Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəmir xörəkləriDusbere

Qoyun əti – 108 q,

buğda unu – 4 q,

yumurta – ¼ əd,

baş soğan - 18 q,

şərab sirkəsi – 10 q,

keşniş – 15 q,

nanə qurusu – 10 q,

istiot,

duz.


Düşbərə hazırlamaq üçün sümüklərdən bulyon bişirilir, qoyun ətinin yumşaq hissəsindən soğan və ədviyyat qatmaqla qiymə hazırlanır. Mayasız yoğurulmuş bərk xəmir 1 mm qalınlığında yayılıb kiçik kvadratlar şəklində doğranır. Hər kvadratın ortasına 2-3 qram qiymə qoyulur. Kvadratlar ortadan və ya üçkünc qatlanıb küncləri geriyə dartılır. Düşbərəni bulyonda 5 dəqiqə bişirirlər. Ev şəraitində düşbərəni elə xırda hazırlayırlar ki, bir qaşığa 4-5 ədəd yerləşir. Süfrəyə verilən zaman yanına sarımsaqla Ardı »

Xəmir xörəkləriBakı Halvası

180 gr un

200 gr kərə yağı

200 ml su

200 gr şəkər

1 yemək qaşığı bal

Bir-iki saplaq zəfəran

Bir az duz


Əvvəlcə mət hazırlanır. Qazanda şəkərin üstünə suyu töküb, qazın üstünə qoyun. Qaynayan kimi bal və bir neçə zəfəran saplağı əlavə edin, qarışdırın. Sonra qazanı odun üstündən kənara qoyun.

Yağı ayrıca əridin. Ərinmiş yağa unu tökün və bir az duz əlavə edib yaxşıca qarışdırın. Un yağı tamamilə canına çəkməlidir. Sonradan un əlavə etmək olmaz. Qarışdıraraq, unu yağda qovurun. Qaz orta alovda olmalıdır. Un qızılı rəngə düşüncə qarışdıraraq tavanı odun üzərində saxlayın.

Tavanı odun üstündən götürəndən sonra, məti hissə-hissə kütlənin üstünə əlavə edin. Bu zaman bir qədər ehtiyatlı olmaq Ardı »

Xəmir xörəkləriSüzmə xingal

Qoyun əti – 165q,

buğda unu – 100q,

yumurta 1/5 əd., baş soğan – 30q,

ərinmiş yağ – 20q,

pendir – 15q,

qatıq – 50q,

sarımsaq – 3q,

zəfəran – 0,1q,

istiot – 0,1 q, duz.


Qoyun əti 10-15 qramlıq tikələrə doğranır, istiot, duz vurulub soğanla birlikdə qızardılır. Zəfəran şirəsi vurulur və hazır vəziyyətə gətirilir. Xəmiraşı xörəyində olduğu kimi hazırlanmış lavaş 5×5 sm ölçüdə paxlava şəklində doğranır, suda bişirilir, aşsüzəndən süzülür. Süfrəyə verilən zaman süzmə xigalın üstünə yağ tökülür, qoyun ətindən hazırlanmış qiymə qoyulur, yanında sarımsaqlı qatıq və ovulmuş pendir verilir. Ardı »

Xəmir xörəkləriPendirli böyrək

Pendirli böyrək

MATERİAL SİYAHISI:

1 paket paxlava yuxası
1 kasa kəsmik
1 kasa ağ pendir
1 dəstə cəfəri
125 q kərə yağı

İÇİ:

Qarışdırma qabına kəsmik pendirini qoyuruq. Ağ pendiri içinə xırda-xırda doğruyurug. Cəfəri incə nazik doğrayırıq və pendirə əlavə edib qarışdırırıq. 4 dənə paxlava yuxasının aralarını yağ sürtmədən üst-üstə qoyuruq. Bir kənarına pendirli xərcdən qoyuruq və rulon şəklində bükürük. Yağlanmış soba xonçasına rulonları düzürük Material qurtarana qədər bu prosesə davam edirik. Kərə yağını əridirik və rulonların üstünə kərə yağını bol sürürük. Piroqları 4 barmaq qalınlığında dilimləyirik10 dəqiqə qədər yağını çəkməsi üçün saxlayırıq. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk. Ardı »

Xəmir xörəkləriFirni

Düyü – 40q,

süd – 200q,

şəkər tozu – 10q,

kərə yağı – 10q,

darçın – 0,2q,

duz.


Düyü 2-3 saat suda isladılır. Sonra Sudan çıxarılığ qurudulur, həvəngdəstədə döyülür. Qaynayan südə qarışdıra-qarışdıra düyü unu əlavə edilir, şəkər və duz qatılıb bişirilir. Süfrəyə verdikdə üstünə yağ tökülüb şəbəkə şəklində darçın səpilir. Ardı »

Xəmir xörəkləriUMAC

Un – 50 q,

ərinmiş yağ – 20 q,

yumurta – 1 əd.,

baş soğan – 18 q,

nanə qurusu - 1,0 q

zəfəran - 0,1 q

duz.


Unun üstünə duzlu su ilə çalınmış yumurta çalınır və un ovuşdurulur. Bu zaman xırda xəmir qırıntıları alınır. Yağda qızardılmış soğan suda qaynadılır, xəmir qırıntıları ələkdə silkələnib artıq undan azad edilir və qaynar bulyona tökülərək arası kəsilmədən qarışdırılır. Süfrəyə verildikdə umaca zəfəran şirəsi vurulur, üstünə nanə səpilir. Ardı »

Xəmir xörəkləriXəşil

Buğda unu – 100q,

ərinmiş yağ – 25q

doşab – 40q,

duz.


Hər paya 150 qram su götürülür, duz qatılır və qaynadıqdan sonra tədricən içinə ələnmiş un vuruluğ qarışdırılır. Qazanın qapağını örtüb 15-20 dəqiqə bişirirlər. Süfrəyə verilən zaman xəşil boşqaba çəkilir, ortasına doşab və qaynadılmış yağ qarışığı tökülür. Ardı »

Xəmir xörəkləriBasdırmalı rulet

Basdırmalı rulet

MATERİAL SİYAHISI:

2,5 su stəkanı un
3 xörək qaşığı zeytun yağı
Duz
Su

YAĞLAMAQ ÜÇÜN:

2 xörək qaşığı kərə yağı
Yarım çay stəkanı duru yağ

DAXİLİ XƏRCİ ÜÇÜN:

3 köz qırmızı istiot
100 q ağ pendir
100 q kaşar pendiri
1 dəstə ispanaq
50 q pastırma

ÜZƏRİ ÜÇÜN:

Yumurta sarısı

İÇİ:

Daxili xərci üçün, ispanaqları doğramamış, tavaya az zeytun yağıyla qoyub qısa müddət qovururuq Suyunu qoymadan altını bağlayırıq. Ağ pendiri və kaşar pendiri rəndələyirik.

Unu qarışdırma qabına alırıq. Duzunu atırıq. Ortaya zeytun yağı tökürük və bir az da ilıq su tökürük. Ardı »