beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı Məlumatlar7 yaşından əvvəl musiqiyə başlamaq da beyni inkişaf etdirir

Bir çox internet mənbələrində uşaqların qidalanması, inkişafı və s. buna bənzər mövzulara aid məlumatlarla rastlaşırıq. Bu məlumatlarda uşaqlıq dövrünün insanın gələcək həyatının təməlini qoyduğu, perspektivli inkişafının isə bu dövrdə əldə olunan bilik və bacarıqlara əsaslandığı bildirilir. Əqli və sosial bacarıqların inkişafının ən sürətli dövrü isə 1-5 yaşlar arasındakı müddət hesab olunur. Uşağın beyni çox həssas və elastik olduğundan təqdim edilən informasiyalar tez qəbul olunur və asan yadda qalır. Buna görə də bu dövrdə beyin nə qədər çox informasiya qəbul edərsə, bir o qədər də çox inkişaf etmiş olduğu bildirilir. Uşağın fiziki və əqli cəhətdən inkişafı üçün faydalı məşğuliyyətlərlə bərabər musiqi biliklərinə Ardı »

Maraqlı MəlumatlarYeni Xəstəlik Yayılıb Dünya Şokdadır

Dünya donuz qripi (H1N1) virusu ilə mübarizəni qurtarmamış Liviyadan şok bir xəbər gəldi. Liviya rəhbərliyinin yaydığı xəbərə görə Liviyada orta əsrlərdə 75 milyon insanın ölümünə səbəb olan bubonik vəba xəstəliyi yayılıb Med.Az-ın medicalnewstoday.com xəbər saytına istinadən verdiyi xəbərə görə 1347-1351-ci illərdə bu xəstəlikdən 75 milyondan çox insan məhv olub.

Artıq Ümumdünya Səhiyyə Təşkilatı xəbərin yayılması ilə hərəkətə keçib və Liviyada yoxlamalara başlayıb məlum olub ki, Liviyanın Tobruk şəhərində 18 nəfər xəstəliyə yoluxub 1 nəfər isə xəstəlikdən dünyasını dəyişib.

Orta əsrlərdə “qara ölüm” adlandırılan bu xəstəlikdən hər il dünyada 100-200 nəfərin öldüyü bildirilsə də yoluxmanın belə kütləvi hal alması təhlükənin yaxınlaşdığından xəbər verir.

Əsas əlamətləri Ardı »

Maraqlı MəlumatlarA vitamini xərçəng yaradır?

A vitamininin insan orqanizminə zərər verə biləcəyi bildirilir. Britaniyalı alimlər A vitamini ilə zəngin əlavələrin orqanizmdə xərçəng hüceyrələrinin inkişafına gətirib çıxara biləcəyini müəyyənləşdiriblər.

Alimlərin 8 illik araşdırmaları onu sübut edib ki, A vitamini orqanizmdə beta-karotin yaradır ki, bu da xərçəng yaranma riskini xeyli artırır.

A vitamini xüsusilə siqaret çəkən şəxslərin orqanizmində fəsadlara səbəb ola biləır.
Ona görə, alimlər ilk növbədə siqaret çəkənlərdən A vitamini ilə zəngin qidaları çoxlu miqdarda qəbul etməyi məsləhəıt görmürlər. Ardı »

Maraqlı MəlumatlarGül qoxusu müsbət düşünməyə kömək edir

Bu qoxu sizi neqativ düşüncələrə qarşı qoruyacaq!
Xarici görünüşü ilə ev və bağça dekorasiyalarının baş tacı olan gülün insan psixologiyasına da müsbət təsir edir. Gül görkəmi və qoxusuyla insana rahatlıq gətirir.
Gözəl qoxunun mənfi düşüncələrin qarşısını aldığınlı deyən mütəxəssislər, işə başlamazdan əvvəl beyindəki negativ düşüncələri silmək üçün günü bir gül qoxlamağı məsləhət gürürlər. Gözəl qoxu beyin və organizmdə mənfi emosiyalara qarşı sədd yaradır.
İnsan təbiətən gözəl görmə və düşünmə hissləri ilə proqramlandığı üçün bir çiçəyi iyləyərək günə başlamaq bu duyğuları hərəkətə gətirir.
Gözəl qoxu gözəl düşündürür, bunun təsiri də gün ərzində davam edir. Ardı »

