Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Maraqlı MəlumatlarAmerikalıların bir qisminin duz pəhrizi saxladığı bildirilir

Məlumata görə New York Şəhər Məclisinin başladığı və milli duz azaldılması təşkilatı tərəfindən icra edilən layihənin yeməklərdəki duz miqdarının azaldılmasına həsr olunması 21 firmadan dəstək alıb.
New York Bələdiyyə Başçısı Michael Bloomberg'in böyük əhəmiyyət verdiyi bu layihədə Subway firması buterbrodlarda istifadə edilən natrium miqdarını 32% nisbətində azaltdığını, Kraft, məhsullarındakı pendirin Natriumun nisbətini 18% endirəcəyini açıqlayıb, Ragu isə makaron souslarındakı Natriumun 20% nisbətində azaldacağını elan edib.
Cəmiyyətdə özəl sektorla birgə olaraq aparılan iş 2015-ci ilə qədər ölkə daxilində istifadə edilən natrium miqdarının 25% nisbətində azaldılmasını nəzərdə tutur.
Layihənin uğurlu alınması halında ölkənin ümumilikdə sağlamlıq xərclərinin 10-24 milyard dollar azalacağı bildirilir.
Məlumata görə aparılan Ardı »

Maraqlı MəlumatlarMövsümi dəyişikliklərdə gözlənilən xəstəliklər

Asqırma, boğaz və baş ağrısından əziyyət çəkən xəstələr mövsümü dəyişikliklərə daha çox diqqət etməlidirlər.
Bu dövrdə yuxarı tənəffüs yolu infeksiyalarına tez rast gəlindiyi bildirilir. Kafi vitamin və mineral qəbulu ilə bu cür problemlərin artmasının qarşısını almaq olar.
Mövsümi dəyişikliklər, soyuq hava kimi səbəblərdən iltihablı bağırsaq sindromunun olmasına səbəb ola bilər. Xalq arasında bahar yorğunluğu olaraq bilinən halsızlıq, inciklik və istəksizlik, alergiya halları da mövsümü dəyişikliklər zamanı gözlənilən simptomlardır. Mövsümü dəyişikliklər zamanı olacaq xəstəliklər üçün görüləcək tədbir zamanı yaş saçla çölə çıxılmaması, küləyə qarşı getməmək, tozlu mühitlərdə olmamaq, insulini sürətli olaraq qaldıran yeməklərdən uzaq dayanmaq məsləhətdir.
Daha çox isə bol miqdarda lifli Ardı »

Maraqlı MəlumatlarTənbəllik genetik də ola bilər

Məlumata görə, ABŞ-da Missouri Universitetinin bir sıra elm adamları siçanlar üzərində etdiyi araşdırmada, bəzi genetik xüsusiyyətlərin hərəkət etmə motivasiyasına təsir edə biləcəyini ortaya çıxarıblar.
Michael Roberts və qrupunun, 6 gün boyunca, siçanların qəfəs içindəki təkəri çevirmə istəyini araşdıraraq, heyvanları motivasiya funksiyalarına görə ayırdıqları bildirilir. Ən yaxşı "qaçışçı" 26 siçan aralarında, ən tənbəl i isə 26 təmbəl arasında cütləşdirilib. Ən yaxşı "qaçışçılardan" doğulan siçanların tənbəl siçanlardan 10 qat çox qaçmağa həvəsli olduğu görülüb.
Daha sonra elm adamlarının, qaçmağı sevən və miskin siçanların əzələ hüceyrələri, bədən quruluşu və genlərini araşdırdığı deyilir. Bədən quruluşu və əzələ hüceyrələrində çox az fərq tapan elm adamları, ayırd Ardı »

Maraqlı Məlumatlarİnsan orqanizminin möcüzələri

İnsan bədəninin möcüzələri haqqında nə bilirsiniz?

Bədənimizdəki damarların ümumi uzunluğu 96 min kilometrdir. Bu uzunluq ilə dünyanı 3 dəfə dolaşmaq olar.

İnsan gözü o qədər həsassdır ki, əgər dünya düz olsaydı 60 km uzaqdakı şam işığını görə bilərdi.

İnsan beyni dəqiqədə 1000 kəlmə oxuya bilər.

İnsan saçı 12 ton çəkisi olan yük qaldıra bilər.

İnsan bədənindən 30 dəqiqədə çıxan enerji ilə 4 litr su qaynatmaq olar.

İnsan bədənində şimpanzedə olan qədər tük var. Lakin onların çoxu görünmür.

İnsan sümüyü qranit kimi möhkəmdir. Sümüklər 9 ton yük qaldıra bilər.

İnsan beyni kompüter olsaydı saniyədə 38 katrilyon iş görə bilər. Dünyanın ən güclü komputeri olan "BlueGene" bu rəqəmin 2/1000 görə bilir.

