Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

StomatologiyaRamazanda ağız sağlamlığına diqqət

Sağlam və problemsiz bir Ramazan ayı keçirmək istəyən insanların ay boyunca ağız və diş sağlamlıqlarına diqqət yetirmələri vacibdir. Bunu bildirən mütəxəssislər, "İftardan və imsakdan" sonra mütləq dişlərin və dilin təmizlənməsini məsləhət görürlər. Oruc tutulmayan zamanlarda ara paylar sayəsində ağız mühitinin turşu nisbəti azalır. Lakin oruclu ikən ara pay şansı olmadığı üçün ağız mühitinin turşu nisbəti arta bilər. Bunun üçün gün ərzində ağızı su ilə yaxalamaq lazımdır. Bundan əlavə duzlu suyla qarqara etmək və istəyə uyğun ağız spreyi istifadə etmək də olar. Diş çürükləri, diş əti iltihabları ağız qoxusunun əhəmiyyətli səbəblərindəndir. Məhz, daha çox Ramazan ayında ağız qoxusunun yaranma ehtimalı yüksək olur. Ardı »

StomatologiyaOruc tutarkən ağız qoxusunun qarşısını necə almaq olar?

Uzun yay günlərində tutulan oruc havaların isti keçməsiylə yanaşı, ağız qoxusuna səbəb olur və bu insanların sosial həyatında bəzi problemlər yaradır.
Ağız qoxusunun qarşısını almaq üçün, iftardan sahura qədər yediklərinizə diqqət etməlisiniz. Gün boyu nanə yemək, ağız qoxusunun qarşısını almaqla yanaşı, mədədəki nasazlıqları da aradan qaldırır. Ramazan ərəfəsində dişlərə normal günlərdəkindən daha çox qayğı göstərilməlidir. Acı və ədviyyatlı yeməklərdən, qazlı içkilərdən və qəhvədən xususuilə qacılmalıdır. Çox yağlı və qazlı içkilərin istehlakı azaldılmalıdır. Yeməklərdən sonra xarici diş əti, dilə, dil altına, yanaq daxili yerlər diqqətlə təmizlənməlidir. Ağız boşluğunu təmizlədikdən sonra, su və ya antiseptik məhsullardan qarqara kimi istifadə edilməsi ağız boşluğunuzda fərahlıq Ardı »

StomatologiyaEnergetik içkilər dişləri zədələyir?

Energetik içkilərin dişləri zədələməsi ilə bağlı iddialar səsləndirilməyə başlayıb. RİA "Novosti" agentliyinin verdiyi məlumata görə, energetik içkilərdə turşuluğun miqdarı çox yüksəkdir. Turşuluğun isə dişlərin mina təbəqəsini zəiflətdiyi deyilir. Energetik içkiləri qəbul edən şəxslərdə dişin mina təbəqəsində eroziyanın yaranması üçün bəzən 5 gün də kifayət edir.

Ekspertlər isə 13 idman və 9 energetik içki üzərində tədqiqat aparıblar. Onlar dişin mina qatını həmin içkidə saxladıqdan sonra iki saat ağız suyunda saxlayıblar.
Bu zaman 5 gündən sonra həmin təbəqədə aydın görünən zədələnmələr baş verdiyi müşahidə olunub.

Alimlər energetik içkilərin qəbulundan sonra dişin mina təbəqəsinin iki dəfə daha çox zədələndiyi bundan sonra dişlərdə həssaslıq yarandığını müəyyənləşdiriblər. Həssaslaşmış Ardı »

StomatologiyaUşaqlar üçün diş təmizliyi

Uşaqlar ağız qulluğuna yetkinlər qədər diqqət edə bilməzlər. Bu baxımdan körpə vaxtlarından ağız baxımı ciddiyə alınmalı, çürüklərə qarşı qoruma təmin edilməlidir.
İllionis Universitetinin elm adamları, hələ dişi çıxmamış körpələrdə etdikləri araşdırmada, ağız içində çox sayda fərqli bakteriyanın varlığını təyin ediblər.
Uşaqlarda ağız mikroflorasının 1,5-3 yaş arasında, yəni ilk dişlərin çıxması ilə meydana gəldiyi fərziyyəsini araşdıran Kelly Swanson, çürüklərin meydana gəlməsində yalnız bir bakteriya növünün deyil, bütün ağız florasının məsul olduğunu ifadə edib.
Swanson, valideynlərin, körpələrinin doğumundan etibarən ağız gigiyenasına diqqət etməsini, irəli yaşda çürük meydana gəlməsinə qarşı tədbir almasının vacibliyindən danışıb.
Uşağın əl bacarığı, marağı və valideynlərin mövqeyi uşaqda diş fırçalama vərdişini təyin edər. Ardı »

StomatologiyaOrqanizmə və diş sağlamlığına təsirli çay

Bir çox internet mənbələrində yaşıl çayın sağlamlığa faydaları haqqında məlumatlarla rastlaşırıq.

