Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir gün gələr
Bir gün gələr

Vətənimsiz mən yarımcan gəzirəm,
Yad yollarda itirmişəm izimi.
Yana-yana bu həsrətə dözürəm,
Göstərmirəm alovumu-közümü.
Gümanım yox, bir şey gəlmir əlimdən,
Qəmim misra-misra düşür dilimdən.
Uzaq düşdüm şəhərimdən, elimdən,
Kimə deyim söhbətimi, sözümü?
Fikrim qalıb torpağında, daşında,
Yel olaydım dağlarının başında.
Sel gücü var gözlərimin yaşında,
Tükənməzdir ürəyimin dözümü.
Bir gün gələr, qürbət eldən qaçaram,
Sevincimdən qanad açıb uçaram.
Dostlarıma ürəyimi açaram,
Yad yanında sındırmaram özümü.


Tarix: 25.05.2015 / 12:34 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Afaq Şıxlı
loading...