Körpələrin Ardı »

Maraqlı Məlumatlar: İnsanı sərxoşluqdan xilas etmənin yolu tapılıb

Alimlər qəbul edilən spirtli içkinin həcmindən asılı olmayaraq, ayıq qalmağa, adətən bərk sərxoşluqdan sonra yaranan süstləşməni neytrallaşdırmağa və alkoqol asılılığından xilasa imkan verən birləşmə tapıblar.

Bu barədə "Science" jurnalı məqalə dərc edib. Tədqiqatçılar diqqəti Çində bitən konfet ağacının (Hovenia dulcis) cövhərinin tərkibinə cəmləşdiriblər. Heyvanlar üzərində aparılan tədqiqat zamanı məlum olub ki, həmin birləşmə qanda alkoqolun qatılığına baxmayaraq, beyni zəhərlənmədən qoruyur.

Kaliforniya Universitetinin farmakoloqu Lyan Sizin bildirib ki, yaxın vaxtlarda həmin birləşmə insanlar üzərində sınaqdan keçiriləcək.
Dihydromyricetin (DHM) adlanan birləşmənin sirri ondan ibarətdir ki, o alkoqolun beyin reseptorlarına çatmasına mane olur və nəticədə qanda alkoqol lazımi effekti vermir. Ardı »

Maraqlı MəlumatlarAğrıkəsicilər infarkt və iflic ehtimalını artıra bilər

Adi məişətdə istifadə edilən ağrıkəsici dərmanlar böyük dozalarda və ya uzunmüddət qəbul edilərsə infarkt və iflic olma ehtimalını artıra bilər.
Ekspertlər 116 mindən çox adam üzərində 30-dan çox klinik sınaq apararaq ağrıkəsici dərmanların insan səhhətinə təsirini öyrəniblər.

Son sınaqlar zamanı ibuprofen, naproksen, diklofenak kimi geniş istifadə edilən dərmanlar tədqiq ediliblər.
Həkimlər mütəmadi surətdə artrit kimi halların müalicəsi üçün bu dərmanları qəbul etməyi məsləhət görürlər.

Özü də bu zaman daha böyük dozalar içmək tapşırılır.
British Medical Journal dərgisində dərc olunmuş son tədqiqata məlum olub ki, lumiracoxib infarkt ehtimalını, ibuprofen isə iflic halını üç dəfə çoxalda bilər. Ardı »

Maraqlı Məlumatlarİnsan vücudunun orqanları neçə günə bərpa olunur?

Məlum olub ki, insanın gözü və beyni istisna olmaqla digər bütün orqanları yenilənir. Türkiyənin "Sabah" qəzetinin hazırladığı məlumatda bildirilir ki, bədənin əksər üzvləri özlərini yeniləyirlər, başqa sözlə desək, həmin üzvləri təşkil edən hüceyrələr yenisi ilə əvəz olunurlar.Hansı orqanın neçə günə bərpa olunduğunu təqdim edir.

ÜRƏK

Uzun zamanlar insan ürəyinin yenilənmədiyi düşünülürdü. Lakin Nyu-York Universitetinin doktoru Pyera Anversa bunun əksini sübut etdi. Onun araşdırmalarından məlum oldu ki, ürək təxminən 20 il ərzində və ya 7 000-7 500 gün ərzində tamamilə yenilənir.

SAÇ

İnsanda təxminən 100 min saç olur. Saçın hər bir teli ayda 1.25 sm uzanır. Bu baxımdan saç özünü mütəmadi yeniləyir və saçın yenilənmə müddəti Ardı »

Maraqlı MəlumatlarOYNAQ AĞRILARINNAN NECƏ QORUNMALI?

Podaqra maddələr mübadiləsinin pozğunluğu ilə müşayiət olunun xəstəliklər qrupuna daxildir. Bu xəstəlik zamanı orqanizmdə sidik turşusunun mübadiləsi pozulur və nəticədə qanda sidik turşusu yüksəlmiş olur.




Podaqra (yunan dilində podos – ayaq, aqra – tələ deməkdir, yəni ayağın tələsi). Xəstəliyin tarixinin qədim olduğu, hələ b.e.ə. yaşamış Hippokrata məlum olması haqqında məlumatlar vardır. Xəstəliyin sidik turşusunun artması ilə əlaqədar yaranması isə 20-ci əsrin ortalarında sübut edilmişdir.
Podaqra xəstəliyi əsasən 40 yaşdan yuxarı kişilərdə, qadınlarda isə menopauzadan sonra rast gəlinir.

Qeyd edək ki, xəstəliyin baş qaldırmasına bilavasitə səbəb olan sidik turşusu nuklein turşularının (genlərdəki informasiyanı kodlaşdıran DNT) mübadiləsi nəticəsində əmələ gəlir. Bildiyiniz kimi, nuklein turşuları da Ardı »