Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirvanşahlar dövlətiŞəddadilərin Şirvan yürüşləri

Fəribürz ibn Saların hakimiyyəti dövründə Şirvanşahlarla qohumluq münasibətlərində olan Arran hökmdarları Şəddadilərlə bir sıra müharibələr baş verdi. H.455-ci ilin rəbiüləvvəl ayında (mart, 1063) Arran hökmdarı Şavur ibn Fəzl Şirvana hücum edərək Quylamiyan qalasını tutdu və orada öz qarnizonunu yerləşdirdi. Həmin il o, yenidən Şirvana hücum edərək ölkəni viran etdi, qoyun və mal-qara sürülərini qovub apardı. Şavur onun əleyhinə çıxan Şirvan əhalisini qırıb-çatdı, əyanlardan bir çoxunu əsir aldı və əmlaklarını qarət etdi. "Tarix-i əl-Bab" sonra xəbər verir: "Oradan hərəkət edən Şavur Yəzidiyyənin qapıları qarşısında düşərgə saldı, öz qızını - mərhum Saların arvadını (hərəmini) pulları, bütün mal və qiymətli şeyləri ilə birlikdə götürərək Ardı »

Şirvanşahlar dövlətiMəhəmməd ibn Heysam

Məhəmməd ibn Heysam - Şirvanşahlar dövlətinin ikinci hökmdarı, Şirvanşah Heysam ibn Xalidin oğlu, Heysam ibn Məhəmmədin atası.

Şirvanşah Heysəmdən sonra onun oğlu Məhəmməd ibn Heysəm ibn Xalid Şirvanşah olmuşdur. Deyildiyinə görə o, "atasının vəsiyyətlərinə əməl edərək, ədalətli olmuş və kafirlərlə müharibə aparmışdır. O habelə bu diyarda özü haqqında yaxşı ad qoyub getmişdir". Məhəmməd ibn Heysam haqqında mənbələrdə çox cüzi məlumat vardır. Ardı »

Şirvanşahlar dövlətiƏmir Təhmuras

Əmir Təhmuras Dərbəndi — Şirvanşah şahzadəsi, Şirvanşahların sərkərdəsi.

Həyatı[redaktə]
Əmir Bəhlulun oğludur. I Xəlilullah dövründə Şirvan ordusunun komandanı təyin edilmişdir. Şeyx Cüneydə qarşı döyüşdə həlak olmuşdur. Qəbri Şirvanşahlar saray kompleksi ərazisindədir. Qəbirüstü kitabəsində yazılmışdır:

Bu nurlu qəbir və təmizləyici məhşər, pərəstiş edilən məqbərə rəhmətlik Şeyx Bəhlulun oğlu, mərhum, günahları bagışlanmış, böyük Allahın mərhəmətini qazanmış xoşbəxt şəhid, əzəmətli, ağıllı, kəramətli, ən böyük əmir, səxavət və şücaət sahibi dünya əmirlərinin başçısı əmir Təhmurəsindir. Hicri 863-cü il cümadiyül-axir ayı. Ardı »

Şirvanşahlar dövlətiŞirvanşahlar - Sacilərdən vassal asılılığı

Şirvanşahlar qısa bir müddət – 908 - 909-cu illərdə Cənubi Azərbaycanın ərazisində Sacoğulları sülaləsinin yaratdığı Sacilər dövlətindən vassal asılılığı vəziyyətində olmuşlar. Şirvan şahları Sacilərlə yaxşı münasibətləri qoruyub saxlamağa çalışırdılar. Belə ki, Şirvanşah Yezid h.320 (932)-ci ildə Yusif ibn Əbu Sacın Azərbaycan əmiri Balduyədən qaçaraq, ondan sığınacaq istəyən qulamı Müflihi həbs edib Balduyəyə göndərmişdi. Deylemlilərlə sülh bağladıqdan sonra Şirvanşah onlarla birgə bizanslılara, gürcülərə və digər xristian xalqlara hücum etməyə razılıq vermişdi. Salarilərdən vassal asılılığı

Şirvanşah Əbu Tahir Yəzidin hakimiyyəti dövründə Azərbaycanda Sacilər sülaləsinin hakimiyyətinə son qoyuldu. Onları Deyləmli Salarilər sülaləsi əvəz etdi. Şirvanşahların Salarilərdən vassal asılığında olması haqqında mənbələrdə məlumat saxlanmışdır. İbn Havqəlin Ardı »

Şirvanşahlar dövlətiMurad darvazası

Şərq dаrvаzаsı və ya Murad darvazası - Şirvanşahlar saray kompleksinin XVI əsrə аid оlаn yеgаnə tikilisidır.

