beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dahi Mişel Nostradamus və onun dediyi bəzi katrenlər

Adı tarixdə əbədi qalan, sönməz ulduza çevrilən astroloqlar çox olmuşlar. Lakin bu möcüzəli aləmin ən parlaq ulduzu, bütün dövrlərin ən qüdrətli görücüsü birmənalı şəkildə Mişel Nostradamus olmuşdur. Neçə əsrlərdir tədqiqatçılar onu "görücülər görücüsü" adına layiq görürlər. Maraqlıdır ki, uzaq gələcəkdə baş verəcək bir çox səadətli və faciəli hadisələri gördüyü kimi, gələcəkdə onu "peyğəmbər" adlandıracaqlarını da görmüş və buna öz etiraz səsini ucaltmışdı.
Əsrlərlə adı əfsanəyə çevrilən , dünyanın ən möcüzəli şəxsiyyətlərindən biri olan Mişel Nostradamus intibah dövründə, 1503 - cü ildə Fransada Katolik dinini qəbul etmiş yəhudi ailəsində anadan olmuş, dünyasını dəyişdiyi 1566 - cı ilə qədər qeyri adi sevincli və məşəqqətli həyat yolu keçmişdir. Maraqlıdır ki, Nostradamus həm zəmanəsində, həm də çox-çox sonralar labüd olaraq dünyada baş verə biləcək əlamətdar hadisələri qabaqcadan görmüş və gördüyünü bəyan edərək gələcək nəsillərə əmanət qoymuşdur.O, digər görücülərdən fərqli olaraq, nəinki baş verəcək əlamətdar hadisələri, onların vaxtını, hətta özündən əsrlərlə sonar dünyaya gələcək bəzi tarixi simaların adlarını və onların hakimiyyət müddətlərini də tam dəqiqliklə göstərmişdir. Nostradamus 450 il öncə nəzmə çəkdiyi katrenlərdə (dördlük - dörd sətirdən ibarət şeir parçası) Napoleonun düz 14 il hakimiyyətdə olacağını, Pasterin edəcəyi böyük kəşfi bəyan edir. Göstərir ki, əsrlərlə insanlardan gizlənən üzə çıxarılacaqdır. Hamı Pasterə yarımallah kimi təzim edəcəkdir. Pasterin bu kəşfi ilə bağlı sonralar Birtaniya Ensiklopedyasında yazacaqlar: "Yarımallah Paster indi indi öz sahəsində zamanın ən böyük alimi kimi qəbul olunub".
Fransada DE Qoll adlı birisi üç dəfə rəhbər seçiləcək.
Almaniyada Hisler (Hitler) adlı birisi 11 il hakimiyyətdə olacaq. Çox qanlar tökəcək axırda ordusu da, özü də məhv olacaq. Onun başına nə gələcəyini heç kim bilməyəcək. Nostradamus Hitler barəsində fikirlərini Fransa kralı ‖ Henriyə göndərdiyi açıqlamada davam etdirir: "Bu, iradəcə güclü adamın dili əlində cida olan dəlidən daha qorxulu olacaq. Zəmanəsinin yetirməsi olan bu antixristin hakimiyyəti çox sürməyəcəkdir".
Görücü Frankodan da danışır: "Ispaniyada Riveradan sonra hakimiyyətə Franko gələcəkdir".
Nostradamus Neptun planetindən söz açır. Halbuki bu planet onun ölümündən 280 il sonra, 1864- cü ildə fransız və alman astroloqları Jan Jozef Leverye və İohann Qotfred Alle tərəfindən kəşf edilmişdir.
Görücü Böyük Britaniyadan da bəhs edir. Hərçənd Böyük Britaniya onun ölümündən 152 il sonra yaranmışdı. Görücü Anqlikan sözündən bəhs edir. Halbuki, ingilislər bu sözü yalnız 1635-ci ildən işlətməyə başlamışdılar. O, eləcə də özündən 210 il sonra yaranmış ABŞ dövlətindən, ölümündən 250 il sonra yaranmış ABŞ Demokratlar Partiyası (1828-ci il) və onun rəmzindən - uzunqulaq və qatırdan söz açmışdır.

