beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təbriz bəylərbəyliyi

Tarixi
XVI əsrin 1-ci yarısında yaradılmışdı. Çuxur səəd, Qarabağ, Şirvan, İran əyalətləri və Osmanlı imperatorluğu ilə həmsərhəd olan T. b. -nə Marağa, Urmiya, Soucbulaq, Xoy, Səlmas, Mərənd, Naxçıvan (16 əsrin sonunadək), Maku, Qaradağ, Ərdəbil, Miyanə, Talış, Arazbar, Sultaniyyə, Zəncan və s. əyalətlər da xil idi.

Təbriz bəylərbəyliyi ictimai-iqtisadi və strateji baxımdan Səfəvilər dövlətinin ən zə ng in və mühüm əyalətlərindən biri idi. Burada əkinçilik, maldarlıq və sənətkarlıq inkişaf etmişdi; mühüm ticarət yolları onun ərazisindən keçirdi. Səfəvilər dövlətinin paytaxtı Qəzvinə (1555), sonralar isə İsfahana (1598) köçürüləndən sonra da Təbriz bəylərbəyiliyi ölkənin siyasi və iqtisadi həyatında mühüm rol oynayırdı. Səfəvi ordusunun şəxsi heyətinin (təqr. 60 min nə fər) 5/1 hissəsi (təqr. 11-12 min) T. b.-nin payına düşürdü.

Təbriz bəylərbəyliyinə ən nüfuzlu qızılbaş əmirləri (əsasən, təkəli və türkman tayfa başçıları) hakim təyin edilirdi.

1531-ci ilə dək bəylərbəyi Üləma sultan Təkəli idi. Ondan sonra Təbriz bəylərbəyliyinə türkman əmirləri nəslinin idarəsinə keçdi. 1583/84 il də şamlı və ustaclı əmirlərinin təkidi ilə türkman tayfa başçısı Əmir xan Türkman bəylərbəyilikdən kənar edildi. Bu, qızılbaşlar arasında qanlı toqquşmalara səbəb oldu. Əmir xana təkəlilər də yardım edirdi. Tay fa la ra ra sı çəkiş mələr Osmanlı imperatorluğu ilə müharibə aparan Səfəvilər dövlətinin vəziyyətini xeyli çətinləş dirdi;

Təbriz bəylərbəyliyinin idarəsi yenidən türkmənlərə qaytarıldı. 1590-1605-ci illərdə Təbriz bəylərbəyliyinin ərazi si (Qaradağ,Ərdəbil və Talış əyalətləri istisna olmaqla) Osmanlıların tabeliyinə keçmiş di. I Şah Abbas dövründə [1587-1629] T. b. Osman lı qo - şun la rın dan azad edil dikdən so nra onun ida - rə si ye ni dən türkmən əmiri Pir bu daq xa na tap şı rıl dı. Na dir şah [1736-47] hakimiyyətə gə lən dən so nra bəy lər bəy i lik sistemi ləğv edilmiş, o öldürüldükdən (1747) so nra isə T. b. əra zi sin də bir sı ra müstəqil xan lıq lar (Tə b - riz, Ma rağa, Urmiya, Xoy, Qa ra dağ, Sə rab) yaranmışdı.

Təbriz bəylərbəyiləri
Musa sultan Mosullu-Türkman-1532-ci ildən 1534-cü ilədək Təbriz-Azərbaycan əyalətinin bəylərbəyi olmuşdu.
Əmir xan Türkman -1586 Təbriz-Azərbaycan əyalətinin bəylərbəyi
Pirbudaq xan Pörnək-Türkman 1612-1617 Təbriz-Azərbaycan əyalətinin bəylərbəyi
Şahbəndə xan Pörnək-Türkman 1617-1625 Təbriz-Azərbaycan əyalətinin bəylərbəyi
II Pirbudaq xan Pörnək-Türkman 1625-1635, 1643-1649 Təbriz-Azərbaycan əyalətinin bəylərbəyi
Rüstəm xan Pörnək-Türkman 1635-1643 Təbriz-Azərbaycan əyalətinin bəylərbəyi


Tarix: 12.02.2015 / 18:58 Müəllif: Feriska Baxılıb: 230 Bölmə: Ümumi