Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RamazanSƏNİN QƏDR GECƏN NƏ ZAMANDIR?

Nüzul: 12
Mushaf: 97

Qısa məlumat:
Surə "qədir-qiymət, dəyər, ölçü" mənasına gələn adını ilk ayəsindən alır. Mushaflarda, təfsir və hədis ədəbiyyatında surə bu adı ilə anılmışdır.
Surə Məkkə dönəminin ilk illərində enmişdir. Məşhur tərtiblərdə surəni Abəsə surəsinin arxasına yerləşdirmişlər. Bu da ən tez 4-cü ildə nazil olduğu qənaətini dəstəkləyir. Bizim qənaətimizə görə isə surə daha əvvəl nazil olub. Xəttabi, səhabələrin surələri sıraladıqlarında, Qədri Ələqin arxasına yerləşdirdiklərini söyləyir [İtqan II-I, 334]. Əlimizdəki mushafda da belədir və bəlkə də Xəttabi "səhabə" deyərkən əlimizdəki mushafı tərtib edən komissiyanın üzvlərini nəzərdə tutmuşdur. Bu, "Onu biz endirdik" ifadəsindəki əvəzliklə "Oxu!" əmri arasındakı əlaqəni vurğulayan bir yanaşmadır. Bizcə surə Leyl-Fəcr arasındakı Ardı »

RamazanON BİR AYIN SULTANI GƏLİR

[color=#a476af]Zamanı yaxınlaşan hər bir önəmli və mühüm işə xüsusi hazırlıq görülür.
Hazırlıq, planlaşdırma və həmin iş haqqında düşüncələr nə qədər çox və dərindirsə, bu, o işin nə qədər əhəmiyyətli olduğunu göstərir.
Mühüm bir səfərə hazırlaşan şəxs günlər öncədən getdiyi yer haqqında, görüşəcəyi şəxslər haqqında, oranın vəziyyəti, atmosferi, havası və sairə barədə bacardıqca çox məlumat toplayır. Günlər, bəlkə də həftələrlə gedib gələcəyi müddəti və işlərini planlaşdırır. Hətta vaxtının dəyərli keçməsi və hədərə getməməsi üçün hər bir iş üçün vaxt ayırır və qeydlər aparır.
Qarşıdan səbirsizliklə gözlənilən və hər il təm-təraqla keçirilən bir bayram gələrkən, necə hazırlıqlar görülür?! Bişiriləcək ləziz yeməklər, təamlar, şirniyyatlar, onların Ardı »

RamazanOrucla əlaqəli fətvalar (4-cü hissə)

Ramazanda iftar və ya sühur (imsak) etmək.
Azan vaxtı və ya azandan sonra az müddət yemək yeməyin hökmü.

1.Sual: Allah təalə buyurur: "sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için;..." (əl-Bəqərə: 187).
Sübh azanı verilən vaxt və ya azandan sonra on beş dəqiqə ərzində sühur yeməyini yeyib, su içənin hökmü nədir?
Cavab: Əgər həmin adam bunun sübhün vaxtından öncə olduğunu bilirsə onda orucu qəza etməli deyil. Əgər sübhün vaxtı daxil olandan sonra edibsə həmin günün əvəzinə bir gün qəza etməlidir. Əgər yeməyinin sübhün vaxtı girdikdən sonra və ya əvvəl olduğunu bilmədikdə onun boynuna qəza düşmür. Lakin mömin insan gərək orucunda ehtiyatlı olsun. Sübh Ardı »

RamazanƏrəfə Günü Oruc Tutmağın Savabı

Peyğəmbər-səllallahu aleyhi və səlləm -Ərəfə günü orucu haqqında belə buyurmuşdur: "Ərəfə gününün orucunun, (oruc tutan kimsənin) bir əvvəlki il ilə bir sonrakı ilin (kiçik) günahlarına kəffarə olacağına ümid edirəm" (Muslim).

Lakin Ərəfatda olan yəni həcc edən kimsənin, Ərəfə günü oruc tutması müstəhəb deyil. Çünki Peyğəmbər-səllallahu aleyhi və səlləm.-Ərəfatda oruclu olaraq vəqfəyə dayanmamış, əksinə insanlar özünün oruclu olmadığını görsünlər deyə bir qədəh süd içbdir.
Ərəfə günü orucunu Həccə getməyənər turur.
Ərəfə günü miladı tarixi ilə Oktybar ayının 25-dir.


Ərəfə günü həccdə olanlar və olmayanların oruc tutmasının hökmü nədir ?
Sual: Ərəfə günü həccdə olanlar və olmayanların oruc tutmasının hökmü nədir?

Cavab: Həccdə olmayanlar üçün Ərəfə günü oruc tutmaq Ardı »

RamazanBaşı suya salmaq

Əgər oruc tutan şəxs başını bütövlüklə qəsdən suya batırsa (suyun altına salsa), hətta bədəni sudan çöldə qalsa da, vacib ehtiyata əsasən, gərək bu orucun qəzasını tutsun. Amma əgər bədəninin hamısı suyun altında, başının bir hissəsi isə çöldə olsa orucu batil olmaz.

Əgər şəxs əvvəlcə başının bir yarısını, sonra o biri yarısını suya batırsa orucu batil olmaz.

Əgər şəxs ixtiyarsız olaraq suya düşsə və ya başının hamısı suya batsa, orucu batil olmaz

Əgər şəxs oruc olduğunu unudub irtimasi qüsl niyyətilə başını bütövlüklə suyun altına salsa orucu və aldığı qüsl səhihdir.

Qeyd: Suyun altına başını salmaq dedikdə, duşun altında çimmək kimi əməl nəzərdə tutulmur. Məsələn hovuza, çaya, Ardı »

RamazanDaimi xəstə orucunu necə etməlidir?

• Sual: Bir adam daimi xəstəliyə tutulub və həkim ona oruc tutmağı yasaq edibsə bu adam nə etməlidir?
• Cavab: Əgər insan müalicəsi olmayan daimi xəstəliyə tutulubsa bu zaman o, hər günün əvəzinə bir nəfər yedizdirir. Ardı »