Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Etnik mənşəyi

Mannaların dil və etnik mənsubiyyətləri məsələsi ilə çoxlu tədqiqatçı məşğul olmuşdur. Əksər iranşünaslar qeyd edirlər ki, mannalar hürri dillər qrupuna mənsub idilər və Qafqaz dillərinə yaxın dildə danışırdılar. Mannaların türkdilli olması fikri ilk dəfə akademik Y. B. Yusifov tərəfindən irəli sürülmüş[10] və sonra prof. Q. Qeybullayev tərəfindən[11] əsaslandırılmışdır. Mannaların türkmənşəli olduğunu göstərən faktlardan biri də manq etnoniminin Altay-Türk xalqları içərisində indiyədək qalmasıdır.

Baykalətrafı və Amurətrafı tunqus-mancurların rəvayətlərində "manqi" adını daşımış nəhəng gövdəli adamlar haqqında çoxlu rəvayətlər mövcuddur[12]. Bu tayfadan olanlar tunqusların qızlarını oğurlayanlar kimi göstərilir. Bu da maraqlıdır ki, guya tunquslarda, mancurlarda və şamanlarda manqilərin ruhları yaşayır. Çünki manqilər şamanlar olmuşlar[13].

Bu etnonim Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Sultan Yaqub

Həyatı[redaktə]
Sultan Yaqub 1478-1490-cı illərdə Ağqoyunlu dövlətinin hökmdarı olub. Uzun Həsənin oğludur və Uzun Həsənin varislərindən yalnız onun hakimiyyəti nisbətən uzun sürmüşdür. O, ziyalı hökmdar idi, ədəbiyyat və incəsənət xadimlərinə himayədarlıq edirdi.

1480-ci ildə 40 min nəfərlik Məmlük ordusu Ağqoyunlu dövlətinə hücuma keçərək Urfanı (Ruhanı) almağa cəhd etdi. Sultan Yaqubun lələsi Süleyman bəy Bicənoğlunun və Bayandur bəyin başçılığı altında Ağqoyunlu qoşunu düşməni darmadağın etdi, Məmlük sərkərdəsi Yaşbəy öldürüldü, digər Məmlük sərkərdələri isə əsir alındı.

Sultan Yaqub Şirvanşahlar ilə dostluq əlaqələri saxlamış və Şirvanşah Rərrux Yəsarın qızı Gövhərşah Sultanla evlənmişdir. Atasından fərqli olaraq Ərdəbil şeyxləri ilə xoş münasibət saxlamırdı. 1488-ci ildə Ərdəbil şeyxi Heydər Şirvanşahlar Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Z o b e r

Z o b e r – Er. əv. I əsrdə, Alban çarının adı. Yunan və latın dillərində ç, c, ş səsləri olmadığına görə, güman ki, adın başlanğıcındankı z səsi əslində ç yaxud ş səsini ifadə edir. Lakin bu səs köklü s da ola bilər. Bir sıra türk dillərində çəpər (lakin xakasca sibət, başqırdca səbər, monqolca tsəbər, buryat-monqolca səbər) təmiz, gözəl qayda-qanunu sevən, intizamlı, ehtiyatlı, vicdanlı, nəcib, düz sözündəndir. Türk dillərində çəbər, çəvər, şəvər formalarında olan bu söz çoxmənalıdır. Məsələn, qırğızca çəbər – mahir, mərhəmətli, cəld, diribaş, zirək, çevik, fəndgir, qazaxca şəbər – usta‖, uyğurca çəvər – mahir, başqırdca sibər – qanışirin, Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Ağzivər sultan Şamlı

Həyatı[redaktə]
Ağzivər sultan Dəmri sultan oğlu Şamlı elinin Bəydili oymağındandır. Durmuş xan Şamlıdan sonra I Şah İsmayıl Səfəvinin oğlu Sam mirzənin lələsi olmuşdu. Əvvəlcə Nişapurun, sonra Herat əyalətinin hakimi idi. Dəfələrlə özbəklərə qarşı vuruşmuşdu.

