Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaşıl əriyin faydaları

C vitamini ilə zəngin olan yaşıl ərik (alça) insan orqanizmi üçün faydalı hesab olunur.
Həzmi asanlaşdırmağa, qəbizliyi, mədə qazı problemini önləməyə kömək edir. İmmunitet sisteminə də müsbət təsir göstərir.
Nizamlı olaraq bu meyvədən istifadə diş ətlərini gücləndirməyə və diş sağlamlığını qorumağa kömək edirmiş.
Dəmir əskikliyini aradan qaldırmağa kömək edən yaşıl ərik, bədəndə qan yaranmasına da yardım edir. Ayrıca, bu meyvə anemiya kimi qırmızı qan hüceyrələrinin çatışmazlığı ilə əlaqədar xəstəliklərə tərkibində olan C vitamini və dəmir ilə maneə törədirmiş. Güclü və möhkəm bir bədən üçün yaşıl ərik effektli hesab olunur.
Onun tərkibində olan C vitamini sayəsində bağ toxuması güclənir və beləcə daha möhkəm bir bədənə sahib olmaq olur.
Artıq çəkidən azad olmaq istədikdə bu meyvədən istifadə etmək olar. Yaşıl ərikdən istifadə etdikdə qanda olan şəkərin səviyyəsində müsbət effekt görülür.
Yaşıl əriyin tərkibində yüksək miqdarda antioksidant olduğundan, beyin və qanın yağ daxili pərdəsinin zərər görməsi önlənir.
Bu meyvədən istifadə edənlərin astma, soyuqdəymə, öskürək və xroniki ağciyər problemləri kimi narahatlıqlardan uzaq qaldığı müəyyən olunmuşdur.
Yaşlılarda nizamlı olaraq yaşıl ərik istifadə etmənin görmə problemlərini önlədiyi bildirilir.


Tarix: 21.01.2015 / 13:27 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Qidalanma və Dieta
loading...