Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RamazanRAMAZAN BAYRAMI - BAYRAMI NECƏ KEÇİRƏK

[color=#6a60ec]Bismilləhir-Rəhmanir-Rəhim


Həmd və Səna olsun aləmlərin Rəbbi, hər şeyi və bizi Yaradan, bizi müsəlman edən, bizə xeyirli aylar bəxş edən və bizi bu bayrama çıxaran Allahu Təalaya. Şükür yalnız və yalnız Onadır. Salətu və Salam olsun Onun Rəsuluna (s.a.s).

Möhtərəm müsəlmanlar və əziz oxucularımız! Allaha hədsiz-hüdudsuz şükürlər olsun ki, bu Ramazan ayını bitirməyi bizə nəsib etdi! Gözəl, bərəkətli və xeyirli ayın sonunda bizə sevinməyi və bir-birimizi təbrik etməyi buyurdu. Yalnız, İslam ümmətinin keçırdiyi bayram, şənləndiyi və sevindiyi mövsüm, başqalarından fərqlənir. İslam bayramlarının xüsusi məqsədi var, öz hikməti, öz niyyəti və öz ədəbləri var. Bunlar, başqa xalqalarda və yaxud dinlərdə yoxdur. Bilinki, İslam şəriəti Ardı »

RamazanRamazanda Gecə Namazı [Qiyamu-l Leyl və yaxud Təravih]

Əbu Hüreyra (Allah ondan razı olsun) deyir: “Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) bizə əmr, vacib etmədən Ramazanda gecə namazını qılmaq üçün bunu etməyə bizi təşviq edərdi. Sonra Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: Kim Ramazanda gecə namazını imanla və ihtisabla (savabını Allahdan umaraq) qılarsa onun bütün keçmiş günahları bağışlanar.

Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) dünyasını dəyişdikdə məsələlər bax bu cür (yəni, təravih namazını camaat ilə tərk etmiş vəziyyətdə) idi və Əbu Bəkrin (Allah ondan razı olsun) xilafəti dövründə bu cür qaldı və Ömər ibn Xəttabın (Allah ondan razı olsun) xilafətinin başlanğıcına kimi bu Ardı »

RamazanORUCUN BAŞLANMASI VƏ BAŞA ÇATMASI

[color=#fd5b36]Hər bir müsəlmana məlumdur ki, Ramazan ayının orucu təzə ayın çıxması ilə başlayır, həmçinin təzə ayın çıxması ilə də başa çatır. Bu xüsusda Peyğəmbər (s.a.s) demişdir: "Biz yazmağı və hesablamağı bacarmayan bir ümmətik. Təzə ayı gördükdə orucunuzu başlayın və təzə ayı gördükdə orucunuzu tamamlayın." Bu hədis dəlildir ki, ay göründüyü təqdirdə müsəlmanların hamısına oruc tutmaq vacibdir. Belə ki, Peyğəmbər (s.a.s) bunu ümmətinə xitab edərkən heç bir kimsəni istisna etməmişdir. Bu hədisdə Peyğəmbərimiz (s.a.s) ayın başlanmasını və bitməsini astronomik hesablamalara deyil, məhz gözlə görməyə aid etmişdir.

Nə Peyğəmbərimizdən (s.a.s), nə onun əshabələrində, nə də onların yolunu tutub gedən islam alimlərindən heç biri Ardı »

RamazanRAMAZAN BİR İMKANDIR

[color=#fe5e5e]“Ey iman edənlər! Oruc, sizdən əvvəlkilərə də fərz qılındığı kimi sizə də fərz qılındı ki, Allaha qarşı məsuliyyətinizi dərk edəsiniz” [Bəqərə 183]

“Ramazanınız mübarək olsun!” deyəcəyəm amma Ramazan zatən mübarəkdir.
“Xoş gəldin ey Ramazan ayı!” deyəcəyəm amma Ramazan həmişə xoş gəlir.
İnsanın borcu da Ramazanın bərəkətindən maksimum istifadə etməkdir. Onu xoş qarşılamaq, onu xoş etmək və xoş yola salmaqdır.
İbadətlərin məqsəd deyil, vasitə olduğu həqiqətini tez-tez unuduruq. Hər ibadət daha böyük bir məqsədi həyata keçirmək üçün vasitədir. O məqsəd diqqətə alınmadan ibadətlər nə gözəl bir şəkildə icra oluna bilər, nə də ki, anlaşılar. Oruc ibadətinin məqsədi bu ibadəti fərz qılan yuxarıdakı ayədən açıq-aşkar aydın Ardı »

RamazanRAMAZANA GİRƏRKƏN

[color=#fe5e5e]Ramazan insanlığa açılmış ilahi bir kreditdir.

