Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirvanşahlar dövlətiI Əfridun

Fəaliyyəti[redaktə]
Qardaşı Şirvanşah II Mənuçöhrün ölümündən sonra hakimiyyətə glmişdir. I Əfridunun adına hələlik sikkə tapılmamışdır. Əfridunun adı yalnız III Fəribürzün əcdadı kimi Pirsaatçay çayı üstündəki xanəgahın giriş baş tağındakı kitabədə xatırlanır. Kitabənin tarixi h.641 (1243/4)-ci il göstərilir. Orada deyilir: "Bu ibnanın tikilməsi müdrik, adil, müəyyəd, müzəffər, dünya və dinin ucası, islamın və müsəlmanların məliki, məlik və sultanların tacı, Əbü-1-Müzəffər Fəribürz ibn Gərşasi, ibn Fərruxzad, ibn Mənuçöhr... və i.a. varisi Cəm Əfridunun zamanında əmr edilmişdir". Bu kitabəyə görə, Əfridun III Fəribürzün ulu babasının atasıdır.

Onun adı, habelə III Mənuçöhrün sikkələrində yalnız sonuncunun atasının adı kimi çəkilir. O, Xaqaninin I Axsitanın arvadı şahzadə Ardı »

Şirvanşahlar dövlətiRusların Azərbaycan ərazisinə yürüşləri

İlk yürüş[redaktə]
Əli ibn Heysəmin hakimiyyəti dövründə əl-Məsudinin qeyd etdiyi başqa hadisə də olmuş, Xəzərlərlə yanaşı, Şirvana ruslar da dəfələrlə dənizdən basqınlar etmişdilər. Şirvanşahlar və Dərbənd əmirləri bu basqınlara qarşı mübarizə aparırdılar. Ticarət məqsədilə öz gəmilərində Xəzər dənizinin sahillərinə üzüb gələn rus tacirləri Azərbaycanın dəniz sahili ərazilərində yaxşı bələd idilər. Ruslar təqribən 914-cü ildə Bakı sahillərinə hücum etdilər. "Rus drujinaları buraya ilk dəfə gəlmirdilər. Onlar qədimdən şərqi Avropa ölkələri, Qafqaz və İran arasında qızğın ticarət gedən yaxşı bələd olduqları yolla irəliləyirdilər".

Rusların bu səfərini əl-Məsudi ətraflı təsvir etmişdir. O göstərir ki, h.300 (912-13)-cü ildən sonra rusların hərəsində 100 adam olan təqribən Ardı »

Şirvanşahlar dövlətiMonqolların Şirvan hücumları

1220-ci ildən etibarən bütün YaxınŞərq üçün yeni təhlükəolan monqollar, Şirvanı da hədələməyə başlamışdılar. Monqollar Azərbaycan və Şirvan ərazisinə ilk dəfə h.617 (1220/l)-ci ildə I Gərşəsb ibn I Fərruxzadın hakimiyyəti dövründə daxil oldular. Cəbə Noyonun və Sabutay Bahadurun başçılığı ilə otuz minlik monqol ordusu 1221-ci ildə gürcü qoşunlarını məğlub edib qışı Muğanda qışladı, sonra isə Ərdəbilə qayıtdı, şəhəri dağıdaraq zəbt etdi.

1221-ci ildə Təbriz, Sərab, Beyləqan, Gəncə və Tiflis şəhərlərinə hücum etdikdən sonra monqolların növbəti hədəfi Şirvan və onun mərkəzi Şamaxı şəhəri oldu. İbn əl-Əsir (1160-1234) monqolların şəhəri almasının və onun sakinlərinin qəhrəmanlıqla müdafıə olunmasının təfərrüatını xəbər verir "...tatarlar nərdivanlarla Ardı »

Şirvanşahlar dövlətiKeyqubad məscidi

Kеyqubаd məscidi - Şirvanşahlar saray kompleksinin Seyid Yəhya Bakuvi türbəsi yаnındа оnа bitişik bir məscid-mədrəsə binаsı оlmuşdur. Türbə məscidin cənub hissəsində yеrləşir. Məscid düzbucаqlı ibаdət zаlındаn və оnun önündəki kiçik dəhlizdən ibаrətdir.
Kеyqubаd məscidi Dərviş türbəsi yаnındа оnа bitişik bir məscid-mədrəsə binаsı оlmuşdur. Türbə məscidin cənub hissəsində yеrləşir. Məscid düzbucаqlı ibаdət zаlındаn və оnun önündəki kiçik dəhlizdən ibаrətdir. Vaxtilə zаlın mərkəzində gümbəzi sахlаyаn 4 sütun var imiş. Məsciddə Bаkuvinin tədris və ibаdət еtməsi bаrədə А.Bаkıхаnоv yаzır: “Оnun ibаdət еtdiyi hücrə, işlədiyi məktəb və qəbri оrаdа – məsciddədir”. Tədqiqаtçı S.Аşurbəylinin yаzdığınа görə Kеyqubаd Şеyх İbrаhimin bаbаsı idi. Şirvanşah Keyqubad 1317-1343-cü illərdə hakimiyyətdə olmuşdur. Ardı »

