Azərbaycanla bağlı tayfa və qəbilələr → Səfərəli bəy Vəlibəyov Fəaliyyəti
Qori müəllimlər seminariyası nəzdində açılmış ibtidai məktəbə müəllim olmadığına görə Çernyayevski özü rəhbərlik edirdi, məktəbdə şagirdlərə Azərbaycan və Rus dillərində dərs keçilirdi, onlar əsas şöbəyə hazırlanırdılar. Çernyayevski sonralar bu vəzifəni tutmağa Səfərəli bəy Vəlibəyovu hazırlamışdı.
Təsadüfi deyildir ki, elmi ədəbiyyatda, ciddi alimlərin əsərlərində Qori Seminariyası, "universitetə bərabər seminariya" kimi dəyərləndirilmişdir. Üzeyir bəy Hacıbəyov, Firudin bəy Köçərli, Nəriman Nərimanov, Müslüm Maqomayev, Süleyman Sani Axundov, Səfərəli bəy Vəlibəyov, Rəşid bəy Əfəndiyev və onlarla başqaları kimi adlı-sanlı ziyalı şəxsiyyətləri Azərbaycanımıza məhz Qori Seminariyası bəxş edib. 1881-ci ildə seminariyanı bitirən S.Vəlibəyov burada rəhbər vəzifəsində saxlanılır və 1896-cı ilə qədər fəaliyyət göstərir.
1883-cü il yay tətili zamanı Şuşada Ardı »