Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirvanşahlar dövlətiIII Axsitan

Fəaliyyəti[redaktə]
XIV əsrə aid "Səffət əs-səfa" adlı mənbədə XIII əsrin ikinci yarısında öz iqamətgahını, Dərbənd ərazisinin Bakıya qədər Elxanilərlə Cucilər arasında hərbi əməliyyat meydanına çevrilməsi və Şirvanşahın həmin yerlərdə qalmasının təhlükəli olması ilə bağlı Güştəsbiyə köçürən Şirvanşah Axsitan barəsində bəzi məlumatlar verilir.

Məlumdur ki, Abaqanın oğlu və Hülakü xanın nəvəsi olan Arqun 1284-cü ildən 1291-ci ilədək hökmranlıq etmişdir. II Axsitan isə Hülakü xanın əmri ilə 1260-cı ildə öldürülmüşdür. Beləliklə, II Axsitan Arqunun vaxtında Şirvanda hökmranlıq edə bilməzdi. S. Aşurbəyliyə görə, söhbət II Fərruxzadın oğlu III Axsitandan gedir.

Bunu, Təvəkkül ibn Bəzzazın verdiyi başqa məlumatlar da təsdiq edir. Onun dediyinə görə, Səfəvilər sülaləsinin banisi Ardı »

Şirvanşahlar dövlətiSaray hamamı

Sаrаy hаmаmı - Şirvanşahlar saray kompleksinin ən аşаğı həyətində yеrləşir. İçərişəhərin bütün hаmаmlаrı kimi bu hаmаm dа tеmpеrаtur rеjimini sаbit sахlаmаq üçün yеr аltındа tikilib. Vахt kеçdikcə tоrpаq qаtının qаlınlığı аrtаrаq оnu tаmаm örtmüşdür.

Hаmаm 1939-cu ildə təsadüfən аşkаr оlunmuş, 1953-cü ildə bir hissəsi təmizlənmiş, 1961-ci ildə kоnsеrvаsiyа еdilmişdir. Hаmаmın indiyə qədər qаlmış divаrlаrınа görə dеmək оlаr ki, оnun оtаqlаrının üstü gümbəzlə örtülmüşdü. Gümbəzdə оlаn dеşiklərdən hаmаmın içərisinə işıq düşürmüş. Bu növ hаmаm sistеmi Bаkı və Аbşеrоn üçün tipikdir. Hаmаmın sоl hissəsi bərpа оlunmuş, sаğ hissə isə öz əvvəlki fоrmаsını dаhа çох sахlаmışdır.

Hаmаmа dахil оlаn su, divаr yахınlığındа оlаn оvdаndаn (su аnbаrındаn) Ardı »

Şirvanşahlar dövlətiI Güştasp

I Güştasp və ya I Gərşəsb – Şirvanşahlar dövlətinin iyirmi beşinci hökmdarı, Şirvanşah I Fərruxzadın oğlu. Şirvanşah I Güştasp öz iyrənc və əxlaqsız həyat tərzi ilə bütün digər Şirvanşahlardan fərqlənmişdir.

Fəaliyyəti
I Fərruxzad ibn Mənuçöhrün qısamüddətli hökmranlığından sonra hakimiyyətə onun oğlu Gərşəsb ibn Fərruxzad keçmişdir. Onun adından kəsilmiş bir neçə variantlı, lakin eyni məzmunlu aşağı əyarlı xeyli, əsasən mis sikkələr qalmışdır. Üz tərəfində həmişəki kimi, dini rəmz və möminlərin hökmdarı xəlifə ən-Nasir-lidin – Allahın (h.575- 622 (1180-1225)-ci illər) adı durur. Əks tərəfındə eyni dini rəmz təkrar olunmuş, onun altında isə "əl-məlik əl-müəzzəm Gərşəsb ibn Fərruxzad, ibn Mənuçöhr, Şirvanşah" sözləri həkk edilmişdir. Gərşəsb ibn Ardı »

Şirvanşahlar dövlətiXanədan - Tarixi

Dövlətin əsasının qoyulması[redaktə]
IX əsrin II yarısından Abbasilər xilafətinin zəifləməsi, habelə mərkəzi hakimiyyətə tabe olmamaq meyllərinin güclənməsi nəticəsində bəzi əyalətlər müstəqil hökmdarlıqlara çevrilərək Xilafətdən ayrıldılar. Həmin dövrdə Şirvanda feodal torpaq mülkiyyəti möhkəmləndi. Şirvanşahların ilk müsəlman sülaləsi olan Məzyədilər əvvəllər xilafətin Bərdədəki canişininə (əmirə) tabe idilər. Tam mülki və hərbi hakimiyyətə malik olan əmirlər yerli hakimlərin fəaliyyətinə, vergilərin (cizyə, xərac və s.) yığılmasına nəzarət edirdilər.

Şirvanşahlar dövlətinin əsasını Heysam ibn Xalid qoymuşdur. Heysam ərəb mənşəli Şeybanilər sülaləsinin bir qolu olan Məzyədilər sülaləsindən olmuşdur. Azərbaycan Ərəb Xilafətinin tərkibində olduğu dövrdə xəlifələr uzun müddət Azərbaycan hakimlərini bu sülalədən təyin edirdilər. Məzyədilər sülaləsinin banisi Yezid ibn Məzyəddir. Ardı »

Şirvanşahlar dövlətiXanədan[redaktə] Şirvanşahlar sülaləsi

Tədqiqatçılar Şirvanşahlar tarixini dörd dövrə bölürlər: ilk Şivanşahlar, Məzyədilər, elmi ədəbiyyatda Kəsranilər adlandırılan XI-XIV əsr Şirvanşahları və Dərbəndilər. İlk Şirvanşahların şah titulu daşımaları onları müəyyən dərəcədə müstəqil olmalarını göstərir. İlk Şirvanşahlar barədə məlumat yox dərəcəsindədir.