Siz Ramazandan nə gözləyirsinizsə onu da əldə edərsiniz.
Ramazana “kökəlmə ayı” gözü ilə baxanlar kökələrlər. Onlar Ramazandan kökələrək çıxarlar. Ramazana “pəhriz ayı” gözü ilə baxanlar pəhriz saxlayarlar. Ramazanın onlara verəcəyi incə bir vücud, kiçilmiş bədən ölçüləridir.
Ramazana festival gözü ilə baxanlar festivallarda olduğu kimi Ramazandan həzz alarlar. Vur partlasın, çal oynasın əhval ruhiyyəsi ilə qarşıladıqları Ramazandan onlara həzz və nəşələri qalar.
Ramazana Quran vəhyini bizə ərməğan edən ilahi bir kredit olaraq baxanlar isə, onu “kamil insan”ın tərbiyə edilməsində möhtəşəm bir fürsət bilərlər. Kamil insan; yəni yeməkxana, yataqxana, dəstəmazxana və iş arasında gününü bitirməyə razı olmayan insan. Qiyməti deyil, dəyəri Ardı »

RamazanBayram sevinc günləridir

Ramazan ayi bitdiyi üçün deyil günahlarımızın əfv oldunduğu, böyük savab və nemətlərə qovuşduğumuz üçün bayram edirik. Hədis şərifdə buyurlur: “Bayram səhəri Müsəlmanlar, namaz üçün məscidə toplananda, Allahu Təala mələklərə, “ işini görüb tamamlayanın qarşılığı nədir? deyə soruşar. Mələklər də: “Haqqını almaqdır” deyərlər. Allahu Təala da, “Siz şahid olun ki, Ramazandakı orucların və namazların qarşılığı olaraq qullarıma öz rizamı və məğfirətimi verdim. Ey qullarım, bugün məndən istəyin, izzət və camalımın haqqı üçün istədiklərinizi verərəm” byurdu. (Bəyhaqi)

Peyğəmbərimiz (s.a.v.): “Ramazanın son günü Allahu Təala, oruc tutanları əfv edə”) buyuranda, Əshabi kiram: “Ya Rəsulallah, o gün Qədr Gecəsidirmi?” deyə sual verdi. Peyğəmbərimiz (s.a.v.): “Bilmirsinizmi ki, Ardı »

Ramazan"QƏDR" SURƏSİNİN QISA TƏFSİRİ

Rəhman və Rəhim olan Allahın adı ilə.
1. Həqiqətən, biz onu (Quranı) Qədr gecəsində nazil etdik.
2. Sən nə bilirsən ki, Qədr gecəsi nədir?
3. Qədr gecəsi min aydan daha xeyirlidir.
4. O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir işdən ötrü yerə enərlər.
5. O gecə dan yeri sökülənə kimi salamatlıqdır!


"Qədr" surəsi Quranın sayca 97-ci surəsidir. Əksər təfsirçilərin fikrincə, bu surə Məkkə şəhərində Həzrət Mühəmməd Peyğəmbərə (s) nazil olmuşdur.
"Qədr" surəsini oxumağın savabı barədə bunu demək kifayətdir ki, Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: "Hər kim bu surəni oxusa, ramazan ayında oruc tutmuş və əhya gecəsində oyaq qalıb ibadət etmiş şəxsin savabı qədər savab Ardı »

RamazanRAMAZAN VƏ QURAN

[color=#f82e00]Bismilləhir-Rəhmanir-Rəhim





Həmd olsun O Allaha ki, Kitabı (Qur'anı mə'nasında və sözlərində) heç bir əyriliyə (yanlışlığa və ziddiyyətə) yol vermədən Öz bəndəsinə (Muhəmmədə) nazil etdi! (Əl-Kəhf surəsi 1-ci ayə). Həmçinin həmd olsun aləmlərin Rəbbi olan O Uca Allahaki bizi müsəlman olaraq yaratdı, bizə haqq yolunu göstərdi, bizə Muhəmmədi (s.a.s) göndərdi. Salat və Salam olsun Ona (s.a.s), Onun (s.a.s) ailəsin, qohumlarına, yaxınlarına və səhabələrinə.


Mübarək və müqəddəs Ramazan ayında müsəlmanların çoxu Qur'ani Kərimə xüsusi əhəmiyyət verir, savab qazanmaq üçün onu çox oxuyur, ayələrdə gələn mənaları dərindən anlamaq üçün təfsirləri ilə maraqlanırlar. Çünki Ramazan ayı xeyir və bərəkət ayıdır, bu ayda ibadətləri və xeyir əməlləri Ardı »