beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qidalanma və DietaHamiləlik dövründə qidalanma

Hamiləlik dövründə ananın diqqət yetirməsi tələb olunan ən vacib məsələlərdən biri bəlkədə birincisi onun qidalanmasına diqqət etməsidir. Lakin təssüflər ki, bəzən xanımlarımız bu məsələyə olduqca biganə yanaşırlar.
Hamilə xanımlar nece qidalanmalıdır?

Britaniya tədqiqatçılarının araşdırmalarına əsasən hamiləlik dövründə bəzi dəniz məhsullarından istifadə etmək çox təhlükəlidir. Belə ki, bu cür məhsullar civənin miqdarının artmasina gətirib çixarır ki, bu da körpənin sinir sisteminin inkişafına mənfi təsir edir.

Həmçinin bu dövrdə ət və quş əti məhsullarından da istifadə zamanı diqqətli olmaq məsləhət görülür. Hər şeydən əvvəl bu kimi məhsulların tam bişməsinə diqqət olunmalıdır əks halda körpənin sağlamlığı üçün ciddi problemlərə gətirib çıxara bilər. Kolbasa, sosiska və hisə verilmiş Ardı »

Qidalanma və DietaHamilə qadınlara kofeinin təsiri

Hamilə qadınlara çox kofe içmək məsləhət görülmür. Amerikan alimləri sübüt etmişdilər ki, gundə 200 mg kofe hamilə qadınlarda erkən doğum və ya heç bir digər qüsur yaratmır. Lakin bu miqdardan artığı yarana biləcək riskləri artırır.

Doktor Uliyam Bartın dediyinə görə:
"Gün ərzində az bir miqdarda kofein erkən doğuma və ya düşük ehtimalına hər hansı bir təsiri müşahidə olunmur" və bu faktları nəzərə nalaraq, gün ərzində bir fincan kofenin heç bir zərəri olmayacağını xanimlarımıza anlatmalıyıq.

Kofe dünyada ən çox içilən içkilərdən biridir və eyni zamanda kofein psixoaktiv maddələr içində ən çox istifadə olunanlar sırasındadır.
Kofeinin yaratdığı bəzi effektlər, məsələn həyacanlılıq, digər kokain və amfitomin kimi Ardı »

Qidalanma və DietaKökəlmək üçün nə etmək lazımdır?

Bu gün insanlar daha çox artıq çəkidən əziyyət çəkir. Bunun üçün də daima pəhriz axtarışındadırlar. Ancaq zəif olub, heç cür çəkisini artıra bilməyənlər də var. İnsanın kökəlməməsinin bir neçə səbəbi var. Əgər insanın istifadə etdiyi enerji, qazandığından çoxdursa, əgər siqaret çəkirs,ə (yeməklərin dadını və qoxusunu ala bilmir nəticədə iştahsızlıq yaranır), əgər bağırsaqlarında qurd varsa, stress, depresiya, xəstəlikdən əziyyət çəkirsə kökəlmək çətinləşir. İştahsızlıq yarandığı təqdirə insan ac olsa da beyninə toxluq siqnalları göndərilir.

Sağlam şəkildə kökəlmək üçün:

Kökəlmək üçün nizamsız qida qəbuluna başlamaq lazım deyil. Bu zaman yalnız qarında şişlik meydana gələcək.
Hər gün 3 əsas, 3 ara yemək yeyin. Yeməkləri ötürməyin.
Yeməkdən öncə idman edin, Ardı »

Qidalanma və DietaYuxuya görə qidalanma

ABŞ-ın Pensilvaniya Universiteti yuxi ilə qidalanlmaya dair maraqlı araşdırma aparıb. Məlumatda bildirilir ki, nə qədər yatdığımız hansı xəstəliklərə yoluxma riskimizin daha çox olduğunu müəyyən edir. Yuxu tipinizi bilərək həm xəstəliklərdən qoruna, həm də necə qidalanacağınızı öyrənə bilərsiniz.

1 tip
Çox az yatanlar 0-4 saat
Gün ərzində özlərini halsız, yuxulu hiss edirlər. Bədənləri çox zaman susuz qalır və xəstəliklərlə bağlı mübarizədə aciz olur.
Piylənmə və diabet kimi xsətəliklər riski böyük olur. Hüceyrələrdəki şəkər hormonunu tənzimləyən insulin azalır. Bu şəkildə yatmaq yüksək təzyiq riskini artırır və nəticədə diabet yaranır. Çox az yatanlar çəki artırmağada meyilli olurlar. Onlarda stress hormonu olan kortizolun səviyyəsi yüksəlir və iştahları açılır.
Bu tipdə Ardı »

Qidalanma və DietaYay meyvələrinin faydaları

Məlumata görə yay meyvələri dərini qoruyur, halsızlıq və yaddaş zəifliyinə yaxşı təsir göstərir. Mütəxəssislər, yaşlanmanın əlaməti olan dəri qırışması, hərəkətsizlik, gücsüzlük və yaddaş zəifliyi kimi problemlərin antioksidant təsirli bəzi maddələrin qeyri-kafiliyi ilə izah edir. Bu baxımdan yay meyvələri daha çox təklif edilir.