Maraqlı MəlumatlarAsılılıqdan qoruyur

İnanclı olmaq və ibadət etməyin insanları pis vərdişlərdən və asılılıqdan qoruduğu təyin olunub.
Bu məlumat Türkiyənin internet saytlarının birində öz əksini tapıb. Məlumatda oda bildirilir ki, ingilis elm adamlarının apardığı araşdırmalardan müəyyən olunub ki, inanclı olanlarda spirtli içki, narkotik kimi pis asılılıqları azdır. Araşdırmalara qatılan 7 min 403 adamdan 35%-i inanclı olduğunu və ibadət etdiyini, 19%-nin inandığını, ancaq ibadət etmədiyini, 46%-nin isə inanclı olmadığı qeyd olunub.
Nəticələrlə əlaqədar olaraq araşdırma aparanlar, ibadət etmədən ruhani bir yanaşmanın ruhi çətinlik riskini artıra biləcəyinə diqqət çəkdiyi ifadə olunub.
Mövzu ilə bağlı məqalə, Fransız "Le Figaro" qəzetinin internet saytında, araşdırmanın isə "Beynəlxalq Tibb Jurnalında" dərc Ardı »

Maraqlı MəlumatlarSiqaret çəkənlər əməliyyatları ağır keçirir

Məlumata görə siqaret çəkənlər əməliyyatları daha ağır bir formada keçirirlər. Bu özünü cərrahiyə əməliyyatından sonra daha qabarıq göstərir.
Çünki əməliyyatdan əvvəl siqaret çəkənlər cərrahiyyədən sonra özünü siqaretdən istifadə etməyənlərə nisbətən pis hiss edir, ağır və riskli fəsadlarla üzləşir.
Bunu Kaliforniya Universitetinin araşdırmacıları tərəfindən aparılmış tədqiqatın nəticələri sübut edir. Həmçinin onların 1950-ci ildən başlayaraq siqaretin təsiri haqqında cərrahiyyədən sonrakı xəstələrin vəziyyəti haqqında məlumatlar topladığı bildirilir. Həmin məlumatların təhlili göstərib ki, siqaretdən istifadə edənlərdə fəsadlara daha çox rast gəlinir. Bundan başqa, onlara iri həcimli qanköçürülmə prosesi də çox vaxt alır. Siqaret çəkənlərdə beyin şişi əməliyyatı zamanı ölüm riskinin çox olduğu deyilir. Onurğadan əməliyyat Ardı »

Maraqlı MəlumatlarQəribə bir maddədən kök hüceyrəsi

Məlumata görə Çində elm adamları, heç ağla gəlməyən bir maddədən kök hüceyrəsi düzəldiblər. Verilən xəbərdə onların insan sidiyindən kök hüceyrəsi hazırladıqları deyilir. Həmin hüceyrələrin beyin və sinir hüceyrələri istehsalında istifadəsi nəzərdə tutulub. Çində aparılan təcrübələrdə sidiyin tərkibində böyrək hüceyrələri təhlil edilərək, həmin hüceyrələr alınıb. Elm adamları, tapdıqları yeni üsulla, 12 gün içində kök hüceyrə çıxarmağı bacardıqlarını, qısa bir müddət sonra da kök hüceyrədən sinir hüceyrələri əldə etdiklərini ifadə ediblər.
Şərhə görə, sinir hüceyrələri, təcrübələr zamanı yeni doğulmuş bir siçanın beyninə inyeksiya olunub.
Bu hadisədən sonra onda bir şiş ya da deformasiya müşahidə olunmayıb.
Çinli elm adamları, indiki hədəflərinin, sidikdən əldə edilən kök Ardı »

Maraqlı MəlumatlarBədirlənmiş Ay yuxumuzu poza bilər

Alimlər inanırlar ki, bədirlənmiş Ay gecə yuxusunu poza bilər.

Tədqiqatçılar "Ay təsiri" effektini ciddi nəzarətli laboratoriya şəraitində yatan 33 könüllü üzərində təcrübə ilə müəyyən ediblər.
"Curren Biology" məcmuəsində qeyd olunur ki, tam qaranlıq otaqda olmalarına baxmayaraq, Ay tam dairəvi formada olduğu vaxtlarda könüllülər yuxuya gec gedir və yuxunun keyfiyyəti aşağı olurdu.

Bu da aşkar edilib ki, təcrübə altında olanlarda melatonin adlanan hormonun da ifrazı xeyli aşağı olub. Məhz bu hormon insan orqanizminin təbii saatı ilə əlaqəlidir.

Hava qaraldıqca insan orqanizmi daha çox melatonin buraxır. İşıqlı vaxtlarda isə əksinə, bu hormon azalır.
Axşam saatlarında güclü işıqlandırma, gündüz saatlarında isə işığın məhdudlaşdırılması da melatonin siklini poza bilər.
Bununla belə, Ardı »

Maraqlı MəlumatlarHər gün eşitdiyimiz sakit səslər eşitmə qabiliyyətimizi zəiflədir

İlk baxışdan, sərinkeşin səsi eşitmə qabiliyyətinə pis təsir edə bilməz.
Lakin çinli alimlərin apardıqları tədqiqatın nəticələri göstərir ki, hər gün eşitdiyimiz səslər eşitmə qabiliyyətimizi zəiflədir.

