beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vaxtı var
Vaxtı var

Sarsılma qarşında uzun olsa yol,
Gedənin qayıdıb dönən vaxtı var!
Alışma hər sözə, dəyanətli ol!
Hər yanan ocağın sönən vaxtı var!
Bəzən ayrılırıq sevsə də ürək,
Bəzən “yox” deyirik, istəməyərək.
Bu bir həqiqətdir, anlamaq gərək,
İnsanın ağlayan, gülən vaxtı var!
Bəni-adəmin heç doymayır gözü,
Doğru olur yalnız mindən bir sözü.
Çağlayan bulağa çevirib üzü,
Zərrənin qədrini bilən vaxtı var!
Namərd at oynatsa ər meydanında,
Həyat alt-üst edər ən son anında.
Çox qılınclar qalıb paslı qınında,
Şahların taxtlardan enən vaxtı var!
Dünyada hər bir kəs verir imtahan,
Qazanmaq çətindir, itirmək asan!
Solsa ümidlərin yenə döz, dayan,
Ağacın bir bəhrə verən vaxtı var!


Tarix: 25.05.2015 / 11:34 Müəllif: Aziza Baxılıb: 149 Bölmə: Afaq Şıxlı