Yay bostan bitkilərindən qarpız tərkibində olan likopen, vitamin və minerallara görə antioksidant tutumu yüksək olan yay meyvəsi hesab olunur.
Tumlu meyvələrdən alça da tərkibində olan yüksək antioksidant maddəsi ilə fərqlənən, detoks edən gücüylə tanınan əhəmiyyətli bir "anti-aging" qidadır.
Şaftalı və ərik kalium anbarı hesab olunan qidalar sırasındadır. Deyilənə görə bu meyvələr, tərkibində C vitamini, çox sayda flavonoid, lif və betakarotin olan faydalı Ardı »

Qidalanma və DietaNevrotik Anoreksiya

Nevrotik Anoreksiya (Anorxia Nervoza) diaqnozu ən çox (90%) gənc xanımlarda (15-25 yaş arası) qoyulur və psixoloji pozğunluq hesab edilir. Xəstəliyin əsasında xanimların zərif görünmə istəyi durur. Bu məqsədlə onlar qidalanmanı azaldır, ifrat idmanla məşğul olur və hətta maye itirmək üçün sidikqovuculardan, süni qusma və ishal yaratma kimi vasitələrdən istifadə edirlər. Bəzən xanimların bu istəyi uğursuzluqla nəticələnir və bir müddət sonra onlarda iştahasızlıq, qidalanma fobiyası (qorxusu) yaranır.

Bu xəstəlik zəmanəmizin xəstəliyi olsa da ilk dəfə ədəbiyyatlarda 1874-cü ildə təsvir edilmişdir. İnkişaf etmiş ölkələrdə rast gəlmə tezliyi qadınlar arasında 0,3-1%, kişilər arasında 0,1%-dir. Psixatrik xəstəliklər arasında ən çox ölüm göstəricisi nevrotik anoreksiyanın payına düşür Ardı »

Qidalanma və DietaNecə və nə cür qidalanmaq lazımdır?

Sağlamlığı qoruyan əsas şərtlərdən biri də tam dəyərli qidalanmadır. Hələ qədimdə mülayim qidalanma sağlamlığın qorunmasında vacib amil hesab olunub.
Düzgün qidalanma insanların həyat və fəaliyyətinə təsir edən əsas faktordur. Piylənmə, düzgün seçilməyən qidanın insan orqanizmində yaratdığı fəsadlar, bəzi yemək və içkilərin çox istifadəsindən yaranan xəstəliklər, ekoloji təmiz olmayan məhsullardan istifadə ilə yanaşı, son zamanlar doğru olmayan qidalanma müxtəlif problemlərə səbəb olur. Bu baxımdan qidalanmada uyğun bir şəkildə qida rasionu tərtib edilməli və həmin qida rasionuna əməl edilməlidir.
Sağlam qidalanmaq üçün etməniz lazım olan ilk addım yeməklərin kalorilərini öyrənmək də ola bilər. Ardı »

Qidalanma və DietaVegetarian hamilə qadınlar necə qidalanmalıdır?

Cəmiyyətimizdə bəzi insan qrupları var ki, onlar sağlamlıqlarına və cəmiyyətə zərər vuran insanlara nisbətən daha doğru və düzgün yol seçiblər.
Həmin insanlara ibadət yerlərində, mötəbər elm mərkəzlərində, olimpiyadalarda, müxtəlif treninq və seminarlarda, ictimai həyatımıza rəng qatan digər mərkəzlərdə rast gəlmək olur. Günümüzdə sağlamlıq mövzuları içərisində öz aktuallığı ilə bir çox insanların rəğbətini qazanan vegetarianlar özlərinə və cəmiyyətə xeyir verən həmin insan qruplarınadan biridir. Bildiyimiz kimi, vegetarianlar qida rasionlarında ətdən və balıqdan istifadəyə yox, daha çox südlü yeməklərə, göyərtiyə, meyvələrə və s. qidalara üstünlük verirlər. Bəs hamilə olan vegetarian qadınlar necə qidalanmalı, daha çox hansı məhsullardan istifadə etməlidirlər.
Türkiyə mətbuatında verilən məlumata Ardı »

Qidalanma və DietaXiyarın faydaları haqqında

Alimlər gündəlik həyatda fərqində olmadan yediyimiz tərəvəz olan xiyarın faydalarını araşdırıblar.
Məlumatına görə, bu barədə araşdırmanın nəticələri "New York Times" qəzetində nəşr olunub.