"New Scientist" bildirir ki, həkimlər pasiyentləri müayinə edərkən sakit səslərin uzunmüddətli təsirini nəzərə almırlar.

Şanxaydakı Şərqi Çin Pedaqoji Universitetinin əməkdaşı Çjou Syaomin həmkarları və ABŞ-dakı Kaliforniya Universitetinin professoru Maykl Merzeniçlə birlikdə aparılan tədqiqatı başa vurublar.

Onlar deyirlər: siçovullar üzərində aparılan sınaqlar eşitmə qabiliyyəti ilə bağlı mövcud təsəvvürlərin yanlış olduğunu göstərib.

Siçovullar 10 saat ərzində 69 desibellik səs "axını"na məruz qalıblar. Sonrakı iki ay ərzində isə gəmiricilər 14 saat sakitlik "alıblar". Bu eksperiment işdəki səs-küylü şərait və evdəki sakitlik modellərinin qurulmasına imkan Ardı »

Maraqlı MəlumatlarBirdən artıq dildə danışmaq beyin xəstəlikləri riskini azaldır

Son araşdırmalardan məlum olub ki, birdən artıq dildə danışmaq bir sıra beyin xəstəlikləri riskini azaldır.
Hindistanda aparılan tədqiqatda 240-ı alzheymer xəstəsi olmaqla, 66 yaşlı 650 nəfər iştirak edib.
İştirakçılardan 391 nəfəri 2 və ya daha artıq dildə danışan insanlar olub.

Alimlər müəyyən ediblər ki, bu insanlarda alzheymer xəstəliyi 1 dildə danışanlarla müqayisədə daha gec, 4.5 il sonra başlayır.
Təhsil səviyyəsinin araşdırmaların nəticələrinə təsiri olmayıb.

Tədqiqatın həmmüəllifi Tomas Bakın dediyinə görə, müxtəlif dillərdə danışan insanların beyinləri sözlər və ifadələr arasında seçim etməyə məcbur olur.
O, beynin konsentrasiyasının beyin xəstəliklərinə meyilliyi azaltdığını bildirir.

Alimlər müəyyən edib ki, 2-dən artıq dildə danışmağın müsbət nəticəsi olmayıb.
Araşdırmalar həm də hallusinasiya ilə müşayiət edilən Ardı »

Maraqlı MəlumatlarTürkiyə xaricdə süni mayalanmaya qadağa qoydu

Türkiyədə qadınların xarici sperma donorundan hamilə qalması artıq qanunla cinayət hesab olunur.

Süni mayalanma bundan əvvəl də Türkiyədə yasaq idi, amma yeni qanun qüvvəyə minənədək qadınlar xaricə gedərək sperma donorları tapa bilirdilər.

Yeni qanunvericilik Türkiyənin cinayət məcəlləsində xüsusi maddə ilə tətbiq olunub və Türkiyə vətəndaşlarının öz uşaqlarının atalarınını kimliyi gizlətməsini qadağan edir. Yeni qanunu pozan hər kəsi 3 ilədək həbs cəzası gözləyir.

Türkiyə Ginekoloqlar Assosiasiyasından Bülent Tiras BBC-nin Europe Today proqramına deyib ki, yeni qanun hamilə qalmaq istəyən qadınların hüquqlarını pozur.

"Bizim pasientlərimizin hər bir insan kimi reproduktiv hüquqları var. Bu vəziyyətdə onların bu hüquqlarına məhdudiyyət qoyulur. Biz bu qanunu bəyənmirik" - deyib doktor Tiras. Ardı »

Maraqlı MəlumatlarTibb aləmini şoka salan möcüzə

Bu günlərdə İngiltərədə baş verən bir hadisə bütün tibb aləmini şoka salıb.
İngiltərə vətəndaşı olan Hannah Clarka iki yaşında ürək çatışmazlığı problemi olduğu üçün əməliyyatla yeni ürək köçürdüblər lakin öz ürəyidə vücudunda qalmışdır. Beləliklə uzun bir müddət bu vəziyyətdə yaşayan qız 12 yaşa çatan zaman köçürülmüş urəyin normal işləməsi üçün qəbul etdiyi dərmanların ucbatından xərçəng xəstəliyinə tutulub.
Uzun müayinələrdən sonra həkimlər köçürülən ürəyin çıxarılmasına qərar veriblər. Elə bu zaman həkimlər bir möcüzə ilə qarşılaşıblar Hannahın öz ürəyi artıq işləyirdi.
Həkimlər qarşılaşdıqları bu hadisədən şokda Hannahın ailəsi isə övladlarının sağalmasının sevincini yaşayırlar. Ardı »

Maraqlı MəlumatlarDikdabanlar xəstəliyinə çarə tapılır

"Daily Mail" bildirir ki, Şərqi İngiltərə Universitetinin alimlərinin apardıqları tədqiqatlar nəticəsində maraqlı nəticələr əldə olunub.

