Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Xurşid bəy Bayandur

Həyatı[redaktə]
Xurşid bəy Bəyazid bəy oğlu Ağqoyunlu elinin Bayandur tayfası içində doğulmuşdu. Sultan Uzun Həsən bəyə xidmət еdirdi. 1445-ci ildən Ərzincanın hakimi olmuşdu. Osmanlılara qarşı Məndiz dağının yanında savaşmışdı. Еlçi kimi Qaraqoyunlu Sultan Cahanşah bəy Baranlının yanına gеtmişdi. Sonra səfir missiyası ilə Osmanlı sultanı Fatih Məhəmmədin yanına yollanmışdı.

Xurşid bəy osmanlı qoşunları ilə bir nеçə dəfə savaşmışdı. 1461-ci ildə Sultan Fatih Məhəmməd özü Xurşid bəyin üstünə gəlmişdi.

Xurşid bəy 1462-ci ildə vəfat еdib.

Xurşid bəyin Yusif bəy və Mənsur bəy adlı oğulları vardı. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Budaq Hacısamlı

Həyatı[redaktə]
Budaq Köçəri oğlu 1786-cı ildə Qaraçorlu mahalının Hacısamlı nahiyəsində doğulmuşdu. Qohum-əqrabasını ətrafına toplayıb bir oba təşkil etmişdi. Bu oba sonra Budaqdərə adlandı.

Budaq əsasən heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi. Yatağı, yaylağı, əkinəcəyi, məzrəsi vardı. Bir müddət Mehdiqulu xan Cavanşirlə İranda yaşamışdı. 1827-ci ildə doğma yurduna qayıtmışdı.

Ailəsi[redaktə]
Budaq Salatınla ailə qurmuşdu. Oruc, Niftalı, Baxşalı adlı oğlanları, Şirin və Sona adlı qızları vardı. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Nigar xanım Vəlibəyova

Həyatı[redaktə]
Nigar Səfərəli bəy qızı Vəlibəyova Bakı şəhərində anadan olub. 1902-ci ildə atası Səfərəli bəy Vəlibəyov vəfat etdiyi üçün yaxın qohumu Süleyman Sani Axundovun köməyi sayəsində dövlət hesabına pansionatda saxlanılmışdır.Müqəddəs Anna adına Bakı Qadın Gimnaziyasını qızıl medalla bitirdiyi üçün, onu 1910-cu ildə Bakıda açılmış üçüncü rus-tatar qızlar məktəbinə müəllim təyin ediblər. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Mannalılar

Mannallılar – Azərbaycanda yaşayan yerli etnoslardan biri.

Manna ərazisi er. əvvəl III minillikdən başlayaraq kuti və lulubelərin məskun olduqları ərazi olduğuna görə, mannalar (yaxud mannalılar) onların birbaşa varisləri sayılır. İ. M. Dyakonov yazır ki, Manna dövləti lulube-kuti dövlət qurumu idi. Tarixşünaslıqda Manna müəyyən bir etnosun adı kimi nəzərə alınır. Q. A. Melikişvili yazır ki, Manna yerli etnik addır. Ölkə orada yaşayan Manna etnosunun adı ilə adlanmışdır. Manna əvvəlcə konkret bir tayfanın, sonra tayfa birləşməsinin, daha sonra er. əv. IX əsrin 30-cu illərindən Azərbaycan ərazisində ilk dövlət qurumunun adıdır. Bu dövlət er. əv. 615-613-cü illər arasında Midiyaya birləşdirilmişdir. Ümumiyyətlə, qədim türk xalqlarının tarixində Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Tərəkəmələr

Tərəkəmələr və ya Qarapapaqlar — Azərbaycanlıların (Azərbaycan türklərinin) etnoqrafik qrupu.

Əvvəllər Sırdəryanın sağ sahilində yaşayıblar. Oğuz türkləri (tərəkəmələr) XI əsrdən başlayaraq, İran, Zaqafqaziya, Kiçik Asiya və Mesopotamiyaya yayılıblar. Köçəri həyat sürən oğuzların bir hissəsinə tərəkəmə (ərəbcə "tərakimə" - türkmənlər) deyiblər. Tərəkəmələr Azərbaycan, Türkiyə və Gürcüstanda yaşayırlar. Azərbaycanda Kür-Araz ovalığında, Mil-Qarabağ, Muğan və Şirvan düzlərində yaşayan və icma halında yaylağa gedən tərəkəmələr həm də əkinçiliklə məşğul olurdular. Tərəkəmələrin qalan hissəsi aranda biçini qurtarıb, payız əkininə hazırlıq görürdülər. Onlar əsasən heyvandarlıq məhsulları (yağ, pendir, yun və s.) istehsal edir, bunları taxıl və sənətkarlıq məhsulları ilə dəyişirdilər. Xalçaçılıq, toxuculuq və s. də inkişaf etmişdi. "Tərəkəmə" Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Udilər Azərbaycanda

1989–cu il siyahıyaalınmasına görə Azərbaycanda 6.125 nəfər udi yaşayırdı. 27 yanvar-3 fevral 1999–cu ildə aparılmış siyahıyaalmaya əsasən Azərbaycan Resbublikasında 4.152 nəfər (Qəbələ rayonunda 3962 nəfər və Oğuz rayonunda 104 nəfər olmaqla) udin qeydə alınmışdır. Ardı »