Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mixail Qluzski

Mixail Andreyeviç Qluzski (rus. Михаил Андреевич Глузский) — Sovet və rus teatr-kino aktyoru, SSRİ xalq artisti (1983).

Həyatı

Mixail Qluzski 21 noyabr 1918-ci ildə Kiyevdə anadan olmuşdur. 1940-cı ildə "Mosfilm" kinostudiyasında olan aktyor məktəbini bitirmişdir. 1940-cı ildən orduda xidmət etmiş və Böyük Vətən müharibəsinin iştirakçısına çevrilmişdir.

100-dən artıq filmdə çəkilmişdir. “Sakit Don”, “İki okeanın sirri”, “Qafqaz əsiri” və s. filmlər buna misal ola bilər.

Mixail Qluzski eyni zamanda radio və televiziyada işləmiş, bir çox xarici filmlərin dublyajı ilə məşğul olmuşdur. 1946-1995 illərdə Qluzski Kinoaktyor teatr-studiyasının, 1994-cü ildən isə “Müasir pyeslər məktəbi” teatrının aktyoru olmuşdur.

Mixail Andreyeviç Qluzski 15 iyun 2001-ci ildə Rusiyanın Moskva şəhərində vəfat etmişdir.

Filmoqrafiya
Sonuncu qarış (film, 1958)
Qafqaz əsiri və ya Şurikin yeni macəraları (film, 1966)


Tarix: 07.02.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 200 Bölmə: Aktyorlar
loading...