Sən demə xiyar sadəcə bir tərəvəz və ərzaq məhsulu deyilmiş.

1. Xiyarın tərkibində gündəlik ehtiyacımız olan bir çox vitamin var. Belə ki, bir ədəd xiyarda B1, B2, B3, B5, B6, C vitaminləri, həmçinin kalsium, dəmir, maqnezium, fosfor, potasium, sink və fol turşusu var.

2. Günortadan sonra yorğunluq hissetdiyinizdə çayı, qəhvəni, soyuq içkiləri bir tərəfə atın və 1 xiyar yeyin. Xiyar əla B vitamini və karbohidrat mənbəyidir. Yeyilən bir xiyar isə az vaxt ərzində yorğunluğunuzu çıxaracaq.

3. Duşdan sonra Ardı »

Qidalanma və DietaBanan həm də yuxu gətirir

A, B1, B2, C və E vitaminləri, dəmir, kalsium, fosfor, kalium, natrium və yodla zəngin olan banan həm də yüksək kaloriyə malikdir. 1 ədəd almada 60, 1 ədəd portağalda 53 kalori var, 1 ədəd bananın enerjisi isə 130 kaloridir.
A, B1, B2, C və E vitaminləri, dəmir, kalsium, fosfor, kalium, natrium və yodla zəngin olan banan həm də yüksək kaloriyə malikdir. 1 ədəd almada 60, 1 ədəd portağalda 53 kalori var, 1 ədəd bananın enerjisi isə 130 kaloridir.
Lakin buna baxmayaraq banan xolesterol yaratmır. Banan ürək əzələlərini inkişaf etdirir, təzyiqi aşağı salır. Banan yetişdikcə faydası da çoxalır. Kal banan qəbizliyi, yetişmiş, şirin Ardı »

Qidalanma və DietaQışda bunları yemək üşütməni azaldır

Bu soyuq havalardan bir çoxlarımız soyuqdan titrəməkdən dayana bilmirik.
Amma elə qidalar var ki, onların sayəsində canımızı qızdıra bilərik.

Qırmızı pul bibər: Bədən temperaturunu artırdığından eyni zamanda metabolizmi də sürətləndirir. Tərkibində olan kapsaisin adlı piqment gündəlik sərf olunan enerjinin artırılmasına kömək edir. Amma mədə və sinir sistemi problemleri olanlar onu diqqətli istifadə etməlidirlər.

Zəncəfil: Bədən temperaturunu artırır. Onun qışı rahat keçirmək olar. İmmuniteti sistemini gücləndirir və metabolizmi sürətləndirir.

Qırmızı ət: Bədəndə dəmir mineralları çatışmayanda vücudda qansızlıq əmələ gəlir. Bu da öz növbəsində üşüməni ən çox artıran elementlərdən biridir. Ona görə də orqanizmi gündəlik dəmir mineralı ilə təmin etmək üçün bu cür Ardı »

Qidalanma və DietaToyuqun dərisini bişirmədən öncə ayırın

"Science" verdiyi məlumata görə, alimlər toyuqu bişirərkən dərisini soymağı məsləhət görür.
Buna səbəb isə toyuq dərisində olan çoxlu miqdarda xolestrolun mövcud olmasıdır.

Bundan əlavə alimlər qırmızı ətin üzərində olan piylərdən də istifadə edilməsini uyğun saymır.
Onlar qırmızı əti bişirərkən onun kabab və ya buxarda bişməsini münasib olduğunu bildirib.

Qeyd edək ki, yağla bişirənlərə məsləhət görülür ki, çox az maye yağdan istifadə edərək əti qızarmamışdan öncə ocağın üzərindən götürsünlər.
Həkimlər yumurtadan da çox az istifadə etməyi məsləhət görürlər.
Həftə ərzində yalnız 4 ədəd yumurta yeməyi məqsədəuyğun sayılır. Ardı »

Qidalanma və DietaMaddələr mübadiləsini sürətləndirərək artıq çəkidən azad olun!