İnsanın möhkəm və uzunömürlü olmasına təsirli olan bu çay antioksidant xüsusiyyətləri ilə digər çaylardan fərqlənir.

Yeditepe Universiteti əczaçılıq fakültəsi bildirib ki, yaşıl çay uzaq şərqdə həm içki, həm də dərman kimi istifadə edilib.

Onuda qeyd etmək lazımdır ki, müalicəvi xüsusiyyətləri ilə insan orqanizmini zərərli maddələrdən təmizləyir və immun sisteminin güclü olmasına kömək edir.
Onkoloji xəstəliklərin müalicəsində dərman kimi istifadə oluna bilər.

Yaponiyada 49 ilə 59 yaşları arasında 940 insan üzərində aparılan araşdırmaya görə bu çay diş əti xəstəliklərinə təsirlidir.
Tədqiqatçıların fikrincə bunu köməkliyi ilə orqanizmdə intoksikasiya səviyyəsini belə azaltmaq olur.

Məlumatda oda bildirilir ki, yaşıl çay terapiyası Ardı »

StomatologiyaRamazanda dişlərə qulluq

Ramazan ayında dişlərimizi necə qoruyaq? Uzun müddət ac və susuz qaldığımız bu günlərdə ağız sağlamlığı təhlükə qarşısında qalır.
16-17 saatlıq oruc vaxtında ağızda yaranan bakteriyalar asanlıqla dişlərə,damağa zərər vura bilər, ağız qoxusunun yaranmasına yol aça bilər.

Bu problemlərdən qaçmaq üçün gün ərzində məcunsuzda olsa dişləri fırçalamaq, imsaq və iftarda şəkərli yemək və içkilərdən uzaq durmaq məsləhətdir.
Pendir, süd məhsulları, meyvə tərəvəzlə qidalanmaq sağlam dişlər üçün çox önəmlidir.
İftardan və imsaqdan sonra dişlərinizi mütləq fırçalayın
Şəkərli qidalardan uzaq durun
Diş ipindən istifadə edin
Yalnız dişinizi deyil, dilinizidə fırçalayın
Protezlərin təmizliyinə diqqət edin. Ardı »

StomatologiyaSağlam dişlər üçün 8 məsləhət

Sağlamlıq mövzusuna səthi yanaşmaq, zərərli vərdişlər və işlərlə məşğul olmaq çox vaxt insan sağlamlığına böyük zərər vurur.
Xüsusilə ağız və diş sağlamlığı bu mövzuda ilk sıralarda gəlir. Diş sağlamlığını tək fırçalamaqla qorumaq yetərli deyil.
Bunun üçün qidalanmadan həkim müayinəsinə kimi hər şeyə diqqət yetirmək lazımdır.
Çox vaxt əhəmiyyət verilməyən detallar ağız və diş sağlamlığında ciddi problemlər yaradır.
Bu baxımdan şəxsi gigiyenaya və ağız sağlamlığına fikir vermək, dişləri hər gün təmizləmək məsləhətdir. Bundan əlavə aşağıdakılar da önəmlidir:
1. Sağlam dişlər üçün tərkibi kalsium, c vitamini ilə zəngin qidalar da faydalıdır. Məsələn: süd, pendir, qatıq kimi qidalarda kalsium boldur. Portağal, brokoli, ispanaq kimi tərəvəz və meyvələr isə Ardı »

StomatologiyaAvropada ən bahalı stomatoloji xidmət Ingiltərədədir

Hollandiya alimlərinin dediyinə görə, Avropada ən bahalı stomatoloji xidmət Böyük Britaniyadadır. Health Economics jurnalının verdiyi xəbərə əsasən, bu ölkədə dişin plomblanması Avropada ən ucuz qiymətlərə malik olan Macarıstandan 19 dəfə bahadır.
Araşdırmanın rəhbəri Svon Ten (Swan Tan) və onun Rotterdamda yerləşən Erazm adına Tibbi Texnologiyaların Qiymətləndirilməsi Universitetindən əməkdaşları doqquz Avropa ölkəsində dişlərin müalicə qiymətlərini müqayisə etmişlər. Nümunə olaraq onlar 12 yaşında qızın azı dişini plomblamaq üçün tələb olunan məbləği araşdırmışlar.

Bu məbləğə rentgen şəklin çəkilməsi, plomb materialı, anesteziya üçün preparatlar və həmçinin, stomatoloqun iş vaxtının qiyməti daxil edilmişdir.
Aydın olmuşdur ki, Böyük Britaniyada dişin plomblanması 117 funt (təxminən 234 dollar) vəsait tələb edir. Bahalılığına Ardı »