1532-ci ildə Übeydulla xan şəhərdən geri çəkildikdən sonra Herata daxil olan şah, Heratın özbəklər tərəfindən mühasirəsi zamanı "məzlumların əmlakını qarət etdiklərinə", xalqı incitdiklərinə görə Xorasan hakimi Qazi xan Təkəlini və onun köməkçilərini vəzifədən kənar etməyə məcbur olmuşdu. Xəzinədən "yoxsullara" və "zəiflərə" pul paylandı. Ağzıvar xan Şamlı eyni zamanda vilayətin nominal hakimi çahzadə Sam mirzənin atabəyi (lələsi) yerini tutmaqla Xorasan hakimi təyin olundu.

1534-cü ildə vəkil Hüseyn xan Şamlının öldürülməsi ilə Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Oğuz türkləri

Oğuz türkləri - 24 Oğuz boyundan ibarət olub, Xəzər dənizinin şərqindən Ceyhun (Amudərya) çayına qədər ərazidə yerləşmişdilər. Oğuz Türkləri 950-ci ildən İslam dinini qəbul etməyə başladılar.

Oğuz adına ilk dəfə Yenisey Kitabələrində rast gəlinməkdədir. Oğuzlar,Türkiyə, Balkanlar, Azərbaycan, İran, İraq və Türkmənistanda yaşayan Türklərin ataları olan böyük bir Türk boyudur. Oğuzlara, Türkmənlər də deyilir.

Oğuz sözünün kökü ilə əlaqədar müxtəlif fikirlər irəli sürülmüşdür. Sözün boy, qəbilə mənasını verən "Ox" və çoxluq əlavəsi olan "z"in birləşməsindən "Oxuq" (oxlar, qoylar) mənasında olduğu irəli sürüldüyü kimi, oyrat (haşarı, yaramaz) sözünün sinonimi olduğunu iddia edənlər də vardır. Bu söz, Anadolu ləhcəsində "həlim, səlim, ciddi" mənalarında da istifadə edilməkdədir. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Ağqoyunlu dövləti - Dövlət quruluşu

Həsən bəy Bayandur (Uzun Həsən) Osmanlı və Teymuri hökmdarları kimi sultan titulunu qəbul etmişdir.Sonrakı Ağqoyunlu dövlət başçıları padişah titulunu daşıyırdılar. Dövlətdə baş komandan əmir-əl-üməra adlanır, padişahdan sonra ikinci şəxs sayılırdı. Sonrakı yeri mövlana adı daşıyan sədr-əzəm tuturdu.O, ruhanilərə, vəqflərə, mədrəsə, dini məsələlərə və məhkəmə işlərinə başçılıq edirdi. Sonra baş vəzir gəlirdi. O,daxili idarə vəxarici işlərə, maliyyə məsələlərinə nəzarət edirdi. Bü şəxs həm də padişahın möhürdarı və sahibi-divan idi.Orduda ali rütbəli şəxs əmir adlanırdı. Ölkə əyalət-vilayət, tümən və nahiyələrə bölünürdü. Dövlətin paytaxtı Təbriz şəhəri idi. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Əhməduşağı tayfası

Əhməduşağı tayfası — Qaraçorlu elinin Hacısamlı oymağının bir tayfasıdır.

XVIII yüzilin ortalarında Xorasan əyalətindən gəlib. Öncə Şadlı elinə bağlı olan bu tayfa Qarabağda məskunlaşandan sonra Həmzə sultan Qaraçorluya bağlandı. Pənahəli xan Sarıcalı-Cavanşir bu tayfanı oğlu İbrahimxəlil xana, o da öz oğlu Xanlar ağaya verdi. Xanlar ağa varissiz vəfat edəndən sonra bu tayfa qardaşı Əhməd xana qaldı. Əhməd xandan isə bu tayfa qızı Bikə bəyimə, ondan isə oğlu Davud ağa Ağalarova çatdı.

Əhməduşağı tayfası əvvəlcə Ələkçi kəndində binə bağladıqdan sonra tayfanın bir hissəsi Yuxarı Qarasaqqal kəndində yerləşdi. Bir müddət sonra tayfanın bir hissəsi Şamkənd kəndinə, müəyyən hissəsi yaxın qohumluq əlaqələri olan Qasımuşağı obasının Kürdhacı Ardı »