Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi Psixologiya“Filankəsin balası” sindromu

“Filankəsin balası” sindromu

Yeniyetməlik dövrünə qədər bu kəlmənin yalnız və yalnız öz valideynlərimə məxsus olduğunu və ancaq onların işlətdiyini düşünürdüm. Sonralar dostlarımın da, çevrəmdəki həmyaşıdlarımın da öz ailələrində həmin sözlərin təzyiqinə məruz qaldıqlarını gördüm. Ona görə də bu "filankəsin balası” deyiminə "filankəsin balası” sindromu adını versək lap yerinə düşər. Daha sonralar isə valideynlərim bu sindromun tarixi haqqında mənə açıqlama verdilər. Özlərinin də "filankəsin balası” sindromunun təsiri altında altında böyüdüklərini etiraf etdilər.

Belə nəticəyə gəldim ki valideynlərimiz babalarımızdan, babalarımız ulu babalarımızdan, ulu babalarımız azıx babalarımızdan, azıx babalarımız da başıbatmış babalarımızdan bu sözləri eşidə-eşidə gəlmişlər. Bu cəhətdən ancaq Habil ilə Qabilin bəxti gətirmişdi. Çünki, zavvalı Adəm və Ardı »

Ümumi PsixologiyaUşaqlarda saç kəsdirmə qorxusu

Saç kəsdirmək uşaqlarda spesefik bir fobiyadır.

Bəzi insanların saç kəsdirmək kimi qorxuları əvvəlki təcrübədən qaynaqlanır. Daha doğrusu bu qorxu pis bir tərcübə ilə bağlı olur və nəticədə fobiya halna gələ bilir. Uşaqları məcburi şəkildə stola otuzdurub ağlaya-ağlaya saçlarını kəsdirmək çox yalnış bir hərəkətdir. Çünki uşaqlar bu zaman saç kəsdirmək prosesinə daha çox nifrət edir. Ümumiyyətlə uşaqları nəyəsə məcbur etmək və hansısa işi zorla gördürmək olmaz.

Xüsusilə də ilk dəfə saç kəsdirən uşaqlara qarşı ehtiyatlı davranmaq lazımdır. Saç kəsən alətlər uşaqları qorxuda və ağlamağa məcbur edə bilər. Həmin alətləri gördükdə uşaqlar qəribə bir sıxıntı keçirir. Valideynlərin “Qorxma heç nə olmayacaq Ardı »

Ümumi PsixologiyaÜnsiyyət haqqında anlayış

Ünsiyyətin tərifi, məzmunu, məqsəd və vəzifələri. İnsanlar birgə yaşayış və birgə fəaliyyət zamanı daima bir-biri ilə informasiya mübadiləsi aparır, bir-birinə qarşılıqlı təsir göstərir və ya bir-birini qavrayır və anlayırlar. Başqa sözlə ünsiyyətə girirlər. İnsanın hər cür fəaliyyətində ünsiyyət zəruri şərt kimi özünü göstərir. Ünsiyyət olmadan insanların birgə fəaliyyəti həyata keçirməsi mümkün deyildir.

Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi oradakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və onların arasında qarşılıqlı anlama baş verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət təlabatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Başqa sözlə, insanların öz Ardı »

Ümumi PsixologiyaMəqsədsiz olmayın...

Sizcə, həyatda uğur qazanmaq üçün ilk şərt nədir? Bəlkə bilikdir? Bəlkə zəhmətdir? Əslində bunların heç biridir. Həyatda uğur qazanmaq üçün ilk şərt məqsəddir...
1953-cü ildə bir qrup alim Yell Universitetinin məzunları arasında araşdırma aparırlar. Məzunlardan gələcək planlarını və bu planları necə həyata keçirmək istədiklərini yazmağı tələb edirlər. Nəticədə məzunların ancaq 3 faizinin belə "yazılı planları" olduğunu görürlər. İyirmi il sonra alimlər ( yəni 1973-cü ildə) araşdırmada iştirak edən adamlarla yenidən görüşürlər və onların maddi baxımdan qalan 97 faizin hamısından daha yaxşı vəziyyətdə olduqlarını görürlər. Üstəlik, alimlər rəqəmlərlə ölçmək mümkün olmayan subyektiv məsələlərdə də (məsələn, xoşbəxtlik kimi) həmin 3 faizin qalan 97 faizdən Ardı »

