beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Respublikası Prezident seçkiləri (1991)

1991-ci il Azərbaycan Respublikası prezidenti seçkiləri - Azərbaycan Respublikası Prezidenti postuna rəsmi şəkildə keçirilən ilk və vahid partiya sistemi ilə keçirilən sonuncu seçkilər olub. Seçkilər 8 sentyabr 1991 tarixində keçirilib. Seçkilərdə yeganə namizəd olan Ayaz Mütəllibov qalib gəlib və Azərbaycan Respublikasının ilk prezidenti seçilib.
Seçkilərdən əvvəlki vəziyyət
1990-cı ildə Sovet Sosialist Respublikaları İttifaqı dağıldıqdan sonra Azərbaycanda ümumi vəziyyət çox ağır idi. 1991-ci ilin 8 sentyabr tarixində artıq SSRİ-dən asılı olmayan Azərbaycanın ilk seçkiləri keçirməli idi. 1990-cı ildən etibarən Azərbaycan SSR-nın prezidenti olan Ayaz Mütəllibov vahid namizəd sistemi ilə keçirilən seçkilərdə yeganə namizəd kimi qeydə alındı. Seçkilərdə qeydə alınmış seçicilərin 85.7%-i iştirak etdi. Ayaz Mütəllibovun prezident seçilməsinə leyhinə olanların sayı 3,275,837 nəfər, əleyhinə olanların sayı isə 48,866 nəfər oldu. Beləliklə Ayaz Mütəllibov Azərbaycanın ilk prezidenti seçildi. 18 oktyabr 1991 tarixində isə Azərbaycan Respublikası yaradıldı.


Tarix: 12.02.2015 / 15:06 Müəllif: Feriska Baxılıb: 64 Bölmə: Ümumi