beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MəlumatlarAsqırma və Sağlam Ol

Gündəlik həyatda demək olar ki, hər gün rastlaşdığımız bu prosesin səbəbini bilmək yəqinki çoxlarına maraqlıdır. Bu gün iki sualın cavabını aydınlaşdırmağa çalışacağıq.
1. Asqırmaya səbəb olan amillər.
Asqırma burunun selikli qişasının qıcıqlanması nəticəsində baş verir. Qıcıqlanmaya isə bir çox amillər səbəb ola bilər. Əsasən insan soyuqlayanda selikli qişanin şişməsi, buruna hər hansı bir yad cismin düşməsi, günəş şüasının gözümüzə düşərək sinirləri qıcıqlandırmasıyla və allergiya zamanı asqırma halları daha tez-tez baş verir.

2. Nə üçün sağlam ol deyirik?
Bu sualın tarixi qədim dövrlərə dayanır. Qədim Misir, Roma və Yunanıstanda asqıran zaman üzünü sağa tutursansa xeyir sola tutursansa uğursuzluğun əlaməti sayılırdı.
Qədim Babilistanda isə asqıran zaman insan bədəninə Ardı »

Maraqlı MəlumatlarSolaxaylıq

Statistik məlumatlara görə, dünyada 500 milyon solaxay yaşayır. Bu hala tək insanlar arasında deyil, heyvanlar aləmində də rast gəlmək olar. Məsələn, qütb ayılarının hamısı solpəncəli doğulur.
Solaxaylar tarixən xoşagəlməzliklərlə üzləşiblər. Orta əsrlərdə solaxaylıq iblis əməli hesab edilirdi. Həm xaçpərəstlər, həm də müsəlmanlar solaxaylığı şər qüvvələrlə bağlayırdılar. Şəriət qanunlarına görə, "natəmiz" əllə xörək yemək və yuyunmaq qadağandır. Qədim Avropa tayfalarından olan keltlərdə isə bədənin sol tərəfinə görə axirət dünyasının qüvvələri cavab verirdi. Belə münasibət təkcə dində deyil, nağıllarda da özünü göstərir. Bir çox Şərq və Qərb nağıllarında "sağla getsən xoşbəxtlik, solla getsən bədbəxtliklə üzləşəcəksən" ifadəsinə rast gəlirik. Elə müasir dövrümüzdə də solaxaylar Ardı »

Maraqlı Məlumatlar7 yaşlı qızın 6 orqanı çıxarıldı

ədənindəki şişin çıxarılması üçün cərrahi əməliyyat keçirən 7 yaşlı Nyu York sakini Heather McNamaranın vəziyyətinin normal olduğu bildirilir. Həkimlər Heatherin qarın nahiyəsindəki tenis topu böyüklüyündəki şişi çıxarmaq üçün onun 6 daxili orqanını, qara ciyər, nazik və yoğun bağırsaq, mədəaltı vəzi, mədə və dalağını çıxarıblar.
CNN telekanalının verdiyi məlumata görə Nyu Yorkadakı Presbyterian Morgan Stanley Uşaq Xəstəxanasında keçirilmiş əməliyyat 23 saat davam edib. Balaca qızın altı daxili orqanını cıxaran həkimlər orqanlari xüsusi dondurucu qabın içərisində saxlasalar da orqanlardan yalnız üçünü bərpa etmək mümkün olub. Bədəndəki şiş mədəni, mədəaltı vəzi və dalağı istifadəsiz hala saldığı üçün həkimlər onları bərpa edə bilməyiblər.

McNamaranın valideynləri Josef və Ardı »

