Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Maraqlı MəlumatlarScience jurnalı insan ömrünü uzadan 7 amili açıqlayıb

1- Hansı yaşda olursunuz-olun idmanı tərk etməyin

İsveçrədəki Uppsala Universiteti tərəfindən aparılan araşdırmaya görə, idman etmək ömrü uzadır. İdman edənlər, idman etməyənlərə nisbətən 5 il daha çox yaşayır.

2- Günə mütləq səhər yeməyi ilə başlayın

Amerikadakı Boston Universitetinin araşdırmasına görə, nahar etməyən şəxslərin qavrama qabiliyyətlərində azalmalar müşahidə olunur.

3- Dişlərinizi fırçalayın

Nizamlı şəkildə diş fırçalamaq və diş ipi istifadə etmək infarkt riskini azaldır.

4- Yuxunuzu nizamlayın

Amerikadakı Vircinia Universiteti tərəfindən aparılan araşdırmaya görə, nizamlı yatanlar daha çox yaşayır.

5- Üzünüzdən gülümsəməyi əksik etməyin

Qan dövranını sürətləndirən gülümsəmə ömrü 7 il uzadır.

6- Yaxşı dostlara sahib olun

İnsanın həyatda etibar edə biləcəyi dostlarının olması stressi azaldaraq ömrü uzadır.

7- Öpüş

Beynəlxalq Cinsi Davranış Təşkilatının araşdırmasına Ardı »

Maraqlı MəlumatlarDünyanın ilk qüsursuz körpəsi doğuldu

Məlumata görə ABŞ-da dünyanın genetik baxımdan qüsursuz körpəsi doğulub. Bu körpə, doğum əvvəlində genetik quruluşu analiz edilən körpə olaraq tibb tarixinə düşüb. Elm adamları, əldə olunan balon körpə metodu ilə dünyaya gələcək uşaqların sağlam olub olmayacağını müəyyənləşdirə bilirlər.
Böyük Britaniyada balon körpə göstərmə adı verilən həmin üsulla, doğum əvvəlində DNT analizi aparılır. Bu baxımdan ABŞ-ın Filadelfiya şəhərində dünyaya gələn Connor Levy-nin valideynləri, doğum əvvəlində balon körpənin(IVF) rüşeymini İngiltərənin Oxford Universitetinə göndərdiklərini bildiriblər. Edilən DNT analiziylə embrionun genetik problemə sahib olmadığı təsbit edilib. Aparılan nəzarət sayəsində ABŞ-dakı balon körpə klinikasının həkimləri embrionları doğru xromosom sayı ilə qarşılaşdıra biliblər. Guardian qəzetinin xəbərinə görə, bu Ardı »

Maraqlı MəlumatlarZəli hətta ölmüş sinir hüceyrələrini bərpa edir

Qara, sürüşkən, qurdabənzər və qanla qidalanan zəlilərdən çox vaxt iyrənirik. Halbuki bu "təbiət həkimləri" bəzən insanların elə orqanlarını sağaldırlar ki, həkimlərin özü belə bunu bacarmır. Xoşagəlməz təsir bağışlasa da, müasir dövrdə zəli insanların bir çox dərdinin dərmanına çevrilmişdir.
Qeyd edək ki, zəli 1984-cü ildən "Qırmızı Kitab"-a daxil edilmişdir. Ona təbii şəraitdə yalnız Rusiyanın cənubunda, Azərbaycanda, Ukraynada, Macarıstanda, İsraildə və Fransada rast gəlinir. Dünyada zəlinin 400-ə qədər, Azərbaycan da isə 17 növü var ki, bunun ancaq üçü (Şərq zəlisi, aptek zəlisi, tibb zəlisi) tibdə istifadə edilir. Bütün dünyada zəlinin ən yaxşı növlərindən biri - Şərq zəlisi Azərbaycandadır. Zəlinin insan və başqa canlılar üçün Ardı »

Maraqlı MəlumatlarYumruqları sıxmaq - yaddaşa kömək edə bilər

Sadəcə yumruqları sıxmaq - yaddaşa kömək edə bilər, yeni tədqiqatın nəticələri göstərir.

Sağ əli 90 saniyə ərzində sıxmaq yaddaşı formalaşdırmağa kömək edir. Eyni hərəkəti sol əllə etmək isə yada salmağı yaxşılaşdırır, ABŞ psixoloqları deyirlər.
Sınaqda iştirak edən 50 adam yumruq sıxmaqla uzun siyahıdakı sözləri daha yaxşı yadda saxlayıb.

Tədqiqatçılara rəhbərlik edən alim, Nyu Cersidə yerləşən Montclair Dövlət Universitetindən Ruth Propper güman edir ki, sadə bədən hərəkətləri vasitəsilə beyinin necə işlədiyini müvəqqəti dəyişərək, yaddaşı yaxşılaşdırmaq olar.

