Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qida müxtəlifliyi yuxu müddətinə təsir edirmiş

Qidalanma ilə yuxu müddəti əlaqəsini araşdıran Amerikanın bir sıra elm adamları, yemək müxtəlifliyinin ən çox "normal yatanlar" da, ən az isə "çox az yatanlar" da olduğu nəticəsinə gəliblər.
ABŞ-dakı Pensilvaniya Universitetinin elm adamları, iştirakçıların qidalanma şəkli və yuxu müddətini araşdırıb.
Alınan cəmi kalori miqdarının qruplara görə dəyişənlik göstərdiyini ifadə edən bir sıra elm adamları, ən çox kalorini az yatanların aldığını ifadə edib.
Qidalanma müxtəlifliyinin də ən çox "normal yatanlar" da, ən az isə "çox az yatanlar" da olduğu təyin olunub.
Bir sıra araşdırmacıların nəticələrinə görə, çox az yatanlar daha az su içir, az miqdarda qırmızı, narıncı və karbohidratlı qidalar yeyir. Az yatanlar isə az miqdarda C vitamini ilə zəngin olan qidaları, əti, fındığı, lifli və yaşıl tərəvəzləri çox yeyir və az su içir.
Çox yatanlar isə şokolad və çayda olan teobromin maddəsindən, yumurta və yağlı ət kimi qidalardan və karbohidratlı yeməklərdən az yeyir.
Bir sıra elm adamları, hər gecə 7-8 saat yatanların yəni "normal" qrupda olanların qidalanma şəklinin, az ya da çox yatanlarda fərqli olduğunu, az və çox yuxunun qida müxtəlifliyinin az olması ilə əlaqəsi olduğunu vurğulamışdır.
Ancaq bir sıra elm adamları, qidalanma şəklinin dəyişdirilməsi ilə yuxu müddətinin də dəyişib dəyişməyəcəyinin araşdırılması lazım olduğuna diqqəti çəkib.
Araşdırma, "Appetite" jurnalının internet saytında nümayiş olunub.


Tarix: 21.01.2015 / 13:02 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Qidalanma və Dieta
loading...