Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi PsixologiyaSaçlarınızın rəngi və quruluşu haqqınızda nə deyir?

Psixoloqların fikrincə, insanın saç rəngi, forması onun xasiyyətindən xəbər verir. Əgər sevdiyiniz insanı daha yaxşı tanımaq istəyirsinizsə, onun saç rəngini yadınıza salın və aşağıdakı uyğunluqları oxuyun.



* Tünd qara rəngli saç sahibləri – qənaətcil və sərt insandırlar. Saturunun təsiri altında olan bu insanlar iradəli və güclü xarakterlərinin sayəsində əksər istədiklərinə nail olmağı bacarırlar. Dostlarına və sevgililərinə qarşı xüsusi həssaslıqla yanaşan bu insanlar eyni zamanda Ardı »

Ümumi PsixologiyaÖzünə inamı artırmağın 10 yolu

Psixoloqların fikrincə, potensialını dəyərləndirə bilməyən insanlar özlərini bədbəxt hiss edirlər. İnsan özünün nəyə qadir olduğunu anladığı vaxtdan etibarən özünə inam yaranır. Bəzən isə elə hadisələrlə qarşılaşır ki, inam formalaşmağa macal tapmadan məhv olur. Bax, bunu özünüzə rəva görməyin. Əgər inamınızı itirmisinizsə, sizə verəcəyimiz məsləhətlərdən faydalanın.

1. Tənqiddən əl çəkməli
Tənqid – qiymətləndirmənin bir növüdür. Daha doğrusu, tənqid edərək biz insanları, özümüzü, vəziyyəti qiymətləndiririk. “Bu belə olmalıdır, başqa variantı ola bilməz” demək və ya kiminsə belə deməyinə göz yummaq nə dərəcədə doğrudur? Həyat çoxlarına “etmərəm, olmaz” dedikləri şeyləri etməyə o qədər məcbur edib ki! Ona görə, çalışın özünüzü də, başqalarını da tənqid etməyəsiniz.

2. Ardı »

Ümumi PsixologiyaUşağı döymək olarmı?!

Döymək, uşaqları nəzarətdə saxlamaq üçün sıx istifadə edilən metodlardan biridir. Bəzən valideynlər düşünüb yaxşı yollar axtarmaq yerinə daha asan olan fiziki şiddətə baş vururlar.

Təəssüf ki, bu tip “tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur. Bu üsul uşaqda zəif vicdan və əxlaq inkişafına gətirib çıxarır. Müassir dövrdə insan sərbəst düşünə bilmək, hər situasiyaya uyğunlaşmaq elastikliyinə malik olmalıdır. Şiddətlə böyüyən uşaq elastik yox daha kinli olur.

Uşağı döyərək cəzalandırmaq onda zəif vicdanın formalaşmasına gətirib çıxarır. Çünki:

Uşaq, dəcəllik edərkən döyülərsə etdiyinin qarşılığını ödəmiş olduğunu düşünür və bu zaman etdiyinin pis nəticələrini düzəltmək üçün səy gostərməsinə gərək duymur.

Döyülmək uşaqda valideynlərinə qarşı aqressiya formalaşdırır. Ardı »

Ümumi PsixologiyaQabiliyyətlər haqqında

Həyatda biz tez-tez belə hallarla rastlaşırıq: eyni yaşda olan və eyni sinifdə oxuyan uşaqlara eyni bir işin icrası tapşırılır. Onlar üçün tam eyni olan iş şəraiti yaradılır. Buna baxmayaraq onlardan bəziləri həmin tapşırığı çətinlik çəkmədən yerinə yetirdiyi halda, başqaları çətinlik çəkir. Onların həmin işi yerinə yetirmələrindəki bu cür fərqi haqlı olaraq uşaqların qabiliyyətləri ilə izah edirlər. Təcrübə göstərir ki, müvafiq qabiliyyətlərə malik olan insanlar bu sahədə zəruri bilik, bacarıq və vərdişlərə asanlıqla yiyələnir və əldə etdikləri nəticələrin səmərəliliyinə görə fərqlənirlər. Məhz buna görə də insanda müvafiq qabiliyyətlərin olması onun həyat və fəaliyyətində mühüm rol oynayır, onun daha çox hansı fəaliyyət sahəsi Ardı »

