beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zaman...
Zaman...

Keçdi, tükəndi, bitdi,
Qədribilinməz zaman.
Bilmədik, ötdü getdi
Qədribilinməz zaman.
Sovruldu yelə döndü,
Durmayan selə döndü,
An idi, ilə döndü
Qədribilinməz zaman.
Gah xüftən, gah şam oldu,
Gündüzlər axşam oldu.
Əriyən bir şam oldu
Qədribilinməz zaman.
Xəyalda uça-uça,
Qırxa deyirdik “qoca”.
Oymuş hər şeydən uca -
Qədribilinməz zaman.
Sanırdıq bəxtiyarıq,
Sevincə, eşqə yarıq.
İndi biz ixtiyarıq,
Qədribilinməz zaman!

Bənizimiz saraldı,
Coxu getdi, nə qaldı?
Yaşadıqca azaldı
Qədribilinməz zaman.
Keçən geri qayıtmaz,
Arxasınca çatilmaz.
Etdiyinə darılmaz
Qədribilinməz zaman.


Tarix: 25.05.2015 / 11:38 Müəllif: Aziza Baxılıb: 231 Bölmə: Afaq Şıxlı