Şirvanşahlar dövlətiŞirvanşahlar dövlətinin əhalisi

Şirvanşahlar dövlətinin əhalisi Şirvan ərazisində yaşamış müxtəlif etnik qruplara aid əhali idi. Şirvan qədimdən Dərbənd və Dəryal keçidləri vasitəsilə şimaldan eləcə də şərqdən və cənubdan (İran vasitəsilə) gəlmiş oturaq və köçəri tayfalarla məskunlaşmışdı. Min illər boyu Şirvan torpağı birbirini əvəz edən Qafqaz və türkdilli tayfalar arasında rəngarəng əlaqələr meydanı olmuşdu. Bunu təkcə yazılı mənbələr deyil, arxeoloji və toponimik məlumatlar da təsdiq edir.

Qafqazdilli tayfalar[redaktə]
VII əsrin əvvəlinə aid anonim bir mənbədə Cənubi Dağıstanda, Şirvanda və Xəzər dənizinin qərb sahillərində məskunlaşmış tayfalar sadalanır. Mətndə adları çəkilən və ehtimal ki, bəziləri istisna olmaqla, ölkənin avtoxton əhalisi olan ləklər, hunlar, xəzərlər, zekenlər (tsekanlar), xenuklar (xenavilər), kaspilər, Ardı »

Şirvanşahlar dövlətiŞah İsmayılın ikinci Şirvan yürüşü

S. Aşurbəyliyə görə, Sultan Mahmud öldürüldükdən sonra Şeyxşah Şirvan taxtında ancaq Şah İsmayılın ali hakimiyyətini qəbul etmək və onun adından pul kəsdirməklə möhkəmlənə bilmişdi. Lakin Şirvanşah Şeyxşah Şirvanı müstəqil idarə etmək fikrindən əl çəkməmişdi. Şah İsmayılın h.913 (1507/8)-cü ildə zülqədərlər tayfasının iğtişaşını yatırtmaq üçün Maraş vilayətinə işğalçılıq yürüşündən istifadə edən Şeyxşah İsmayıla ödəməli olduğu xəracı verməkdən boyun qaçırdı və onun elçilərinə ehtiram göstərmədi. 1507-ci ildən Şeyxşah yeniden öz adından sikkə zərb etdirməyə başladı. Şah İsmayıl Şeyxşahın xərac vermək istəməməsi ilə əlaqədar h.915 (1509)-ci ilin sonlarında ikinci dəfə Şirvana yürüş etdi. O, Kür çayına çatıb onu ponton körpülərlə keçdi. Şahın gəlməsini eşidən Ardı »

Şirvanşahlar dövlətiII Axsitan

Fəaliyyəti[redaktə]
III Fəribürzdən sonra Şirvanda hakimiyyətə onun oğlu II Axsitan keçdi. II Axsitan hakimiyyətə h.641 (1243/4) – 653 (1255/6)-cü illər arasında başlamışdır. Bu dövrdə yaşamış Zəkəriyyə Qəzvini (1203-1283) öz əsərində II Axsitanın adını çəkərək yazır: "Şirvan müstəqil vilayətdir. Onun hökmdarının adı Axsitandır". Zəkəriyyənin sözlərinə görə, "Şirvanın hakimi əzəmətli, güclü və qüdrətli hökmdar idi". O, sonra Axsitanın o vaxtlar Zirehgəranı tutmaq üçün ora yollandığını, lakin əhalinin bundan əvvəl Dərbənd hakimlərinin hücumu kimi, onun da hücumunu dəf etdiyini deyir. Göründüyü kimi, bu məlumatlar II Axsitanın hökmranlığın lap başlanığıcına, Hülakü xanın ölkəni işğal etməsindən əvvələ aiddir. Daha sonra Şirvanda son dərəcə möhkəmləndirilmiş Biqur (Buqrurt) adlı Ardı »

Şirvanşahlar dövlətiŞeyx Heydərin Şirvan yürüşü

Dayısı Uzun Həsənin dəstəyi ilə müridlər və sufilər üzərində nüfuzunu gücləndirmiş Səfəvi Şeyx Heydər, atası Şeyx Cüneydin siyasətini izləyərək Şirvanı tutmağa çalışırdı. O, Şirvanşahdan Şeyx Cüneydin ölümünün qisasını almaq istəyərək "kafir" çərkəzlər əleyhinə mübarizə bəhanəsi ilə 10000 süvari qoşun topladı və Sultan Yaqubdan Şirvanşah Şirvanşah Fərrux Yasara məktub gətirməklə ondan Şirvanşahlar dövlətinin ərazisinə daxil olan Dərbənddən keçməklə, Dağıstana, çərkəzlər ölkəsinə getmək üçün icazə alıb yürüşə yollandı, oranı talan edərək çoxlu əsir götürdü və təntənə ilə Ərdəbilə qayıtdı. H.892 (1487)-ci ildə çərkəzlər üzərinə ikinci dəfə basqın edən Şeyx Heydər 6000 nəfər əsir alaraq, eyni yolla Ərdəbilə döndü. H.893 (1488)-cü ildə Şeyx Heydər Ardı »