Ümumi PsixologiyaDuyğular

Duyğu bir psixi proses olmaq etibarilə cisimlərin, hadisələrin bilavasitə duyğu üzvlərimizə təsiri zamanı yaranır. Duyğu üzvlərimizə təsir edən nə varsa bunların hamısı qıcıqlandırıcı adlanır. Qıcıqlandırıcıların yaratdığı oyanma hissi sinirlər vasitəsi ilə beynə nəql olunur və nəticədə biz cisimlərin rəngini, dadını, ətrini, səsini, temperaturunu və s. keyfiyyətini hiss edirik.
Beləliklə də duyğular obyektiv reallığın hissi inikası olub, hal - hazırda hiss üzvlərimizə təsir edən cisim və hadisələrin ayrı-ayrı xassələrinin, əlamətlərinin beynində inikasından ibarət olan sadə psixi prosesə deyilir. Duyğuları xarakterizə edən əsas cəhət onun predmet və hadisələrin ayrı- ayrı əlamətlərinin inikasından ibarət olmasıdır.
Məsələn, bal arısı əlimizi sancır. Bu halda biz onun uçuşu Ardı »

Ümumi PsixologiyaYetkinlik çağının davranışları

Yeniyetməlik dövrü insanın həyatında ən maraqlı, həm də ən çətin dövrdür. hec kim məni başa dusmur
Həyata yeni addımlarını atan yeniyetmə ətrafdakılarla münasibətləri tənzimləyərkən bəzən problemlər yaşayırlar.
İnsanın ən həssas dövrünü yaşadığı bu dönəmdə əksər davranışlar standart olur. Yəni bu davranışların çoxu bir-birini təkrarlayır.
Yetkinlik çağının klişe davranışlarını aşağıdakılardır:

1. Otağa qapanmaq
Otaqları onlar üçün qala kimidir. Ora başqalarının girməsini istəməzlər. Evdəki vaxtlarının çoxusunu öz otaqlarında keçirirlər.

2. Ailələrin müqayisəsi
Bütün yeniyetmələr üçün dünyadakı ən pis, ən qəddar, ən anlayışsız ailə özününküdür. Ən yaxşı ailə isə təbii ki, digərlərinin ailələridir. “Filankəsin atası (anası) həmişə oğlunu (qızını) daha yaxşı anlayır”.

3. Mən keflənmirəm
Spirtli içkilərlə təzə-təzə tanış olmağa başlayan yeniyetmələr Ardı »

Ümumi Psixologiyaİntellektin ölçülmesi

İntellektin ölçülmesinin müxtelif nezeriyyelere aid bir çox metodları var. Bunlardan en çox istifade olunan metod IQ (Intelligence quotient – intellekt koeffisenti) testleridir. Bu testlere verbal-linqvistik, mentiqi-riyazi, vizual-feza qabiliyyetlerine aid tapşırıqlar daxil edilir. Müxtelif ölkelerin universitetleri terefinden intellektin ferqli sahelerine aid, emosional intellekte aid testler yaradılmışdır.

Emosional intellekte aid testlere müxtelif affektleri tesvir eden ve situasional suallar daxil edilir. Bu suallara cavablar “heç razı deyilem.......tamamile razıyam” şkalası üzre verilir. Bu suallardan bezileri aşağıdakılardan ibaretdir:

Men narahat olanda bunun sebebini müeyyenleşdirmekde çetinlik çekmirem. Emosional insanlar mende narahatlıq yaradır. Men işi hemişe yaxşı görmeye çalışıram, hetta bunu heç kim görmese bele. Adamlar yaxşı iş Ardı »

Ümumi PsixologiyaBəzən...

Bəzən insanlar bütün həyatları boyu axtarırlar, bəzən isə bir günün içində tapırlar...
Bəzən biz gözləyirik, gözləyirik, gözləyirik, bəzən isə kimisə bizi gözləməyə vadar edirik...
Bəzən gülməkdən ağlayırıq, son zamanlar isə ağlamamaq üçün gülürük...
Bəzən qollarımızı geniş açıb küləyə doğru addımlayırıq, bəzən də paltomuza bürünüb şarfımızı bərk-bərk bağlayırıq...
Bəzən üzümüzü günəşin isti şüalarına doğru tutub ona gülümsəyirik, bəzən isə iri eynəklər taxıb nədənsə gizlənməyə və ya nəyisə gizlətməyə çalışırıq...
Bəzən həyatımızda kimisə qarşılayırıq və elə bilirik ki, bu əbədidir, bəzən isə yola salırq və sanırıq ki, belə də olmalıdır...
Bəzən ünsiyyət axtarırıq, ətrafımızı genişləndirirk, harasa, kiməsə tələsirik, bəzən isə sadəcə gözlərimizi yummaq istəyirik, heç nə lazım deyil, yalnız Ardı »