Ərəb işğalının əvvəllərində İlk Şivanşahlar hakimiyyətdə saxlanılmışdı. Lakin, ərəblər Zaqafqaziyada möhkəmləndikdən (VIII əsrin sonu) sonra Şirvanşahların hakimiyyəti ləğv olundu; Şirvanı ərəb hakimləri idarə etməyə başladı. XIX əsr ərəb tarixçisi Bəlazuri 797-798-ci illərdə Şirvan hakimi olmuş əş-Şəmax ibn Şücanın adını çəkir. 799-cu ildə Yəzid ibn Məzyəd əş-Şeybani Şirvan və Bab əl-Əbvabın hakimi təyin olundu.

Xəlifə Mütəvəkkilin (841-861) ölümündən sonra qarışıqlıqlardan istifadə edən Şirvan hakimi Heysəm İbn Xalid ibn Yəzid Ardı »

Şirvanşahlar dövlətiŞirvanşahlar dövləti - Əhalisi

Şirvan hələ qədimdən müxtəlif yerli və gəlmə tayfalarla məskunlaşmışdı. Bunu yazılı mənbələrlə yanaşı, arxeoloji və toponimik materiallar da sübut edir. V əsr müəllifı Favstos Buzand IV əsrin birinci yarısı ilə bağlı hadisələrdən danışarkən maskut hökmdarı Sanesanın "müxtəlif köçəri tayfalardan" ibarət qoşunu sırasında hunların, təvəsparların, xeçmatakların, ijmaxların, balasaçilərin və i.a. adını çəkir. VII əsrin əvvəlinə aid anonim bir mənbədə Cənubi Dağıstanda, Şirvanda və Xəzər dənizinin qərb sahillərində məskunlaşmış tayfalar sadalanır. Mətndə adları çəkilən və ehtimal ki, bəziləri istisna olmaqla, ölkənin avtoxton əhalisi olan ləklər, hunlar, xəzərlər, zekenlər (tsekanlar), xenuklar (xenavilər), kaspilər, şərvanlar, xsranlar, təvəsparlar, xeçmataklar, ijmaxlar, bakanlar, pikonaklar (peçeneqlər), maskutlar.

Orta əsr müəllifləri Ardı »

Şirvanşahlar dövlətiI Fəribürz

Fəaliyyəti[redaktə]
Şirvanşah Salar ibn Yeziddən sonra Şirvanda onun qanuni varisi- hələ atasının sağlığında dövlət işləri ilə məşğul olan oğlu Fəribürz ibn Salar ibn Yəzid hökmranlıq etmişdi.

Şavur ibn Fəzllə münasibət[redaktə]
Fəribürzün hakimiyyəti dövründə Şirvanşahlarla qohumluq münasibətlərində olan Arran hökmdarları Şəddadilərlə bir sıra müharibələr baş verdi. H.455-ci ilin rəbiüləvvəl ayında (mart, 1063) Arran hökmdarı Şavur ibn Fəzl Şirvana hücum edərək Quylamiyan qalasını tutdu və orada öz qarnizonunu yerləşdirdi. Həmin il o, yenidən Şirvana hücum edərək ölkəni viran etdi, qoyun və mal-qara sürülərini qovub apardı. Şavur onun əleyhinə çıxan Şirvan əhalisini qırıb-çatdı, əyanlardan bir çoxunu əsir aldı və əmlaklarını qarət etdi. "Tarix-i əl-Bab" sonra xəbər verir: Ardı »

Şirvanşahlar dövlətiŞirvanşah

Şirvanşah (fars. شروانشاه‎) – Şirvanşahlar dövlətinin hökmdarlarının daşıdığı rəsmi dövlət titulu. Mənbələrdə Şirvan hökmdarlarına şahlığın Sasanilərin hakimiyyəti zamanı verilməsi qeyd olunmuşdur. Ümumilikdə Şirvanşahlar dövlətində hakimiyyətdə olmuş üç sülalədən – Məzyədilər, Kəsranilər və Dərbəndilər nəslindən olan hökmdarlar, eyni zamanda haqqlarında çox az məlumat qalmış, ərəb istilası dövründən əvvəlki Şirvanşahlar bu titulu daşımışlar. Son Şirvanşah nəsli olan Dərbəndilər, türk ənənəsinə uyğun olaraq Şirvanşah titulu ilə yanaşı "Sultan" və "Xaqan" titulları da daşımışlar.
Sülalələr[redaktə]
Ərəb istilasına qədərki erkən Şirvanşahlar haqqında məlumat yox dərəcəsindədir. Rəşidəddin (1247-1318-ci illər) "Məkatubat"ında oğlu Əli üçün nişanladığı Şirvanşahın qızı haqqında danışarkən göstərirdi ki, Şirvanşahlar Dərbənd hökmdarları nəslindən olan qədim xanədandır. "Artıq, Ardı »