Kişilərlə müqayisədə qadınlarda ayaq ağrıları 4 dəfə çox olur. Üstəlik, saatlarla dikdaban ayaqqabıda olan qadınlarda yastıpəncəlik xəstəliyinin yaranmasının əsas səbəbi ayaqlardakı vətərlərin zəifləməsidir.

Vətərləri zəiflədən orqanizmdə protein və enzim miqdarının azalmasıdır.

Araşdırmanın rəhbəri Rayli "Annals of the Rheumatic Diseases" jurnalına verdiyi açıqlamasında bildirib ki, onlar zülal və fermentlərə təsir vasitəsilə qadınlarda yastıpəncəliyi müalicə etməyə çalışacaqlar. Ardı »

Maraqlı Məlumatlarİki dildə danışmaq ağlı artırır və beynin funksiyalarını inkişaf etdirir

Amerikanın "Newsweek" jurnalında nəşr olunan araşdırmada göstərilib ki, birdən çox dildə danışmaq zəkanı artırır.
Kanadanın York Universitetində aparılan araşdırmada iki dildə danışmağın beyinin əsas funksiyalarını inkişaf etdirdiyi,
yaşla bağlı beyin problemləri və Alzheimer riskini azaldığı məlum olub.

Mütəxəssislərin araşdırmasında 102-si iki, 109-u bir dil bilən Alzheimer xəstəsi 211 nəfər iştirak edib. İki dil bilən insanlarda bu xəstəlik 4.3 il sonra müşahidə olunub.
İki dil danışmanın beyinin işinə müsbət təsir etdiyini deyən mütəxəssislər 40, 50 və 60 yaşında yeni bir dil öyrənmənin belə beyni qoruya biləcəyini vurğulayıb.

Professor Ellen Bialystok beyin üçün super qidanın yeni dil öyrənmək olduğunu bildirib.

Qeyd edək ki, araşdırmada iki dil bilən uşaqların Ardı »

Maraqlı MəlumatlarSevgi və ehtiras sağlamlıq üçün faydalıdır

Sevgi hissi və cinsi yaxınlıq insanın sağlamlığı üçün çox xeyirlidir, ələxüsus da kişilər üçün.

İTAR-TASS-ın verdiyi məlumata görə, bu araşdırmanı amerikan Tədqiqat institutunun elmi kollektivi aparıb.

16 illik araşdırmalardan sonra mütəxəssislər aydınlaşdırıb ki, əsl ehtiras və sevgi insanın ürək-damar sisteminin normal işləməsinə kömək edir.

Bu araşdırmanın anoloji nəticəsini isə Amerikanın Uilkis Universitetinin elmi-qrupu aydınlaşdırıb. Sevgililərin qış aylarında qripə tutulma ehtimalları az olduğundan, məlum olub ki, sevgi həmçinin insanın immun sisteminin yüksək olmasının da əsas komponentidir. Ardı »

Maraqlı Məlumatlarİnsanı mikroblar kökəldir?

Əgər iştahınız güclənirsə və şirniyyatı çox yeyirsinizsə, bunun səbəbkarları mədə-barısaq sistemindəki mikroblardır.
Onlar insanın yediyi qidanın həcminə təsir edirlər.

"New Scientist" bildirir ki, hələ 2006-cı ildə alimlər kök laboratoriya siçanlarının bağırsaqlarındakı mikrobların arıq siçovullarla müqayisədə fərqli olduğunu sübut etmişdilər.

İndi isə Parisdəki Milli Kənd Təsərrüfatı Tədqiqatları İnstitutunun alimlərindən ibarət qrup Mixay Kovasanın başçılığı ilə yeni tədqiqat aparıb.
Onlar heyvanların bakteriyalarının yerlərini dəyişiblər.

Kök siçanların bağırsaq bakteriyalarını alan arıq siçanlar çox yeməyə və kökəlməyə başlayıblar.
Alimlərin fikrincə, siçanlar əla modellərdir.

