyat sistemi çıxır və 2 həftə ərzində 7 milyon surət satılır.

Microsoft-un proqram təminatı o qədər geniş istifadə edilməyə başladı ki, şirkət amerika antiinhisar komitəsinin nəzər nöqtəsinə tuş gəlir.

1999-cu ildə dairə məhkəməsi Microsoft Corporation-ı inhisarçı kimi təsdiq etdikdə onun ABŞ-ın antiinhisar komitəsi ilə yenidən problemləri yaranır. 2000-ci ilin aprel ayında ABŞ-ın Ədliyyə Nazirliyi Microsoft-u 2 ayrı korporasiyaya bölməyi təklif edir: korporasiyalardan biri Microsoft Office və Internet Explorer, digəri isə yalnız Windows ilə məşğul olacaq. Bill Qeytsin etirazları ona əsaslanır ki, Windows əməliyyat sistemini texniki olaraq Microsoft-un digər proqramlarından ayırmaq mümkün deyil.

1995-ci ildə Bill Qeyts «Gələcəyə olan yol» (ing. «The Road Ahead») kitabını yazır. O, kitabda cəmiyyətin informasiya texnologiyalarının inkişafı ilə əlaqədar hansı istiqamətdə hərəkət etməsi haqqında öz baxışlarını ifadə edir. 1996-cı ildə, Microsoft korporasiyası internet texnologiyalara doğru istiqamətləndikdə Qeyts kitaba əhəmiyyətli düzəlişlər edir. Kitab Microsoft-un vitse-prezidenti Natan Mirvold (Nathan Myhrvold) və jurnalist Piter Raynarson (Peter Rinearson) ilə şərikli müəlliflikdə yazılıb.

1994-cü il yanvar ayının 1-də Bill Qeyts Microsoft-un meneceri Melinda Frenç ilə ailə həyatı qurur. Onların 3 uşağı var: 1996-cı ildə Cennifer Katarin, 1999-da Rori Con və Fibi Adel doğulublar.

Ailə qurduqdan sonra Bill Qeyts xeyriyyəçiliyə daha çox diqqət ayırmağa başlayır. 1 milyard dollar təqaüdə qoyulub, hansı ki Microsoft istedadlı, lakin təmin edilməmiş tələbələrə (Gates Millennium Scholarship Program) verir, Bill Qeyts 750000 dollar vaksinləmənin (Global Alliance for Vaccines and Immunization) inkişafı proqramına qoyub. 1994-cü ildə Qeyts Codex Leicester — Leonarda da Vinçinin işlərinin toplusunu əldə edib. O, 2003-cü ildən Sietlin İncəsənət Muzeyində nümayiş etdirilir.

Bill və Melinda Qeyts xeyriyyəçilik fondunun əsasını qoyublar, fonda səhiyyə və təhsil sahəsində filantrop (xeyriyyəçilik) təşəbbüslərin dəstəklənməsi üçün 17 milyarddan çox dollar əlavə ediblər. Hal-hazırda Bill və Melinda Qeytsin (Bill and Melinda Gates Foundation) fondu səhiyyə sahəsində işləyən təşkilatlara 300 milyondan çox dollar, maarifləndirici prosesin təkmilləşdirilməsinə, həmçinin kitabxana işi (Gates Library Initiative) sahəsində təşəbbüslərin inkişafına (ABŞ və Kanada əhalisinə kiçik gəlirlə ictimai kitabxanalarda fərdi kompüterlər və internetlə işləməyə imkan yaradacaq) 300 milyondan çox dollar verib. 54 milyondan çox dollar Sakit okeanın şimal-qərb sahili ölkələrində ictimai layihələrə və illik xeyriyyə kampaniyaları çərçivəsində 29 milyondan çox dollar digər xüsusi layihələrə qoyulub.

2005-ci il mart ayının 2-də Böyük Britaniyanın xarici işlər kabineti elan edib ki, Qeyts Böyük Britaniya müəssisələrinə töhfəsi və dünyada yoxsulluğun azaldılması üzrə səylərinə görə Britaniya İmperiyası Ordeninin Cəngavər-Komandor titulunu alacaq. 2005-ci ilin nəticəsinə görə Bill Qeyts və onun həyat yoldaşı Melinda Qeyts amerikanın "Taym" jurnalı tərəfindən ilin adamları adlandırılıblar. 2007-ci ilin iyun ayının 7-dən Bill Qeyts Harvard universitetinin məzunu hesab edilməyə başlayıb. Qeytsə diplomu vermək qərarını universitet administrasiyası qəbul edib.

1998-ci ildə Qeyts Microsoft korporasiyasının prezidenti vəzifəsindən istefa edib, 2000-ci ildə əsas icraçı direktor vəzifəsini tərk edib. Hər iki vəzifəni Stiv Balmer icra edir. 2008-ci il iyun ayının 15-də Bill Qeyts 2008-ci ilin iyul ayında Microsoft korporasiyasının Direktorlar şurasının sədri vəzifəsindən getmək niyyəti haqqında bildirib. Öz postundan gedişindən sonra o, özünü tamamilə Bill & Melinda Gates Foundation xeyriyyəçilik fondunu idarə edilməsinə həsr etmək niyyətindədir.

2008-ci il iyun ayının 27-i tarixi Bill Qeytsin Microsoft rəhbəri kimi son günü olub. Buna baxmayaraq, o, şirkətlə əlaqələrini həmişəlik kəsmir və direktorlar şurasının sədri olaraq alır (lakin icraçı səlahiyyətləri yoxdur).

Bill Qeyts çox oxuyur, həmçinin qolf və bric (İngiltərə və Amerikada geniş yayılmış qumar oyunu) oynamağı sevir.
Bill Qeyts


Tarix: 08.01.2013 / 19:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1034 Bölmə: Alimlər
loading...