Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanPənah Qurbanov

Həyatı[redaktə]
1940-cı il dekabrın 11-də Qərbi Azərbaycanın Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur.

1948-ci ildə ailəsi ilə Gəncəyə köçmüş, orada orta məktəbi və Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsini (1963) bitirmişdir.

1966-cı ildə indiki Azərbaycan Dövlət Neft Akademiyasının aspiranturasına daxil olmuşdur. Aspiranturanı bitirdikdən sonra 1995-ci ilə kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Kimya elmləri doktoru idi.

2011-ci ildə vəfat etmişdir.

Kitabları[redaktə]
Pənah Göyçə, "Göyçə gözüm işığı" (şeirlər), Bakı, "Yazıçı", 1991. 200 səh. 5000 nüsxə.
Diqqəti çəkən ixtiraları[redaktə]
Elmlər doktoru Pənah Qurbanovun daxiliyanma mühərriklərinin təkmilləşdirilməsi ilə bağlı mühüm təklifi:

"Bu gün bəşər həyatını daxiliyanma mühərrikləri olmadan təsəvvür etmək mümkün deyildir. Bununla belə yaxınlaşan ekoloji fəlakətin əsas səbəblərindən biri, bəlkə Ardı »

Qərbi AzərbaycanMəşədi Qasım

Həyatı[redaktə]
Məşədi Qasım 1863-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1918-ci ildə erməni daşnaklarının hücumlarına qarşı xalqı səfərbər edib. Göyçədən Qarabağa gəlib, laçınlı Sultan bəylə bərabər ermənilərə qarşı döyüşüb. Bir neçə il Sultan bəy tərəfindən onun adına verilmiş Ağdamın Qasımlı kəndində yaşadıqdan sonra 1921-ci ildə Göyçəyə qayıdarkən Şuşada vəfat edib və orada da dəfn olunub. Qardaşı Kərbəlayi Əmrah qardaşı uşaqlarını doğma ata-baba yurdu olan Göyçəyə aparıb. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra oğlu Fəzi əmisi Kərbəlayi Əmrahla yenidən dədə-baba yurduna qayıdıb.

Məşədi Qasımın nəvələri, nəticələri və digər qohumları hazırda Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayırlar.
El şairi Xasay Zeynalovun babasıdır.
Şəhid Yasif Kərimovun babasıdır.
Jurnalist Sənubər Ardı »

Qərbi AzərbaycanSalvartı çayı

Salvartı çayı — Zəngəzurda, indiki Ermənistanda çay.

Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonundakı Ərəfsə kəndində Salvartı dağının ətəklərində formalaşıb, kəndin aralıq hissəsində Xırdaçayla, aşağı məhəllənin orta hissəsində isə Taxtakörpü (Abuzər) çayı və Dəliçayla birləşərək, aşağı axarlarında Bazarçay, Bərgüşad və Arazla qovuşaraq, son hesabda Xəzər dənizinə tökülür. Salvartı çayı Xırdaçayla yanaşı, suvarma vasitəsi kimi kəndin təsərrüfat həyatında mühüm rol oynayırdı. Kənddən axan digər çayların - Taxtakörpü və Dəliçayın təsərrüfat həyatında rolları o qədər də böyük deyildi. Ardı »

Qərbi AzərbaycanƏhməd Oğuz

Kərimov Əhməd Musa oğlu (Əhməd Oğuz) — şair, ssenari müəllifi, kino redaktoru, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı[redaktə]
Əhməd Oğuz 1961-ci il noyabrın 13-də Qərbi Azərbaycanın Kalinino rayonu Qızıl Şəfəq kəndində fəhlə ailəsində anadan olmuşdur. Doğma kəndində orta məktəbi bitirmişdir (1978). Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1978-1982). Azərbaycanın Quba rayonunun Hacıqaib və Ermənistanın Kalinino rayonunun Soyuqbulaq kəndlərində dil və ədəbiyyat müəllimi işləmişdir (1985-1989). Ermənistanda ata-baba yurdundan zorla qovulduqdan sonra "Azərbaycan" qəzeti redaksiyasında müxbir olmuşdur (1989-1990). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olsa da, bir ildən sonra qiyabi şöbəsinə dəyişilmişdir (1991). "Xəzər" jurnalında şeir şöbəsinə rəhbərlik Ardı »

Qərbi AzərbaycanElşad Qurbanov

Elşad Qurbanov 2 yanvar 1951-ci ildə Zəngəzur mahalının Qarakilsə (Sisyan) rayonunun Urud kəndində anadan olmuşdur. 1973-cü ildə Bakı şəhəri 8 nömrəli tibb məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.

1979-cu ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib, botanika ixtisası almışdır. 1979-1982-ci illərdə AMEA-nın Botanika İnstitutunun aspiranturasında əyani təhsil almış və 1984-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi, 2004-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi adını almışdır. Həmin ildən BDU-nun professorudur.


205-a qədər elmi əsərin (o cümlədən 80-ni xaricdə), 10 kitabın, çoxlu sayda tədris proqramlarının müəllifi və 5 kitabın elmi redaktorudur. Dəfələrlə Beynəlxalq simpozium və konfranslarda (Avropa ölkələrində, Rusiya Federasiyasının bir çox Ardı »

Qərbi AzərbaycanXələc (Qafan)

Xələc (erm. Խալաջ; hal-hazırkı adı: Atçanan; erm. Աճանան) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində yerləşən kənd və kənd icması. Ardı »

Qərbi AzərbaycanPəmbək kəndləri

Böyük Qarakilsə rayonuArcut • Aşağı Kilsə • Bozigah • Bzovdal • Darbas • Dərəkənd • Gözəldərə • Hacıkənd • Hacıqara • Hallavar • Heydarlı • Heyvandarlıq sovxozu • Xancığaz • Kolagirən • Qamışqut • Qranit zavodu • Mollaqışlaq • Nikitino • Pəmbək • Sarımsaxlı • Şahəli • Vartana • Voskresenovka • Yaqublu • Yuxarı Kilsə
Hamamlı rayonuAğbulaq • Avdıbəy • Bəykənd • Çigdəməl • Çotur • Əfəndi • Goran • Göy Yoxuş • Güllücə • Keşişkənd • Qaçağan • Qaltaxçı • Qaraboya • Qaral • Qızılörən • Qursalı • Muncuqlu • Nalbənd • Pəmb • Saral • Spitak • Tapanlı • Vardnav Ardı »

Qərbi AzərbaycanMağaracıq

Tarixi[redaktə]
Ağbaba mahalının tərkib hissəsi kimi, indiki Amasiya(Hamasa) rayonu da vaxtilə Şərqi Anadoluya aid olub. Bu torpaqlar Qars(Kars) vilayətinin tərkib hissəsi kimi, 1877-1878-ci illərdə Rusiya tərəfindən işğal edilərək Tiflis quberniyasının Qars qəzasının Ağbaba nahiyəsi şəklində Rusiyanın tərkibinə qatılıb. Sovet dövründə 1930-cu ilə kimi Gümrü qəzasının Ağbaba nahiyəsi adlanmış. Daha sonralar isə Amasiya rayonu adlandırılmışdır. Yaşlı nəsillər Amasiya ya Hamasa deyərdilər.

Mağaracıq rayon mərkəzindən 9 km məsafədə yerləşirdi. Mağaracıqda 1988-ci ilə qədər 250-yə yaxın azərbaycanlı ailəsi yaşayırdı. Mağaracıqda yaşayan soylar bunlardır: Molla Məmmədlilər, Molla Hasanlılar, Hacı Salmanlılar, Kərbalayi Söyünlülər və başqaları. Ardı »