Murаd dаrvаzаsı pоrtаlının yuхаrı çərçivəsində оlаn 2 mеdаlyоn аrаsındа аşаğıdаkılаr yаzılıb: “Bu binа Ulu Rəcəb Bаkuvinin 994-cü ildə (1585-1586) sifаrişi əsаsındа böyük və ədаlətli Sultаn III Murаdın dövründə tikdirilib”.

Pоrtаlın divаr оyuqlаrının yаnındаkı yаzılаr Təbrizli mеmаr Əmirşаhın аdını məlum еdir. Özünün ümumi, bədii dеkоrаtiv kоmpоzisiyаsınа görə pоrtаl Divаnхаnа və Türbə pоrtаllаrınа uyğun gəlir. Lаkin burаdа tikinti tехnikаsı və inşааt dаşlаrının kеyfiyyəti хеyli аşаğıdır. Burаdа Azərbaycan оrnаmеntаl sənətinin stil təmizliyi pоzulur. Mеmаr аnsаmblın sаbitliyini, аhəngliyini sахlаmаğа çаlışsа dа о dövrə хаs оlаn mеmаrlıq kеyfiyyətinin аşаğı düşməsindən qаçа bilməmişdir. Ardı »

Şirvanşahlar dövlətiIII Böyük Mənuçöhr

III Mənuçöhr və ya Böyük Mənuçöhr – Şirvanşahlar dövlətinin on doqquzuncu hökmdarı, Şirvanşah I Əfridunun oğlu. III Mənuçöhr atası I Əfridunnin 1120-ci ildə vəfat etməsindən sonra taxta çıxmışdır. 40 il hakmiyyətə olmuş III Mənuçöhr 1160-cı ildə anadan olduğu Şamaxı şəhərində vəfat etmişdir.
Həyatı[redaktə]
Adı[redaktə]
Hadi Həsən şairlərdən Əbülüla Gəncəvi, Xaqani və Fələkinin əsərlərinə əsasən III Mənuçöhrün tam adını və titulunu müəyyənləşdirmişdir: Əbül Hüca Fəxrəddin əl-Məlik Mənuçöhr ibn Əfridun, Şirvanşah, xaqan-i Bozorg, Kəbir, yaxud Əkbər. Bu titullar yalnız onun özünə deyil, oğlu I Axsitana da aid idi. Lakin Əbül Müzəffər və Cəlaləddin titulları ancaq Axsitana məxsus olduğu kimi, Əbül Hüca və Fəxrəddin titulları da yalnız Ardı »

Şirvanşahlar dövlətiElxanilərdən vassal asılılığı

1256-cı ildə Hülakü xan iri bir dövlət yaradaraq, Cənubi Azərbaycanda monqol mənşəli Hülakülər, yaxud Elxanilər sülaləsinin əsasını qoydu. Elxanilər Azərbaycanın təbii ehtiyatlar və otlaqlarla zəngin olan şimal vilayətlərini, habelə Ermənistan və Gürcüstanı işğal etdilər. Onlar Cucilərin bu vilayətlər barəsində iddialarını rədd etdilər ki, bu da Qızıl Orda ilə Elxanilər dövləti arasında toqquşmaya səbəb oldu. 1260-cı ildə Cucilərin qoşunları Şamaxıya yaxınlaşdı. Lakin Hülakü xan onları məğlub edib Dərbəndi tutdu və şimala doğru hərəkət etdi. Tezliklə Hülakü xan özü də Terek çayı yaxınlığında Bərkə xan tərəfindən məğlubiyyətə uğradılaraq Dərbəndi və Şirvanı itirdi.

1265-ci ildə Bərkə yenidən Şirvana soxuldu və Kür çayının sahilinə qədər Ardı »

Şirvanşahlar dövlətiKəsranilər

Kəsranilər – Şirvanşahlar sülaləsi (1027-1382). 1382 ildə Kəsraniləri Dərbəndilər sülaləsi əvəz etdi. Ümumiyyətlə, şirvanşahların sülalə bölgüsü barədə müxtəlif mülahizələr mövcuddur, son tədqiqatlara görə ayrıca sülalə olmayıb, vahid Şirvanşahlar xanədanının bir mərhələsini təşkil etmişlər.

Kəsranilər Şirvanın istiqlaliyyəti uğurunda gürcü feodallarına, səlcuq, qıpcaq və monqol hücumlarına qarşı mübarizə aparmışlar. Kəsranilər dövründə Şirvanda ədəbiyyat, elm və incəsənət yüksək inkişaf etmiş, Şamaxı və Bakıda geniş tikinti işləri aparılmışdı. Ardı »