beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Köhnə dost
Köhnə dost

Təkcə sənə ümid bəslərdim, amma,
Sən də məni atıb getdin, köhnə dost!
Əlvida deməyə verməyib aman,
Niyə üz çevirib getdin, köhnə dost!
Qəlbimin sirrini söylərdim sənə,
Doğmadan-doğmaydın, əzizdin mənə.
Əski dost çevrilməz, dedim, düşmənə,
Bax, sən də xəyanət etdin, köhnə dost!
Həsrəti ömrümə sarmadım, ey yar!
Mənim əvəzimə sən verdin qərar!
Gözlərim yenə də tək səni arar,
Qəlbimdə tikantək bitdin, köhnə dost!
Sözlərin könlümə olmuşdu dərman,
Sənsizlik acısı yamandır-yaman!
Bilmirdim, bizi də ayırar zaman...
Yadlar arasında itdin, köhnə dost!


Tarix: 25.05.2015 / 11:37 Müəllif: Aziza Baxılıb: 220 Bölmə: Afaq Şıxlı