Qidalanma vərdişlərinizə və fiziki fəaliyyətlərinizə bəzi dəyişikliklər etməklə maddələr mübadiləsini sürətləndirib artıq çəkidən azad olmaq olar.
Artıq çəkidən azad ola bilməməyinizin əsas səbəblərindən biridə maddələr mübadiləsinin zəif olmasıdır. Maddələr mübadiləsini sürətləndirmək üçün daha çox kalori yandırmaq lazım gəlir. Ancaq, yaş irəlilədikcə maddələr mübadiləsi də təbii olaraq yavaşlamağa başlayır. Bu baxımdan səhər qalxdığınızda günə başlamazdan əvvəl tərkibində 10-20 qrama qədər karbohidratlı qidaların qəbulu məsləhət görülür. Gün ərzində idmanla məşğul olmaq kalori yandırmağınıza və maddələr mübadiləsini sürətləndirməyə köməklik edəcək. Yemək porsiyonunu isə kiçik porsiyalara ayırmaq kalorinin azalmasına öz faydasını verəcəkdir.
Əgər kofein almaqla əlaqədar bir sağlamlıq probleminiz yoxsa, səhər və günortadan sonra irəliləyən saatlarda Ardı »

Qidalanma və DietaDərman qədər faydalı qidalar!

Məlumata görə bəzi qidalar var ki, həmin qidalar tamamilə təbii yollarla ağrıları yüngülləşdirməyə kömək edir.
Bu qidalara alma sirkəsini, mixəyi, albalını, turpu, zəncəfili, ananası da aid edirlər.
Alma sirkəsi mədədə baş verən turşuluqdan əziyyət çəkənlər üçün təbii bir möcüzə hesab edilir. Bədənin turşu tarazlığını təmin etdiyi bildirilən bu qida xüsusilə mədədə həzmi, yanma, turşuluq kimi problemlər yaşayan insanlar üçün faydalıdır. Daimi istifadəsi halında isə oynaq və sümük sərtliyi probleminə kömək etdiyi bildirilir. Soyuqdəymə, boğaz infeksiyası kimi narahatlıqlara da çarə hesab olunan alma sirkəsinin, tərkibində olan bikarbonat sayəsində həzmi asanlaşdırdığı deyilir.
Mixək mikrob öldürücü xüsusiyyəti sayəsində diş ağrısına təsirli gəlir. Ayrıca mixək ağızdakı pis Ardı »

Qidalanma və Dietaİnsan həftədə neçə dəfə ət yeməlidir?

Mütəxəssislər gündə 70 qramdan az ət yeyən qadınlarda dəmir çatışmamazlığı riskinin daha çox olduğunu bidiriblər.

The Telegraph-da yayımlanan xəbərə görə, İngiltərədə hökumət komissiyasının bu həftə içində bağırsaq xərçənginin əmələ gəlmə riskini azaltmaq üçün həftəlik ət istehlakının 500 qram ilə məhdudlaşdırılacağını deyən mütəxəssislər, bu məhdudiyyətin xüsusilə qadınların səhhətində müxtəlif problemlər yaradacağını bildirib.

Əgər qadınlar qırmızı ət istehlakını azaltarsa dəmir çatışmazlığı əmələ gələr. Mütəxəssislər bununla yanaşı yorğunluq, ürək keçmə və aritmiya kimi problemlərə gətirib çıxaran anemiyaların da qaçılmaz olduğunu söyləyirlər. Ardı »

Qidalanma və DietaDoğru qidalanaraq xəstəlikləri yenin!

Doğru və düzgün qidalanaraq xəstəliklərə qalib gəlmək və ya həmin xəstəliklərin yaranma riskini azaltmaq mümkündür. Günümüzdə bəzi xəstəliklər var ki, həmin xəstəliklər bir çox yaş qrupunda nadir hallarda baş vermir.
Həmin xəstəliklərdən şəkərli diabet, ürək-damar, böyrək xəstəlikləri, sümük əriməsi xəstəliklərinin müalicəsi müasir dövrümüzdə öz aktuallığı ilə fərqlənir.
Bu baxımdan xəstəliyə görə qidalanma siyahısının tərtibi və hansı xəstəliklərə hansı qidaların xeyirli olduğunu bilmək vacibdir.
Diabet. Bu xəstəliyin tibbi qidalanma proqramı, dərman, insulin və idmanla birlikdə müalicə edildiyi bildirilir. Diabet xəstələrindən, qana sürətli qarışma xüsusiyyəti olan şəkər, bal, bəhməz, şirniyyat kimi qidalardan uzaq durmaları tövsiyyə olunur.
Diabet xəstələri elə qidalar qəbul etməlidirlər ki, insanın Ardı »