Ümumi Psixologiya“17 -ci yer”

Həyat və insan. İnsan və psixologiya. Psixologiya “cədvəli»ndə insanlar 3 qrupa ayrılır: pessimist, optimist, realist. Pessimist adamlarda nikbinlikdən əsər-əlamət olmur. Onlar, adətən, hər hansı işin həllinə inanmır, elə düşünürlər ki, həmin məsələnin başa gəlməsi mümkün deyil — bu barədə heç “söhbət gedə bilməz”. Belə anlarda onlar uzun-uzadı fikir-xəyal edirlər. Xəyallar isə, əlbəttə, vəziyyətdən çıxmaqda insana əl vermir, əksinə, qarşıda duran problemi daha da əlçatmaz edir. Bütün bunlar haqda real həyatda nümunələr çoxdur, hər birimiz saysız faktlarla rastlaşmışıq, lakin aydın olsun deyə hamımız üçün ortaq nümunələri xatırlatmaq istərdim.
Azərbaycan şifahi xalq ədəbiyyatı nümunəsi olan “Məlikməmməd” nağılında 3 qardaş yaralanmış divin arxasınca gedir. Ardı »

Ümumi PsixologiyaEkstravert, intravert yoxsa ambavyert?

İnsanlar psixoloji tipinə görə ekstravert və ya intravert ola bilir. Ekstravet tipə aid insanlar hər zaman irəli getməyə, uğur qazanmağa çalışırlar və bütün imkanlarından istifadə edərlər. İntravert tipinə aid olanlar isə özlərinə qapalı, ətrafdakıları özlərindən kənar tutan, artıq xərclərə imkan verməyən və öz güclərini qoruyan insanlardır. İndi sizə təqdim edəcəyimiz test vasitəsilə siz də hansı tipə aid olduğunuzu aydınlaşdıra biləcəksiniz.

Ekstravert tipinə aidsinizsə :
Siz eyni gündə iki filmə, konsertə, tamaşaya baxa bilərsiniz, gün ərzində 1neçə görüş təyin edib yalnız 1 və ya iksinə vaxt ayıra bilərsiniz.
Sizin dostlarınızın, tanışlarınızın sayı günbəgün artır.

Əgər evdə televizor və ya radio işləməsə, sizin əhvalınız olmur. Telefon sönülü Ardı »

Ümumi PsixologiyaDiqqət

1. Diqqət haqqında anlayış və diqqətin funksiyaları.
2. Diqqətin fizioloji əsasları.
3. Diqqətin növləri.
4. Diqqətin əsas xüsusiyyətləri.

1-ci sual. Psixologiyada diqqətin mahiyyəti ilə bağlı çoxlu sayda tədqiqatlar aparılmışdır. Bu tədqiqatlar həm diqqətin psixoloji mahiyyətini, həm onun fizioloji əsasını, həm də növlərini və xüsusiyyətlərini araşdırmaqla məşğuldur. Bu tədqiqatlarda əsasən diqqət idrak prosesi kimi götürülmüş və onu bu aspektdə təhlil etmişdilər. Lakin Ardı »

Ümumi PsixologiyaTənqiddə üslub

“Ət-taxribu əshəl” ifadəsi ərəblərdə məsəl kimi işlədilir. Mənası isə qısaca “təxrib etmək asandır” şəklindədir.

Bəli, təxrib, tənqid və yıxmaq çox asandır. Lakin eyni miqyasda təmirə gəlincə isə asan deyil, əksinə, çox çətindir. Buna görə də yıxmaq üçün ayağa qalxanlar əvvəla “təmir”in yollarını araşdırıb müəyyən etməli, sonra “yıxma”ğa başlamalıdırlar. Əks təqdirdə, əmələ gələn boşluqlar qətiyyən doldurula bilməz. Bəli, bəzi məsələlər var ki, alternativ fikir olmadan onu təxrib, tənqid və yıxmaq böyük xəsarətə səbəb ola bilər. Zənnimcə, peyğəmbərlərin və xüsusilə İnsanlığın İftixarı Əfəndimizin (s.ə.s.) ən əsas vəzifələrindən biri də məhz bu məsələ ilə bağlı tarazlığı qorumaq idi.

Bəli, O, cəmiyyətdə kök salmış bütün Ardı »