beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MuğanBank

Tarixçə

Muğanbank ASC 1992-ci ildə yaradılmışdır. Yarandığı tarixdən Bankın məqsədi ölkə iqtisadiyyatının inkişafında iştirakçı olmaq, geniş əhali kütləsinə bütün növ bank xidmətləri göstərmək və bununla da bank sistemində qabaqcıl maliyyə institutlarından birinə çevrilmək olmuşdur. Yarandığı tarixdən etibarən 19 il ərzində bank daim inkişaf yolunu tutmuş, illər keçdikcə Azərbaycanın bank sistemində möhkəmlənmiş, servis və xidmətləri həm keyfiyyət, həm də kəmiyyət baxımından artmışdır. «Muğanbank» ASC Azərbaycanın bank sistemində stabilliyi və etibarlılığı ilə seçilən əsas iştirakçılarından biridir.

Bankın missiyası

Hər bir biznes tərəfdaşına fərdi yanaşmaqla, yüksək keyfiyyətli xidmət göstərmək üçün motivasiya olunan peşəkar komanda yaratmaq və nəticədə bankın stabil artan gəlirliyini və investisiyaların dəyərinin dinamik artımını təmin etmək.

Uğurlar

2007-ci il bank üçün istər kəmiyyət, istərsə də keyfiyyət baxımından müsbət dəyişiklərlə əlamətdar olmuşdur. Qeyd etmək istərdik ki, 2007-ci ildə bankın yaradılmasının 15-ci ili tamam olmuşdur. Bütün bu illər ərzində bank dinamik şəkildə inkişaf etmiş, fərdi və korporativ müştərilər üçün yeni-yeni məhsullar təqdim etmişdir.

Bank beynəlxalq maliyyə institutları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirmiş, nəticədə Latviya fond birjasında 5 milyon ABŞ dolları məbləğində bank istiqrazlarını yerləşdirilmişdir. Beynəlxalq maliyyə institutları ilə gərgin və səmərəli fəaliyyətin daha bir göstəricisi 2007-ci ilin noyabr ayında AYİB ilə 5 milyon ABŞ dolları məbləğində növbəti razılaşmanın imzalanması olmuşdur.

2007-ci ildə beynəlxalq plastik kartların emissiyası üçün MasterCard şirkətindən aralıq lisenziya alınmışdır.

Ötən il ATM-lərimizin sayı iyirmi birə çatmışdır. Beynəlxalq pul köçürmə sistemləri üzrə artımı da qeyd etmək yerinə düşərdi. Bu istiqamətdə «Express Money» və «Inter Express » ilə müqavilələr imzalanmışdır.

2007-ci ilin sonuna bank aktivlərinin ümumi məbləği 2006-cı il ilə müqayisədə 40 482 min AZN və 102 % artmış və 80 313 min AZN təşkil etmişdir.

2007-ci ilin sonuna müştərilərə verilən kreditlərin həcmi 48 644 min AZN təşkil etmişdir. 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə kreditləşmənin həcmi 24 710 min AZN və ya 103 % artmışdır.

2007-ci ilin sonuna müştərilərin hesablarındakı vəsaitlərin həcmi 7 239 min AZN təşkil etmişdir. 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 1500 min AZN və ya 26 % artmışdır.

2007-ci ilin sonuna müddətli depozitlərin məbləği 16 985 min AZN təşkil etmişdir ki, bu da 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 6 402 min AZN və ya 60 % artım deməkdir.

2007-ci ilin sonuna bankın məcmu kapitalı 13 717 min AZN təşkil etmişdir ki, bu da 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 3 104 min AZN və ya 29 % çoxdur.

2007-ci ilin sonuna bankın vergi rüsumları çıxılmadan gəliri 1 585 min AZN təşkil etmişdir ki, bu da 2006-cı ilin dekabr ayına olan göstərici ilə müqayisədə 565 min AZN və ya 55 % çoxdur.

2007-ci ildə bir sıra əlamətdar dəyişikliklər baş vermişdir. Bankda struktur artımı baş vermiş, yeni filial və şöbələr açılmışdır. Beləliklə, paytaxtda «Azadlıq», «Bakıxanov», «Abşeron» , «Biləcəri», regionlarda isə «Gəncə», «Samux», «Mingəçevir 1» və «Mingəçevir 2» şöbələri müştərilərin ixtiyarına verilmişdir.

2007 axirina 22 filialı və 5 şöbəsi müştərilərin xidmətindədir.

2011-ci ilin sonuna 30 filialı və 3 şöbəsi müştərilərin xidmətindədir.

Xidmətlər
İstiqraz

“Muğanbank” ASC tərəfindən emissiya olunmuş, Azərbaycan Respublikası Qiymətli Kağızlar uzrə Dövlət Komitəsi tərəfindən 14 avqust 2009-cu il tarixdə AZ 200200546 saylı Dövlət qeydiyyat nömrəsi ilə təsdiq olunmuş nominalı 50(əlli) manat olan sənədli, adsız, faizli istiqrazların alınması.

İstiqraz Emitent tərəfindən 10(on) illik müddətə emissiya olunmuşdur və illik 2(iki) faiz gəlirlilik təmin edir.

İstiqrazların yerləşdirilməsi İstiqrazların nominal dəyəri ilə həyata keçirilir. İstiqrazların yerləşdirilməsi zamanı istiqrazların nominal dəyərindən emitent tərəfindən ilk 15 gündə 1,0 %, ikinci 15 gündə 2% və üçüncü 15 gündə 3% məbləğində komissiya tutulur. İstiqrazların geri satın alınması nominal dəyərlə həyata keçirilir.


Tarix: 19.03.2013 / 21:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 249 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari