beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Az yemək beyni gənc saxlayır

Məlumata görə İtaliya tədqiqatçıları beyni gənc saxlamağa kömək edən asan bir üsul tapıblar.
Belə ki, onlar tədqiqat nəticələrinə görə normal qida qəbulunun beyni gənc saxladığını bildirirlər.
Araşdırmalara ilk əvvəl siçanlardan başlayan elm adamları, az yeyən siçanların beynindən "CREB 1" adı verilən zülal çıxarıblar.
Bu zülal beyin hüceyrələrinin və funksiyalarının daha yaxşı işləməsinə kömək edir. Uzunömürlülük və beyin sağlamlığı ilə əlaqədar çoxlu sayda təsiri də var.
Laboratoriya şəraitində 30 faiz qidaları azaldılan siçanların həyat müddətinin və keyfiyyətinin yaxşı olduğu görülüb. Həmçinin tədqiqatda, piylənmə və şəkər xəstəliklərinin olmadığı, yaddaş və zehni bacarıqlarının pis olmadığı da üzə çıxıb.
Tədqiqatlarda baş ağrılarına aid əlamətlərin və təcavüzkarlıq meyillərinin azlığı da müəyyən edilib.
"PNAS" jurnalında dərc olunan məqalədə kalorini azaltmadan beyni gənc saxlamaq haqqında fikirlər də söylənilib.


Tarix: 21.01.2015 / 17:27 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Qidalanma və Dieta