beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alfred Nobel

Alfred Nobel həyatda ikən ölümündən xəbər tutan nadir şəxs olur. Alfred dinamiti ilk olaraq ixtira edir. Bu hadisədən xeyli sonra qardaşı Lüdovik dünyasınıdəyişir.

Yalnış xəbər!
Kütləvi informasiya vasitələri səhvən Lüdovikin yox, Nobelin dünyasını dəyişdiyi barədə məlumat verir. Qəzetlər birinci səhifədə iri sərlövhələr dərc edir:"MİNLƏRLƏ İNSANIN ÖLÜMÜNƏ SƏBƏB OLAN DİNAMİTİN İXTİRAÇISI NOBEL DÜNYASINI DƏYİŞDİ."
Nobel bunu oxuyub çox təsirlənir, özlüyündə düşünür: "Ölümümdən sonra başqalarının məni belə yad edəcəyi heç ürəkaçan deyil!"
Bundan sonra o, vəsiyyətnaməsində dəyişikliklər edir- yazdığı bir çox məqamları pozur, əvəzində belə bir cümlə əlavə edir:

Vəsiyyətnamə
"Ölümümdən sonra mənim varidatım sülh və sülhün bərqərar olmasına sərf olunsun." O vaxtdan Nobel dinamit ixtiraçısı kimi deyil, «Nobel sülh mükafatı»nın banisi kimi tanınır. Sonradan fizika, kimya və başqa sahələdə yeniliklər gətirən alimlərə də «Nobel mükafatı» təqdim olunmağa başladı.
Nobel mükafatının məbləği təxminən 1,3 mln. dollara bərabərdir.

Alfred Nobel aforizmləri
-Min fikirimdən biri yaxşı çıxsa mənə yetər.
-Arzum budur ki, mükafatın sahibi təyin olunarkən namizədlərin milliyyəti əsas götürülməsin, mükafat ən çox laiq olana verilsin.
-Dinamit dünya müqavilələri üçün daha erkən sülh yolu açacaq.
-Ümid gerçəyin çılpaqlığını gizləmək üçün bir pərdədir.
-Ordular tamamilə məhv olduğunda heç şübhəsiz qızıl sülhə bərabər oacaqdır.


Tarix: 08.01.2013 / 19:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 417 Bölmə: Alimlər