Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiCuğa körpüsü

Tarixi[redaktə]
Cuğa körpüsü böyük karvan yolu üstündə iri dayaq məntəqəsi yaradılmasının ən maraqlı örnəklərindən biridir. Bu körpü Arazın üstündə karvan yolu istiqamətndə salınmış və iri ticarət qovşağı olan Cuğa şəhərinin ticarət həyatında böyük rol oynamışdır.

Körpü gözəlliyinə gorə tikildiyi dovrdən məşhurlamışdır. Həmdullah Qəzvini "Nüzhət əl Qülub" əsərində Mərənd tümənindəki ticarət şəhəri Gərgər haqqında qısa bildi verib yazmışdır ki, "...onun yanında, Araz çayı üstündə Ziyaülmülk Naxçıvani gözəl körpü tikmişdir. Bu xeyriyyəçilik sahəsində ən parlaq tikililərdən biridir." Gərgər şəhəri, indi Güney Azərbaycanda, Culfa şəhəri yaxınlığında, Mərənd-Culfa yolu üstündə yerləşən şəhərdir. Ziyaülmülkün tikdirdiyi körpü isə Cuğa körpüsüdür.

Memarlıq xüsusiyyətləri[redaktə]
Qırmızı qumdaşından, əhəng məhlulu ilə tikilən körpünün sahil Ardı »

ÜmumiKaronga (mahal)

Coğrafiya[redaktə]
Karonga ölkənin üç bölgəsindən biri olsan Şimal bölgəsinə aid olub ölkənin şimalında yerləşir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Karonga şəhəridir. Mahal şərqdə Malavi gölü, cənubda Rumphi mahalı, şimalda Tanzaniya, qərbdə Chitipa mahalı ilə qonşudur.

Əhali[redaktə]
Chitipa mahalında 272,789 nəfər yaşayır.

Şəhərləri[redaktə]
Karonga Ardı »

ÜmumiNigar Camal

Nigar Camal (7 sentyabr 1980, Bakı, Azərbaycan SSR) — Azərbaycan müğənnisi, Avroviziya Mahnı Müsabiqəsinin 2011-ci ildə qalibi. Azərbaycanda "ilin adamı" (2011), BMT-nin Yol hərəkəti qaydaları üzrə xoşməramlı səfiri.
Həyatı[redaktə]

Eurovision Mahnı Müsabiqəsində, 2011-ci il
7 sentyabr 1980-ci il tarixində Bakı şəhərində anadan olmuşdur.

1985-1986-cı illərdə şəhər uşaq ansamblında solist kimi çıxış edib. 1988-1996-cı illərdə "Pöhrə" respublika mahnı müsabiqəsində iştirak etmiş, 1996-cı ilin may ayında müsabiqənin fəxri diplomunu qazanmışdır.

1997-ci ildə Nizami rayonu, 201 saylı orta məktəbi bitirmişdir. 1997-2001-ci illərdə Xəzər Universitetinin iqtisadiyyat və menecment fakültəsində təhsil almışdır.

"Planet Parni iz Baku"nun 2000-ci ildə keçirilən konsertində çıxış etmişdir.

Həyat yoldaşı kiprli Haluk Camalla 2005-ci ildən İngiltərədə – Londonda yaşayır. Ardı »

ÜmumiSufi təlimi

Şihabəddin Əbuhəfs Sührəvərdinin əsərlərində sufilərin əxlaq normalarının, mənəvi keyfiyyətlərinin, davranış qaydalarının müfəssəl şərhi verilir. İnsanın mistik özünü kamilləşdirməsi yolu göstərilir.

Zakir Məmmədov yazır ki, Əbuhəfs Sührəvərdi sufilərin təbiətini, daxili aləmini, onların geyimərini zahiri cəhətləri ilə əlaqələndirmişdir: "Ad onların əlaməti, Allaha görə elm onların sifəti, ibadət onların bəzəyi, mömünlük onların şüarı və haqqın həqiqətləri onların sirləridir."