Maraqlı MəlumatlarLifti pilləkənlə əvəz edin və çox yaşayın

İsveçrəli alimlər 69 nəfər üzərində apardıqları araşdırma nəticəsində müəyyənləşdiriblər ki, lift və eskalatordan (hərəkətli pilləkəndən) istifadə edən insanlara nisbətən, bundan imtina edənlər daha gümrah olurlar. Cenevrə Universiteti ekspertlərinin qənaətinə görə, bu yolla vaxtsız ölümlərin 15 faizinin qarşısını almaq mümkündür.
Bununla bağlı araşdırmanın nəticələri Avropa Kardioloji Birliyinin yığıncağında açıqlanıb. Bildirilib ki, universitet işçilərindən ibarət 69 nəfər könüllü iştirakçı araşdırmaya daxil olmazdan əvvəl həftədə ən çoxu iki saat məşq və ya idman ediblər, gündə 10 mərtəbədən artıq piyada çıxmayıblar və əsasən az hərəkətli olublar.
12 həftə davam edən araşdırmada universitet işçilərinin işdə lift əvəzinə pilləkəndən istifadə etmələri tələb olunub. Bu müddət ərzində təcrübə iştirakçılarının bir Ardı »

Maraqlı MəlumatlarDərmanı su ilə için

Kanadalı alimlərin apardığı araşdırmaya görə, bir çox dərmanların meyvə şirələri ilə (portağal, qreypfrut, alma və s.) qəbul edilməsi onların təsirini azaldır, bəzi hallarda isə bu, müəyyən təhlükələr doğura bilər. Belə ki, tədqiqatın nəticələrinə görə, bəzi dərmanların qreypfrut, alma və ya portağal şirəsi ilə içilməsi insanın zəhərlənməsinə gətirib çıxarır.
Kanadalı tədqiqatçıların həyata keçirdikləri təcrübənin nəticələri "Amerika Kimya Dərnəyi"nin Filadelfiyada keçirilmiş konfransında elmi ictimaiyyətin diqqətinə təqdim olundu. Tədqiqat işində meyvə şirələri ilə qəbul edilən xərçəng əleyhinə preparatların, ürək-damar, təzyiq dərmanlarının və bəzi antibiotiklərin təsirinin ciddi şəkildə azaldığı vurğulandı.
Kanadanın Qərbi Ontario Universitetindən David Bailey və həmkarları əvvəlcə meyvə sularının təsirini allergiyaya qarşı dərmanlardan Ardı »

Maraqlı MəlumatlarQaynanadan gələn ürək ağrısı

Aparılan elmi tədqiqatlar qaynanaların ürək xəstəliklərinə səbəb ola biləcəyini üzə çıxardı.
Qaynanası ilə bir evdə yaşayan qadınlarda tərslik əlamətlərinin daha tez əmələ gəldiyi sübut edildi.
Elm adamlarının dediklərinə görə böyük ailədə yaşayan qadınların ciddi ürək xəstəliklərinə tutulma riski digər qadınlara nisbətən 3 dəfə çoxdur.
Daily Mail qəzetininin yazdığına görə, elm adamlarının apardığı araşdırmaların nəticəsi olaraq, evdə həm bir qız övladının həm də ana rollarının stresi ilə yaşamağın, qan təzyiqnin yüksəlməsinə və hətta şəkər xəstəliyinə səbəb ola bilərmiş.
Yapon alimləri, ailə həyatının sağlamlığa təsirini ölçmək üçün, təxminən 91 min sağlam, orta yaşlı qadın və kişilər üzərində apardıqları araşdırmalar 14 il vaxt aldı.

1990-2004-cü illər arasında aparılan bu Ardı »

Maraqlı MəlumatlarBeyninizin sağ tərəfi nə qədər çalışır?

Şəkildə qəhvə dənələri içində adam var. Adamın başını ən qısa müddətdə tapıb sonra şərhləri oxuyun.

Tibbi araşdırmalara görə əgər adamın başını 3 saniyədə tapsanız beyninizin sağ tərəfi digər insanlara görə daha çox inkişaf etmiş deməkdir.

Əgər adamın başını 1 dəqiqədə tapsanız beyninizin sağ tərəfi normal bir insanınkı kimi çalışır deməkdir.

Əgər 1 ilə 3 dəqiqə arasında tapsaniz beyninizin sağ tərəfi normadan yavaş çalışır deməkdir. Bu vəziyyətdə daha çox zülal almanız lazımdır.

