Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məslamə ibn Əbd ül-Malik

Məslamə bin ʿƏbd əl-Malik bin Mərvān(ərəb مسلمة بن عبد الملك‎‎) Xəlifə Əbd ül Malikin oğlu,716-718(hicri 98-99)-ci illərdə Konstantinopolun mühasirəsiylə şöhrət qazanmış ən məşhur Əməvi sərkərdələrindən biri. Kiçik Asiyada bir çox uğur qazanan əmisi Məhəmməd ibn Mərvan kimi, o da kənizdən doğulduğundan Xilafətə vərəsəlikdən məhrum olmuşdu. Doğum tarixi naməlumdur. 738(hicri 121\124)-ci ilin dekabrında(məhərrəm)ayında vəfat edib. Atasının son hakimiyət ili olan 705(86)-ci ildən başlayaraq, Məslamə, Bizans ərazisində mütəmadi yay, bəzən qışa qədər uzanan, yürüşləri keçirir.

Qafqazda vali vəzifəsində
709-ci ildə Məslamə Azərbaycanın və Ərməniyyənin valisi vəzifəsində öz əmisi Məhəmməd ibn Mərvanı əvəz edir. Xilafətin şimal-qərb ərazilərinə nəzarət edərək Bizansa bir sıra yürüş edir. 712-ci ildə Amasyanı alır, 714-ci ildə Malatyanı. Məslamənin başçılığı altında ərəb qoşunları Qafqazda irəliləyir. Bu Xəzər-ərəb müharibələrinin başlamasına gətirir. 714-ci ildə ərəblər Dərbəndi tuturlar.


Tarix: 11.02.2015 / 15:57 Müəllif: Feriska Baxılıb: 53 Bölmə: Ümumi
loading...