Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiŞəhidlər Xiyabanında dəfn olunanlar (Mingəçevir)

A[redaktə]
Ağayev Fərid Rüfət oğlu (31.12.1994, Mingəçevir - 06.02.2015)
C[redaktə]
Cəfərov Alış Zeynalxan oğlu (1960-1994)
H[redaktə]
Həmzəyev İlqar Əli oğlu (1968-1993)
M[redaktə]
Məmmədov Amil Hümbət oğlu (1975-1994)
Mirabov Rəşad Akif oğlu (1975-1995)
Müşfiq Mustafa oğlu Mirzəyev (1970-1993)
Muradov Ruslan Həmid oğlu (1973-1992)
N[redaktə]
Nağıyev Dilqəm Heydər oğlu (1975-1995) Ardı »

ÜmumiŞamaxı qırğını

Şamaxı qırğını — 18 mart 1918-ci ildə Erməni quldur dəstələrinin Şamaxıda azərbaycanlı əhaliyə qarşı kütləvi qırğını.

Öldürülənlər arasında Rusiya I Dövlət Dumasının (1906-1907) deputatı Məmmədtağı Əliyev də vardı. Bir neçə gündən sonra azərbaycanlı əhaliyə qarşı qətliamlar İrəvandan Bakıyadək əksər bölgələri əhatə etdi Ardı »

ÜmumiMir İmad Qəzvini

Mir İmad Qəzvini – mənşəcə azərbaycanlı olan xəttat. Onun yaratdığı, bu gün nəfis sənət nümunələri sayılan əsərlər hazırda dünyanın bir çox muzeylərində nümayiş etdirilir.

Həyatı[redaktə]
XVII əsrin ən yaxşı xəttatlarından biri "İmad ül-mülk" ("Dövlətin dayağı") adlandırılan və buna görə də xalq arasında Mir İmad deyə çağırılan Mir Məhəmməd bin Hüseyn Həsani Qəzvini idi. Mir İmad 1553-1554-cü ildə Qəzvində anadan olmuşdur. O, uşaqlıq və gənclik illərini Təbrizdə keçirərək, nəstəliq xəttinin mahir ustadı Mövlana Məhəmməd Hüseyn Təbrizidən xəttatlıq dərsini öyrənmişdir. Mir İmad onun ən sevimli şagirdlərindən idi. Ölümünə az qalmış ustadı Mir İmaddan xahiş edir ki, onun qələmin mədhinə həsr edilmiş şerlərini təlimat şəklində tərtib Ardı »

ÜmumiDalmatsiya (Roma əyaləti)

Dalmatsiya (lat. Dalmatia) — adı böyük ehtimal ki, e.ə. I minillikdə Adriatik dənizinin şərq sahillərində məskunlaşmış illiriya qəbiləsi olan dalmatların adından alınmış Roma İmperiyası əyaləti. Ardı »

ÜmumiŞəmşəddil distansiyası

Şəmşəddil distansiyası (rus. Шамшадильская дистанция) — Rusiya İmperiyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Rusiya İmperiyasına daxil olan Gürcüstan quberniyası tərkibində 12 sentyabr 1801 - 10 aprel 1840-cı illərdə mövcud olmuşdur. Ardı »

ÜmumiArran adının mənşəyi haqqında

Bəzi rəvayət və qədim tarixi mənbələr (Musa Kalankatlı) Arran sözünün Qafqaz Albaniyasının banisin adından götürüldüyü qeyd edilir. Bəzi rəvayətlərə görə bu şəxs Nuh peyğəmbərin oğlu Yafət olmuşdur.

Arrandan keçən Araz çayı hələ qədim zamanlardan antik dövr coğrafiyaçılarına bəlli olmuş və qədim yunan coğrafiyaçıları Araz çayını Arakses kimi xatırlamışlar. Bundan əlavə bəzi tətqiqatçıların fikrincə Arran Zərdüştlük dinin ilkin təşəkkül tapdığı yerdir və bir qayda olaraq Avestada (Bundahiş 29:12) xatırlanan "İlk Torpaq" (Airyana Vaego) adlı yerin mümkün məkanı kimi məhz Arran göstərilir.

İngilis tarixçi və şərqşünası Cliford Bosvörz Arran əhalisini yunanların alban, gürcülərin isə Rani adlandırmasını, sonralar isə ərəblər tərəfindən əl-Rən və ya ər-Rən kimi Ardı »

ÜmumiHadisələrin gedişi

1917-ci il Oktyabr inqilabı və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi Daşnaksutyun partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. Bundan başqa, mart ayının əvvələrindən başlayaraq, ordudan tərxis olunan, lakin silahları alınmayan ayrı-ayrı erməni dəstələri Azərbaycanın müxtəlif yerlərində talanlara başlamışdılar. 1918-ci il 11-12 noyabr tarixli Sorğu Protokolunda Şamaxı pristavı Cəbrayıl bəy Cəbrayılbəyovun qeydlərində Bakıdan Şamaxıya qayıdan erməni hərbi dəstəsi ilə bağlı deyilir:

"1918-ci ilin mart ayında şəhər başçısı Teymur bəy Xudaverdiyevdən və müsəlman milli komitəsindən məlumat almışdır ki, Bakıdan Kürdəmir istiqamətində ordudan tərxis olunmuş 400 nəfər erməni Şamaxıya gəlir. Bakı müsəlman milli komitəsi Ardı »

ÜmumiÇingizqala

Çingizqala - Azərbaycanın Zaqatala rayonu ərazisində qala. Xalq arasında daha çox Cingözqala adı ilə tanınıb. İlkin görünüşünü saxlayan qala dördkünc planda inşa edilib. İnşa tarixi naməlum olan qalanın gözətçi məntəqəsi olduğu güman edilir.

Yerli əhali tərəfindən Çingizqala adlanan bu abidə Zaqatala rayonun Car kəndinin bir neçə km-də yerləşmişdir. Bərk daşlardan tikilmiş bu qalanın planı daxildən və xaricdən düzbucaqlıdır. Qala 3 mərtəbədən ibarət olmuşdur. İndi mərtəbələrin arxası taxta döşəmələr ilə kəsilmişdir. Hər mərtəbədə yuxarıda olan mağazalar qalanın müdafiə xarakterinə mailk olduğunu göstərir. Kitabənin xəttinə əsaslanaraq qalanın tikilmə tarixini XIII əsrə aid etmək olar. Qala bərk daşdan tikilmiş hasarla əhatə olunmuşdur.

Kitabələrin biri belədir: "Doğurdan Ardı »