Qidalanma və DietaArtıq çəki problemləri olanların diqqətinə

Artıq çəkidən azad olmaq istəyənlər səhər yeməyində pəhriz saxlasalar daha yaxşı olar. Belə ki, bir sıra araşdırmalara görə kiçik səhər yeməyi yeyən insanların artıq çəki problemləri az müşahidə olunub.
Gün ərzində fiziki fəallığı çoxaltmaq, idmanla məşğul olmaq, evdə daha çox hərəkət etmək, lazımi işlərlə məşğul olmaq artıq çəki probleminin həllinə kömək edir.
Bundan əlavə aşağıdakı məsləhətlərə də əməl etmək olar:

1. Kola, hazır meyvə şirələri, qazlı, turşu tərkibli içkilər əvəzinə mineral sular, təzə sıxılmış meyvə şirələri, süd məhsullarından hazırlanan içkilər için.
2. Yeməyi siqnalverici qazanlarda bişirin. Bu qazanlar həm sağlamlıq üçün, həm də praktiki baxımdan yararlıdır.
4. Xörəklərə mümkün qədər az duz səpin, yağını Ardı »

Qidalanma və DietaBeyni inkişaf etdirən qidalar

Bəzi insanlar var ki, qidalanma rejiminə laqeyd olurlar. Buda sonradan beyin inkişafında problemlər yaradır. Sabahları qida qəbulunu gec yerinə yetirənlər mövsümi meyvə, meyvə şirəsi və ya bir stəkan ilıq su içməyi vərdiş halına gətirməlidirlər. Məlumata görə beyni aşağıdakı qidalar da inkişaf etdirir:
-beyin inkişafı üçün bal, zəncəfil, reyhan, qara bibər də önəmli qidalardan hesab olunur. Zəncəfil beyində yeni idea və fikirlərin artmasına kömək edir;
-yer kökü xatırlama qabiliyyətinə kömək edir. Çünki, kökdə beyinə lazım olan və maddələr mübadiləsini canlandıran fermentlər vardır;
-məlumata görə ananas əzbərləmək üçün faydalıdır. Avokado meyvəsi isə qısa müddətli hafizə itgisi yaşayanlar üçün xeyirlidir. Çiyələk stressin təsirini azaldır.
Limon qavrama qabiliyyətini Ardı »

Qidalanma və DietaÇərəzin möcüzəvi təsirləri

Günümüzdə insan sağlamlığı üçün vacib sayılan qidalarla yanaşı əyləncə zamanı istifadə etdiyimiz cipsilər, müxtəlif çərəzlər istirahətimizə yeni rənglər əlavə edir.
Hansı çərəzlərin hansı xəstəliyə xeyirli olduğunu bilmək, sağlamlıq üçün möcüzəvi təsirlərini öyrənmək hər kəs üçün maraqlıdır. Bu baxımdan ilk öncə həmin qidalardan uyğun bir şəkildə istifadə önəmlidir. İnsan sağlamlığı üçün faydalı olan çərəzlərə fındığı, fıstığı (Antep), yer fındığını, günəbaxan tumunu, ağ və sarı ləbləbini, qozu, balqabaq tumunu və s. misal göstərmək olar.
Fındıq. Bu çərəzin bədəni qüvvətləndirdiyi bildirilir. Ürək narahatlıqlarının səbəbi kimi tanınan yüksək xolestrolun salınmasında ən əhəmiyyətli köməkçi hesab olunur. Fındıqda insan bədəninə faydalı kalsium, dəmir, karbohidrat, yağ və sink olduğu Ardı »

Qidalanma və DietaHəddindən artıq yemək də bir xəstəlikdir

Sağlam həyat tərzi dedikdə balanslı qidalanma nəzərdə tutulur. Düzgün və səmərəli qidalanma isə insanların həyat və fəaliyyətinə təsir edən ən mühüm amillərdən biri kimi tanınır. Günümüzdə piylənmə, düzgün seçilməyən qidanın insan orqanizmində yaratdığı fəsadlar, bəzi yemək və içkilərin çox istifadəsindən yaranan xəstəliklər, ekoloji təmiz olmayan məhsullardan istifadə insan səhhətində ciddi problemlərin yaranmasına səbəb olur.
Mütəxəssislər, həddindən artıq yemək yemənin bir yemə pozğunluğu yaratdığına diqqət çəkir.
Köklük, piylənmə, şişginlik xəstəliyi cəmiyyətin sağlamlıq problemlərindən biri hesab olunur.
Məlumata görə Sandra adlı bir alman vətəndaşı çoxlu yemək yediyinə görə tez-tez qidalanma problemi ilə üzləşirmiş.
Hər qidalanma böhranı yaşadığında bir neçə dəqiqə içərisində minlərlə kalorilik Ardı »