Şübhəsiz ki, bu möcüzə adamın Sovet ittifaqı ilə bağlı dedikləri hər birimiz üçün də maraqlı olacaqdır. Nostradamus 27 iyun 1557-ci ildə Fransa kralı ikinci Henriyə, əslində gələcək nəsillərə ünvanladığı açıqlamada yazmışdı: "Oktyabr ayında böyük inqilab olacaq. Çoxları deyəcəklər ki, bu indiyə qədər baş vermiş inqilabların ən dəhşətlisidir. Sanki həyat məhvərindən çıxacaq. Yer üzünü zülmət bürüyəcək. Yazda və bundan sonra böyük dəyişikliklər baş verəcək. Krallıqlar məhv olacaq, bütün bunlar Yeni Babilistanın meydana gəlməsinə, iyrənc əxlaqsızlığa, çox pis mənəvi düşkülüyə gətirib çıxaracaqdır... Sanki bu şərq səltənətində insanların əxlaqının pozulması ucbatından Ulu Tanrı Şeytanı zülmətdən azad etmiş və bunun nəticəsində Qüdrətli köpək (Stalin- Q.P.) və Doxan- Qoq- Maqoq (qorxulu və dəhşətli adam) dünyaya gələ bilmişlər. Kilsələrdə, məscidlərdə, ibadətgahlarda elə oyunlar çıxarcaqlar ki, gözdən və əldən məhrum olmuş qırmızılar da, ağlar da bunun dəhşətli nəticələrini görə bilməyəcəklər... Onlar ölkənin üçdə iki hissəsini məhv edəcəklər. Üçdə biri qalacaq. Lakin artıq heç kim tarla və evlərin həqiqi sahiblərindən neçə nəfərin sağ qalacağını müəyyən edə bilməyəcəkdir. Onlar törətdikləri cinayətlərə görə cəzadan yaxa qurtara bilməyəcəklər. 73 il 7 ay davam edən hakimiyyət əllərindən alınacaqdır".
Burada bizim üçün anlaşılmayan bir şey yoxdur. "Krallıqlar dağılacaq" məhfumu altında "ölkələr müstəqilliyini itirəcək və SSRİ yaranacaq", "Yeni Babilistan" - "çox millətli materialist Sovet dövləti" , "Şərq səltənəti" - "Sovetlər ölkəsi" mənasında işlənmişdir. Göründüyü kimi, Nostradamus Sovet hkimiyyətinin 73 il 7 ay davam edəcəyini də tam dəqiqliyi ilə göstərmişdir. 26 oktyabr 1917- dən 1991- ci ilin avqustuna qədər olan vaxtı nəzərə alsaq düz 73 il 7 ay edir.
Onun Ermənistan-Azərbaycn arasındakı Qarabağ müharibəsinə həsr edilən katreni 1560-cı ilin sentyabr ayı üçün almanaxına daxil edilərək 54 saylı katren adı altında verilmişdir. O dövrə heç dəxli olmayan katren belədir: Saçları qısa qırxılmışları (yumrubaşları) silahdan məhrum edəcəklər. Bu, münaqişənin müddətini xeyli uzadacaq. İçki atası (içki düşkünü) ildırım sürətli albanlara qarşı kələk işlədəcək. Özününkülərdən ayrı düşənlər məhv olacaq. Əcnəbi tədqiqatçılar "Albaniya" deyəndə müasir Azərbaycan və azərbaycanlıların nəzərdə tutulduğunu etiraf edirlər. Nostradamusşünas Bardo Kidoqo yazır: "Albaniya deyəndə nədənsə insanlar Balkanları göz önünə gətirirlər. Bu təsəvvür düz deyildir. Əslində, qədim tarix də və Nostradamus da buna işarə edir ki, Albaniya Qafqaz və İran arasında indi Azərbaycan kimi tanınan ərazidir".
Tədqiqatçı Con Houq və başqaları da eyni fikirdədirlər. Con Houq yazır: "Qədim Albaniya Zaqafqaziya regionudur. Katren 20-ci əsrin doxsanıncı illərində baş verən Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edir. 1993- cü ilin aprel iyun aylarında erməni ordu hissələri özünün həlledici qələbəsini əldə edərək Dağlıq Qarabağı Azərbaycandan ayırdı. 90-cı illərin ortalarında Azərbaycan-Ermənistan münaqişəsi səngidi".
Qarabağ münaqişəsi hamıya tanışdır. Məlumdur ki, münaqişə ərəfəsində ruslar azərbaycnlıların əlindən ov tüfəngini də alırdılar. Lazımi hərbi sursat və müasir silahların olmaması ucbatından, katrendə göstərildiyi kimi, münaqişəyə son qoyulmadı. Lakin sonralar başqa ölkələrdən silah əldə edən Azərbaycn ordusu ildırım sürəti ilə Füzuli-Cəbrayıl istiqamətində hücuma keçib çox yerləri azad edəndə, ermənilər vahimə içində qaçmağa başladılar. Rusiyanın prezidenti Boris Yeltsin (içki düşkünü) Azərbaycan rəhbərliyinə müraciət etdi və məsələni qan tökmədən həll etməyə söz verdi. Sözarası Rusiyanın Ermənistanla hərbi sazişinin olmasını da yada saldı. Atəşkəs əldə edilsə də, münaqişə həll olunmadı.Katrenin dördüncü sətrində söhbət Qarabağda tutularaq Ermənistana aparılan azərbaycanlılardan gedir. Katrenin ikinci sətirindən göründüyü kimi, münaqişə bizim xeyrimizə həll olunacaq.


Tarix: 08.01.2013 / 19:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 873 Bölmə: Alimlər