Əgər 3 dəqiqədən daha çox bir müddətdə tapsanız beyninizin sağ tərəfi ağrınılacaq vəziyyətdə deməkdir. Ardı »

Maraqlı MəlumatlarQan qrupuna görə kişilər Qan qrupuna görə kişilər və qadınlarvə qadınlar

I qan qrupu olan kişilər:

Qadınların başını qatmaqda və ilk baxışdan cəzb etməkdə mahirdirlər. Onların xoşuna gəlir ki, qadını həsrətdə qoysunlar və ''bişmiş məsələni'' uzatsınlar. Amma öz ovlarını ələ keçirəndən sonra qadınlar peşman olmayacaq: çünki o, çox yaxşı kişidir.

II qan qrupu olan kişilər:

çox çəkingən, utancaqdırlar. Sevgi və istəklərini baxışları ilə, özü də gizli çatdırırlar. O, qadını heç vaxt möhkəm sıxmaz. Yüngül toxunuş, yavaş hərəkətlər... Onun həyat yoldaşı gərək həmişə nəzərə çatdırsın ki, ərini sevir. Bu kişilər qadına çox məhrəm, hətta ana kimi baxırlar. Ona görə də ehtiras onlar üçün əsas deyil. Qayğıkeş, işgörən, bəzənsə özlərindən böyük xanımla ailə qururlar.

III qan qrupu olan Ardı »

Maraqlı Məlumatlar92 yaşlı qadın 61 ildir, hamiləymiş

O, bu müddətdə ölü uşağını bətnində gəzdirib

Çində mədə ağrısı şikayəti ilə xəstəxanaya gedən 92 yaşlı qadın həkimləri şoka salıb.

Med.az-ın məlumatına görə, Huanq Yijun adlı qadını rentgenə salan doktor gözlərinə inanmayıblar, sən demə, o, 61 ildir, hamiləymiş. 92 yaşlı nənə 60 il əvvəl başına gələnləri danışanda isə əsl həqiqət ortaya çıxıb. Belə ki, Huanq Yijun 1948-ci ildə hamilə qalıb. Amma körpə bir neçə aylıq ikən ana bətnində tələf olub. Həkimlər ölü dölü bətndən çıxarmaq üçün 100 sterlinq istəyiblər və qadın nəticədə süni doğuşdan imtina edib.


Vəziyyətin ciddiliyinin fərqinə varmadığı üçün bu haqda ailəsinə belə heç nə deməyən qadın indiyədək heç bir problemlə üzləşməyib. Ardı »

Maraqlı MəlumatlarƏbədi məhəbbət nağıl deyilmiş

merika alimləri bunun gerçək olduğunu sübut ediblər.


Hər 10 cütlükdən biri münasibətlərinin başlanmasından keçən 20 il ərzində ilkin sevgisini qoruyub saxlayır. Lent.az-ın “Sunday Times”-a istinadən məlumatına görə, Nyu-Yorkdakı Stouni Bruk Universitetinin alimləri gənc və 20 il birgə yaşamış cütlüklərin beynindəki kimyəvi proseslərin maqnit-rezonans metodu ilə müqayisəsindən sonra bu qənaətə gəliblər.


Alimlər aşkar ediblər ki, sevgilisinin şəklini görən yaşlı cütlərin bəzi nümayəndələrinin beynində, yenicə vurulmuş insanın beynindəki prosesin tam eyni olan kimyəvi reaksiya baş verir.


Alimlərin bu kəşfi, sevgi həyəcanının birgəliyin ilk 15 ayından sonra azalması və 10 il ərzində tamamilə yox olması barədə ənənəvi baxışı təkzib edir. Əbədi məhəbbət barədə deyilənlər heç Ardı »

Maraqlı MəlumatlarÖz xasiyyətini öyrən

Ashagidaki melumata esasen hansi ayda anadan olmusunuzsa,ona uygun olaraq xasiyyetinizi oyrene bilersiniz...Men dekabrda anadan olmusham ve xasiyyetim haqqinda verilen melumat mueyyen qeder dogrudur..Bes sizde nece?



Yanvar



Hirsli ve ciddi biridir
Oyrenmeyi ve ögrətməyi sevər
Ağıllı və planlı iş görürü
Duyarlı və dərin hissləri olan birirdr
Romantikdir
Uşaqları sevir
Tez qisqanandir.



