Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İstəyirəm
İstəyirəm

Bir azacıq rahatlıq,
Səadət istəyirəm.
Ürək dolu azadlıq,
Məhəbbət istəyirəm.
Çətinlikdən keçməyə,
Özümə yol seçməyə,
Həyatı dəyişməyə
Cəsarət istəyirəm.
Var vermişəm varımdan,
Dərd udmuşam arımdan.
Əzizimdən, yarımdan
Sədaqət istəyirəm.
Sözlərimdir silahım,
Düzgünlükdür günahım.
Eşit məni, Allahım,
Ədalət istəyirəm!


Tarix: 25.05.2015 / 12:33 Müəllif: Aziza Baxılıb: 74 Bölmə: Afaq Şıxlı
loading...