Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mendeleyev haqqında bilmədiklərimiz

Mendeleyev 8 fevral 1834-cü ildə anadan olmuşdur.Uşaqlıqdan həmişə xəstə olub,vaxtaşırı ağzından qan gələrmiş,həkimlər hesab edirmişlər ki,o öləcək.Lakin Mendeleyev 73 il yaşadı.
Bir dəfə Mendeleyev departament müdiri Kirsin otağına girərək,ona ağzına gələni demişdir.Ertəsi günü nazir Mendeleyevi otağına çağırır.Nazirin otağında Kirs Mendeleyevlə üz-üzə oturmuşdu.Nazir A.S.Norov qəbul otağında vəziyyəti belə gördükdə onların hər ikisini tənbeh edir,əlavə olaraq Mendeleyevə << küçük !>>deyərək Kirsi öpməyi təklif edir.Kirs və Mendeleyev bir-birlərini öpüb barışırlar.
Mendeleyev 1889-cu ildə maarif naziri ilə mübahisə etdiyinə görə istefaya çıxır və universiteti tərk edir.
O,dünyada məşhur alim olsa da Rusiya İmperiya Elmlər Akademiyasının üzvü seçilməmişdir.O Rusiyada fiziki-kimya cəmiyyəti yaratmış və kimyəvi elementlər cədvəli düzəltmişdir.Rus imperiyasının ona olan xoşagəlməz münasibətinə görə Peterburq Universitetini tərk etdikdən sonra ölçülər və çəkilər palatasına(indi o, Metrologiya və Standartlaşma Universitetidir) rəhbərlik etmişdir.
P.S istəmirəm xəbərim çox uzun olsun.Bunu keçən xəbərimə(Özünə inamın 15 şərti) olan münasibətinizə əsasən deyirəm.Ona gorə də ardını digər xəbərimdə dərc edəcəm.


Tarix: 03.01.2013 / 14:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 932 Bölmə: Alimlər
loading...