Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bədən əzələlərini inkişaf etdirən ən yaxşı zülal qaynaqları hansılardır?

Məşqdən maksimum səviyyədə nəticə almaq üçün əvvəlcə qidalanmamıza diqqət yetirməliyik və lazımi işləri görməliyik. İdmandan sonra qida qəbul edərkən çiy tərəvəzlərdən, qazlı içkilərdən, duzlu cipslərdən, şirniyyatlardan uzaq durmaq lazımdır. Lakin məşqdən sonra itirdiyimiz enerjini sağlam bir şəkildə yığmaq üçün qidalanma əhəmiyyətlidir.
Bədən inkişaf etdirmənin əhəmiyyətli ünsürlərindən biri olan qidalanma kor təbii olmamalıdır. Qidalanma orqan və hüceyrələrin inkişafını təmin edərək əzələ sistemini gücləndirir. Bu baxımdan bədənin qidalanmasında aktiv iştirak edən elementlərə önəm verilməlidir. Məs: proteinlər, yağlar, karbohidratlar, vitamin və minerallar və s.
Proteinlər zülal baxımından zəngindir. Bədənin inkişafı onun zülal tarazlığının təmin edilməsi ilə bağlıdır. Buna görə yumurta, yağsız, dərisiz, sümüksüz toyuq əti, ağ balıq, somon balığı, qırmızı ət, süd və süd məhsullarının istifadəsi faydalı hesab olunur.
Yağların ən əhəmiyyətli xüsusiyyəti yüksək kalorili olmasıdır. Pəhriz saxlayan birinin mütləq yağlı yeməklərdən uzaq dayanması lazımdır. Çünki 1 qram yağda təxminən 9 kalori vardır. Bu dəyərlər insan sağlamlığı baxımından son dərəcə təhlükəlidir. İnsan bədəni üçün gündəlik qidalanmada 40-60 qram yağ kifayətdir.
Yağlar birinci dərəcədə enerji qaynağı olaraq istifadə edilmir. Onlar yalnız bədənin ikincili enerji qaynağıdır. Bədənin birinci dərəcədə enerji qaynağı isə karbohidratlardır. Bir insan uzun müddət ac qalsa, əvvəl karbohidratları sərf edərək enerji tələbatını qarşılayır. Müddət uzandıqca bədəndə bitən karbohidrat yerinə boşluq yağlarla doldurulur. İdeal bədən ölçülərinə çatmanın sirrini mütəxəssislər yağ sərfiyyatını azaltma olaraq göstərməkdədir.
Bədənin təməl enerji qaynağı karbohidratlar hesab olunur. Gündəlik kalori ehtiyacımızın yarısını karbohidratlardan əldə edirik. Məşq sonrası insanın mütləq karbohidrat qəbul etməsi lazımdır. Kartof, düyü, qarğıdalı, dənəli taxıllar, tərəvəz, banan, makaron, yulaf əzməsində bol miqdarda karbohidrat olur.
Bədənin həyati funksiyasını yerinə yetirə bilməsi üçün mütləq lazım olan amillərdən biri də vitamin və minerallardır. Minerallar xüsusilə sümük və diş əti sağlığında olduqca təsirlidir. Minerallar sinir sistemindən hormonal funksiyaların normal işinə qədər bir çox əhəmiyyətli vəzifələri yerinə yetirir. Vitamin çatışmazlığı bədənin bir çox xəstəliklərə qarşı mübarizə aparmasına mane olaraq immunitet zəifliyinə gətirib çıxarır. Bədəndə maddələr mübadiləsisinin normada getməsinə də vitaminlər səbəbkardır. Vitaminlər A, B, C, D, E, K vitaminləri olaraq 6 qrupa ayrılır. Hər vitamin qrupu fərqli vəzifə və missiyaya malikdir. Qidalarda bol miqdarda vitamin olur.


Tarix: 21.01.2015 / 13:38 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Qidalanma və Dieta
loading...