Fevral



Dəyişkəndir
Özünə güvəni yoxdur
Dözgündür
İnadkardir
Xəyallarının ardından geder
İnanclara inanir



Mart



Utanqacdir
Diqqət mərkəzində olmaqi sevir
Tez hislənən
Guvenilir
İntiqamçıdır
Çox dəyişkəndir



Aprel



Aktiv ve enerji doludur
Təsəlli verməyi sevir
Cəsurdur
Sevgisini tez etiraf edendir
Hafizəsi gucludur
Bas ağrilari tez tez olandir



MAY



Anlayişlidir
Edebiyyat ve senetlə maraqlanir
Evdə oturmağı Ardı »

Maraqlı MəlumatlarDiş ipindən necə istifadə etməli?

50 sm uzunluğunda olan diş ipini hər iki əlinizin orta barmaqlarına, aralarında 5 sm boşluq qalmaqla çox möhkəm olmamaq şərti ilə dolayın.


Baş və işarət barmaqlarınızla diş ipini dartaraq yavaşca dişlərinizin arasına keçirin. Bu zaman ipi qırmamağa və dişinizin ətini zədələməməyə çalışın. Diş ipini “C” şəklində əyərək hərəkət etdirməklə diş aralarını aşağı və yuxarı doğru yavaşca gəzdirin. Diş ipindən düzgün istifadə etmədikdə diş ətinə ziyan verə bilər. Ardı »

Maraqlı Məlumatlarİnsan niyə əsnəyir?

İnsanın beynini tədqiq edən Nyu York_dakı Binghamton Universitetinin alimi Endryu Qəllop belə bir nəticəyə gəlib ki, insan beyninin hərarəti yьksəldiyinə gцrə əsnəyir. Bu haqda xəbər verən beynin fəaliyyətini kompyuterin hard diskinə bənzədir və yazır ki,gərginlik keзirən insan beyninin hərarəti qalxır.Onu sərinləşdirmək ьзьn insan başlayır əsnəməyə - sərin havanı kəllə qutusunun ənginliyinə sovurmağa.

Beynin hərarətini ən зox qaldıran isə yuxusuzluqdur.Alimlər həmзinin belə bir qənatə gəliblər ki, əsnəmək əslində yuxunun qarşısını alır.“Əsnəmək qan dцvranını təmin edir ki, bu da beynin iş qabiliyyətini həm də orqanizmi gьcləndirir”, - deyə tədqiqatзı alim bildirib. Ardı »

Maraqlı Məlumatlarİlan sancması zamanı ilk yardım

İlan sancması Azərbaycanda nadir rast gəlinən bir hadisədir. Lakin Vətənimizin zəngin fauna aləminə zəhərli ilanların da daxil olduğunu bilərək demək olar ki, ilan sancmasından heç də hər birimiz sığortalanmamışıq. Xüsusilə də rayonda yaşayan, və ya oraya tez-tez səfər edən, otlaqda gəzməyi xoşlayanlara bu məsləhətlər birbaşa aiddir. Sancma zamanı ilanın görünüşünü yadda saxlamaq lazımdır (sonradan serum vurularkən onun növünü dəqiq bilmək üçün).
İlan sancmasında toxumaların ödemi(şişməsi) və dişlənən yerdə bərk ağrı, limfaangit və limfaadenit, sonra ümumi intoksikasiya (orqanizmin zəhərlənməsi) əlamətləri - başağrısı, hərarətin artması, zəiflik, özündəngetmə halları müşahidə olunur.
Təxirəsalınmaz yardım: Xəstə arxası üstə uzadılır. Maksimum çalışmaq lazımdır ki, ilan sancan nahiyə tərpənməsin, çünki Ardı »

Maraqlı MəlumatlarHalsızlığın səbəbi-qanazlığıdır

Dəmir, foli turşusu və B12 vitamini зatışmazlığı ilə mьşahidə edilən qan azlığı, yəni anemiya xəstəliyi mьalicə edilmədikdə daha ciddi problemlərə səbəb olur.

Qan azlığı qanda hemoqlobin miqdarının yaşa və cinsiyyətə gцrə qəbul edilən normalardan aşağı olmasıdır. Qan azlığının səbəblərindən biri də sьmьk iliyində qanın цzьnьbərpa funksiyasının azalması, mьxtəlif səbəblər ьzьndən qan itkisinin artmasıdır.