Mütəfəkkir öz zəmanəsində də qaba yundan paltar geyməyin sufilər arasında dəb olduğunu xəbər verir. O bildirir ki, sufi təbiətli bəzi adamlar o dövrdə yun paltar geymədikləri üçün sufi adlanmamışlar. Sufi terminini mənşəcə ərəb dilinə mənsub sayan alim bir fikir cərəyanı kimi də onun islam dini zəminində Ardı »

ÜmumiSaspirlər

Tarixi[redaktə]
Azərbaycan ərazisinin ən qədim sakinlərindən biri də saspirlər olmuşdur. Herodot da bu soyların adını belə çəkmiş və onları Araz sahilində, midiyalıların, kolxların «Kolxida ovalığı indii də həm Qafqazın, həm də indiki Gürcüstanın ərazisində yerləşməklə kolxların yaşayış arealına çevrilmişdi» və urartuların qonşuluğunda yerləşdirilmişdir. Gürcü alimi G.A.Melikişvili saspirlərin soy birləşməsinin tərkibinə hürri-urartu və işquz- qimmir soy birləşmələrini də daxil etmişdir. Herodota əsaslansaq saspilərin şimalında və şimal — qərbində kaspiləri və sakları «görmüş olarıq». Daha da dəqiq olsun deyə Herodotun əsərindən bir yarımçıq cümləni sitat gətirməklə saspirlər haqqında, onların məskunlaşma arealı (bu söz artıq biologiyada öz çevrəsini genişləndirməklə canlı təbiətin ayrılmaz hissəsi insana da Ardı »

ÜmumiQarabağ tədqiqatları

Azərbaycanın Qarabağ ərazisində aparılan komplekstədqiqatlar nəticəsində paleolit dövrünə aid zəngin düşərgələr qeydə alınmış və elmi tədqiqat işləri aparılmışdır. Aparılan kompleks elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azərbaycanın ən qədim sakinlərinin əmək alətlərini hazırlaması və onların sonrakı inkişafı üçün minilliklər lazım olmuşdur. Tədqiqatlar göstərir ki, ibtidai insanlar paleolit dövründə əsasən təbii karst mağaralarında, çay kənarlarında, qaya sığınacaqlarında və yaşamaq üçün əlverişli olan yerlərdə məskən salıb yaşamışlar.

Respublikanın ərazisində paleolit dövrünə aid aparılan tədqiqat iələri nəticəsində daş dövrünün ayrı-ayrı mərhələlərinə aid zəngin arxeoloji düşərgələr Qarabağ ərazisində müəyyən olunmuşdur. 1960-cı ilin yay mövsümündə Qarabağın Quruçay və Köndələnçay vadilərində Azərbaycan Elmlər Akademiyası Tarix institutunun Paleolit arxeoloji Ardı »

ÜmumiKür döyüşünün Nəticəsi

Döyüş zamanı Şirvanşah I İbrahim atla xəndəyin üstündən sıçrayıb keçməyə cəhd göstərdi, lakin yaşlı olduğu üçün (onun yaşı 60-a yaxın idi) duruş gətirə bilməyərək yıxıldı və qolunu sındırdı. Qaraqoyunlu döyüşçüsü onun paltarını çıxarıb atını əlindən alaraq öldürmək istəyirdi. Buna görə də İbrahim özünü nişan verməli oldu. Onda döyüşçü onun boynunu qurşaqla bağlayıb Qara Yusifin yanına gətirdi. Gürcü hökmdarı I Konstantin, Şeyx İbrahimin oğlanları Qəzənfər, Əsədullah, Xəlilüllah, Mənuçöhr, Əbdürrəhman, Nəsrətullah və Haşım, qardaşı Şeyx Bəhlul, Şirvanın adlı-sanlı adamları - qazı Bəyazid (Əbu Yəzid), əmir Huşəng və oğulları, qazı Mövlana Zahirəddin, habelə, təbib, münəccim, "carçı" və digər əyanlar da əsir alınmışdılar. Onların hamısı Ardı »

ÜmumiRamil Səfərovun ekstradisiyası və əfv edilməsi

Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya gətirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edilmişdir. Ramil Səfərov bu hadisə ilə bağlı ilk açıqlamasında belə demişdir:

"Bu, ədalətin bərpasıdır".

1 sentyabr 2012-ci ildə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Ramil Səfərovu qəbul etmiş və onu mayor rütbəsi ilə təltif etmişdir. Həmçinin ona Müdafiə Nazirliyi tərəfindən ev və onun həbsdə olduğu 8 il müddətində toplanmış əməkhaqqı verilmişdir.

ASALA terror təşkilatının hədəsi[redaktə]
Ramil Səfərovun Azərbaycana verilməsi və əfv olunması ilə əlaqədar Ermənistan və erməni diasporu arasında süni ajiotaj yaranmışdır. Ermənistan hökumətinin qızışdırıcı, aqressiv mövqeyindən ruhlanan erməni terror təşkilatları Azərbaycanın xarici Ardı »