"İnsanların orqanizmində də eyni proseslər baş verir", - Kaliforniyada keçirilən "Eksperimental biologiya 2012" konfransında Kovasa deyib. Ardı »

Maraqlı MəlumatlarQripə qarşı əla dərman

Qripə qarşı şəfalı içki qarışımı.
Ərzaqlar:

2 kivi
2 portağal
1/2 çay qaşığı toz zəncəfil
2 çay qaşığı bal




Hazırlanması:



Portağalları sıxıb suyunu bir qaba boşaldın. Kivilərin qabıqlarını soyub blendrdan keçirin. Portağal suyunu, zəncəfili və balı əlavə edib son bir dəfə blendrdan keçirdikdən sonra badələrə süzüb içə bilərsiniz.Bu qarışımı içsəz qış boyu daha gümrah olarsız və daha az xəstələnərsiz. Ardı »

Maraqlı MəlumatlarNəfəsinizdən xərçəng xəstəsi olduğunuz aydın olacaq

Nəfəsdən yoğun bağırsaqın xərçəngi diaqnozuna istiqamətlənmiş təcrübələrdə müvəffəqiyyət qazanıldığı bildirilib.
İtaliya-nın Bari Universiteti dən Donato Altomare və qrupunun apardığı təcrübələrdə, nəfəsin araşdırılmasıyla bir adamın bağırsaq xərçənginə neçə faiz tutulduğu təyin olunub. Altomare, tədqiqatının nəticələrində diaqnoz üçün nəfəs testindən istifadəyə dair yeni dəlillər tapdıqlarını ifadə edib.
Nəfəs nümunələrinin alınması üçün texnikanın inkişaf etdiyini söyləyən və çox sadə olduğunu vurğulayan Altomare, texnikanın hələ də təcrübə mərhələsində olduğuna diqqət çəkib. Texnikadan istifadə edərək üzvi komponentləri tədqiq etmək olur. Tədqiqatçılar ''British Journal of Surgery'' jurnalında nümayiş olunan məqalədə, xərçəngə tutulan kəslərdə bu komponentlərin artımında dəyişikliyin bilindiyi və bu mexanizmin tam olaraq anlaşılamadığını bildirərək, bir addım irəli Ardı »

Maraqlı MəlumatlarYeni doğulan körpənizin «tale rəqəmi» neçədir?

Təzə doğulmuş uşağınızın hansı xarakter sahibi olacağını bilmək maraqlı deyilmi? Bir sıra mütəxəssislər bunun üçün çoxdandır baş sındırırlar. Belə iddia edənlər var ki, onların hazırladığı «tale rəqəmləri»nin köməkliyi ilə beşikdəki körpənin də kimliyini bilmək olar. Bunun üçün uşağın doğulduğu il, ay və günün rəqəmlərini üst-üstə gəlmək lazımdır. Məsələn, tutaq ki, uşaq 9 iyun 1984-cı ildə anadan olub. İndi həmin rəqəmləri toplayaq: 9+6 (iyun) +1+9+8+4=37
Bundan sonra alınan ədədin rəqəmlərini toplayırıq: 3+7=10
Alınan bu ədədin də rəqəmlərini toplayırıq 1+0=1
Beləliklə, uşağın tale rəqəmi 1-dir.
Və ya əgər uşaq 1 may 1978-ci ildə anadan olubsa, onun tale rəqəmi belə tapılır: 1+5 (may) +1+9+7+8= 31
Alınan ədədin tərəflərini toplayaq: Ardı »

Maraqlı MəlumatlarOnlar "sakit" qatillərimizdir

Yeni Zelandiyanın Vellinqton şəhərinin 30 yaşlı sakini Nataşa Harrisin də çoxlu kola içəndən sonra ölməsi təsadüfi deyil. Həkimlər həkim qadında ürək çatışmazlığının olduğunu demişdilər.

Milli.Az "Der Spiegel"ə istinadən bildirir ki, insan üçün ölümcül doza təqribən 10 qram kofeindir.

1 fincan tünd qəhvədə təxminən 80 milliqram kofein var.
Yəni bir neçə litr qəhvə içən adamın ürəyi dayana bilər.
Kofeinin ölümcül dozasının 1/10 hissəsi orqanizmdə taxikardiya, izafi qan təzyiqi, aritmiya, qan dövranı ilə bağlı problemlər yaradır. Ürəkbulanması isə zəhəri çıxarmaq istəyən orqanizmin təbii və normal reaksiyasıdır.

Xroniki xəstəlikləri olan və bu bəladan xəbərdar olmayan adamlar üçün kofein daha çox təhlükəlidir.

Konsentrasiya olunmuş kofein Ardı »