Qanazlığının əlamətləri
:

1. Yorğunluq
2. Halsızlıq
3. Başgicəllənmə
4. İş qabiliyyətinin azalması
5. İştahasızlıq
6. Bəzən ьrəkbulanma
7. Təngnəfəslik
8. Eşitmə
9. Saзların tцkьlməsi
10. Mьvazinətin pozulması

Qanazlığının səbəb olduğu problemlər:


Hamilə qadınlarda:

1. Uşaq ğlьmь
2. Azзəkili uşaqların doğulması
3. Erkən doğuş
4. Bədənin mьqavimətinin azalması
Uşaqlarda:

1. İnkişafda gerilik.
2. Fiziki aktivliyin azalması.
3. Bədənin mьqavimətinin azalması.
4. Yaddaşsızlıq.
Yeniyetmələrdə:

1. Mьtəmadi olaraq yorğunluq hissi, halsızlıq.
2. İş qabiliyyətinin azalması.
3. Bədənin mьqavimətinin Ardı »

Maraqlı MəlumatlarÜrəyi qarnında olan uşaq

Çin həkimləri analoqu olmayan əməliyyata hazırlaşırlar. Çin həkimləri 4 yaşlı uşaq üzərində analoqu olmayan əməliyyata hazırlaşırlar. Lent.az-ın "medportal.ru" saytına istinadən verdiyi məlumata gцrə, uşağın ürəyi qarnında dərisinin altında yerləşir.

Lyaonin əyalətindəki Xetay kəndinin sakini olan Çjanın ürəyi ana bətni daxilindəki anomal inkişaf səbəbindən ancaq qarın divarlarının dərisi ilə örtülüb. Ardı »

Maraqlı MəlumatlarAlma ömrü 17 il uzadır

Alma insan orqanizminin cavan qalmasına kцmək edir...
İngiltərənin Noriз Universitetinin alimləri belə bir qənaətə gəlib. Alimlər almanın tərkibində ьrəyi cavanlaşdıran, qan dцvranını yaxşılaşdıran, immuniteti gьcləndirən mьrəkkəb element aşkar ediblər. «Epaktehin polifenol» adlı element ьrək-damar sisteminə ən yaxşı təsir edən və damarların elastikliyini qoruyub saxlayan nadir maddələrdən biridir.
Britaniyalı alimlər iddia edirlər ki, mьtəmadi olaraq alma yeyən şəxslərin damarlarının divarları elastik olur ki, bu da onları ьrək xəstəlikləri, infarkt və insultdan daha зox qoruyur. Təcrьbələr zamanı 1000 kцnьllь mьtəmadi olaraq alma şirəsi qəbul edib. Tədqiqatın nəticələri belədir ki, bu şəxslərin orqanizmi minimum 17 il cavanlaşıb. Ardı »

Maraqlı MəlumatlarÜzünüz tez-tez tərləyir? – Onda mütləq oxuyun

Üzünüz tez-tez tərləyir? – Onda mütləq oxuyun

Bəzilərinin üzü tez-tez tərləyir. Bu vəziyyət insanın ictimai yerlərdə özgüvənini itirməsinə və utanmasına səbəb olur. Qadınlarda isə vəziyyət daha da qəlizdir. Çünki makiyaj axır və xoşagəlməz görüntü yaranır. Üzün tərləməsi, adətən hormonlarla bağlı olur. Bu, xəstəlik deyil. Hər orqanizm ətraf mühitə fərqli reaksiya verir. Bəziləri isti havada belə tərləmir, bəziləri isə soyuqda da tər içində olur. Ona görə də üzünüz tərləyirsə, narahat olmayın. Çünki bu problemdən azad olmaq çox asandır.

Publika.az türkiyəli kosmetoloq Suna Dumankayanın üz tərləməsinin qarşısını alan maska reseptini təqdim edir:

Hazırlanması və tətbiqi:

Yarım limonun şirəsini 2 xörək qaşığı fıstıq yağı, 1 çay qaşığı duz, 1 çay qaşığı Ardı »