"Sağ əli - informasiyanı öyrənəndən dərhal öncə sıxmaq, sol əli isə informasiyanı xatırlamaqdan dərhal öncə sıxmaq, yaddaşı yaxşılaşdırmağa kömək edə bilər", Dr Popper BBC-ə deyib.

Tədqiqatçılar düşünürlər ki, yumruğu sıxmaq - Ardı »

Maraqlı MəlumatlarNar şirəsi qırmızı çaxırdan daha faydalıdır

Ən yaxşı antioksidləşdirici içki nar şirəsi seçilib.

O, nəinki azad radikallarla mübarizə edən qırmızı çaxır və yaşıl çaydan effektlidir, həmdə oqranizmi “pis” xolesterindən təmizləyən vasitədir.
Koliforniyanın tibb məktəbinin mütəxəssisləri bu nəticəyə gəlib.Onlar sübut etdilər ki nar şirəsi, qırmızı çaxırdan,yaşıl çaydan,portağal,üzüm və qaragilə şirələrindən 100 % effektlidir və orqanizmdə baş verən oksidləşmə proseslərini mühasirə edən vasitədir.Digər şirələrdən fərqli olaraq,nar şirəsində oksidləşmə potensialı 20 % çoxdur.
Nar şirəsi, C vitamini və tanin ilə zəngindir, xəstəliklərin inkişafını və müəyyən xərçəng formalarının qarşısını alır. Ardı »

Maraqlı MəlumatlarŞəfaya ehtiyacı olan xəstələrin musiqi ilə müalicəsi

Verilən məlumata görə Türkiyənin SAÜ Təhsil və Araşdırma Xəstəxanası Sakarya Cəmiyyəti Ruh Sağlamlığı Mərkəzində müalicə görən yaşları 18 ilə 60 arasında dəyişən 400-ə yaxın xəstə əl işləri və musiqi ilə müalicə edilir.
Burada tətbiq olunan müalicələr sayəsində xəstələr mükəmməl işlər çıxarır. Şəkil çəkirlər, əl işləri ilə məşğul olur, proqrama əsasən müəyyən günlərdə musiqi təhsili alırlar.
Həkim. Tolun, aparılan işlərdən xəstələr və xəstə yaxınlarının məmnun olduğunu ifadə edərək müalicələrin pulsuz həyata keçirdiyindən də bəhs edib. Onun sözlərindən aydın olur ki, onlar xəstələrin düzəlməsi üçün əllərindən gələni əsirgəmirlər. Onların ictimailəşməsi üçün nizamlı proqramlar da tərtib ediblər. Xəstələr haqqında onlar bu sözləri deyiblər: onlar Ardı »

Maraqlı MəlumatlarEpilepsiya xəstəliyi müalicə olunacaq

Danimarkanın N Aalborg Universitetində işləyən bir alim Epilepsiya böhranını əvvəldən təyin edəcək texnologiya hazırlayıb.

Danimarkanın N Alborg Universitetində işləyən bir araşdırmaçı alim Epilepsiya (qıcolma - red.) böhranını əvvəlcədən təyin edəcək texnologiya hazırlayıb. Boyunda olan "Vagus" sinirinə yerləşdiriləcək bir çip, yaxınlaşan böhranı 80 saniyə əvvəl təyin edib, xəbərdarlıq siqnalları ilə maneə törədir.

Bu barədə açıqlama verən araşdırmaçı Nico Rijkhoff, yaxın illərdə insanda sınanacaq texnologiyanın ürəyin iş prinsipinə uyğunlaşdığını və xəstələrin həyatını asanlaşdıracağını söyləyib. Ardı »

Maraqlı MəlumatlarBəzi xəstəliklər dırnaqlarda gizlidir

Əyri dırnaqlarda olan çuxurluq, girinti və çıxıntılar bəzi xəstəliklərə şərait yaradır.

Ağciyər, qaraciyər və qəlbinizlə bağlı hər hansı bir problem, əvvəlcə dırnaqlarda özünü göstərir.

Çox solğun, ya da ağ dırnaqlar, çox vaxt yaşlılığa görə meydana gələn zərərsız bir vəziyyətdir. Ancaq, çox ciddi xəstəliklərin əlaməti də ola bilər: anemiya, ürək çatışmazlığı və qaraciyər xəstəliyi.

Dırnağın səthi tamamilə ağdırsa diqqət edin. Qaraciyərlə bağlı ciddi bir problem ola bilər. Məsələn, Hepatit çıxa bilər. Bu şəkildə barmaqların da saralmış olduğu gözə çarpır. Bu da yenə qaraciyərdə bir problemin olduğunun başqa bir işarəsidir.

Saralmış dırnaq çox vaxt göbələk xəstəliyinin xəbərçisidir. Dırnaq qalınlaşmış, dırnaq yataqları daxilə doğru çəkilmiş və dırnaqlar parçalanmış Ardı »