Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gecə vaxtı qidalanmaq zərərlidir

İş saatlarının gec bitməsi, evə gec dönmə halları düzgün qidalanmamağa səbəb olur. Kompüter və ya televiziya başında vaxt keçirənlər də gec saatlarda qidalanırlar. Bu cür hallar insan orqanizminə mənfi təsir göstərərir, bədəni həmin vaxtlarda qida qəbuluna öyrəşdirir. Ona görə də belə insanlar həzm sistemi xəstəliklərindən, reflüks, artıq çəki problemlərindən əziyyət çəkir. Bunun üçün düzgün və vaxtında qidalanmaq şərtdir. Nizamlı yuxu da vacibdir.
Hərdən gec saatlarında yuxudan durub qida qəbul edənlər də olur. Bunun fərqli səbəbləri ola bilər. Həmin səbəblərə qan şəkəri tarazlığında problemin olması və ya insanın gecələri eyni saatda qalxıb qida qəbul etməsini aid etmək olar. İkinci vəziyyət psixologiyanın qaydasında olmadığını göstərir.
Bu cür hallarda həkimə görünmək və qan şəkərini yoxlatmaq lazımdır. Gecə saatlarında orqanizm qida tələb etsə belə pəhriz saxlamaq, qida qəbul etməmək məsləhətdir.
Pəhriz saxlamayanlar çörək, şirniyyat məmulatları, şokolad və s karbohidratlı qidalar yerinə qatıq məhsulları, pendir, süd kimi zülallı qidaları seçim edə bilərlər.


Tarix: 21.01.2015 / 17:24 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Qidalanma və Dieta
loading...