Ümumi Psixologiya → Qruplarda şəxsiyyətlərarası seçmə
Şəxsiyyətlərarası seçmə və onun sosiometrik baxımdan təhlili. Aparılmış müşahidələr və araşdırmalar göstərir ki, eyni qrupa daxil olan adamlar bir-birlərinə münasibətlərinə və qrup məşğuliyyətinə görə həmin qrupda eyni mövqe tuta bilmirlər. Qrupun hər bir üzvü özlərinin işgüzar və şəxsi keyfiyyətlərinə, statuslarına, qrupda tutduqları yerə, qrup üzvlərinin onlara bəslədiyi münasibətə, daha doğrusu onu nə dərəcədə qəbul edib etməmələrinə görə qrupdakı şəxsiyyətlərarası münasibətlər sistemində müəyyən mövqeyə malik olurlar. Qrup üzvlərinin biri yüksək nüfuza malik olduğu halda, digəri qrup üzvləri tərəfindən qəbul edilmir; biri ilə daima ünsiyyətdə olmağa can atsalar da, digərini görməyə gözləri olmur; birinə inanıb ona arxalanmaq mümkün olduğu halda, digərinə etibar etmir, Ardı »