beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atropatena-Selevki münasibətləri

Atropat Midiyası Makedoniya müharibələrindən sonra Midiyadan ayrılıb onun digər vilayətlərindən fərqli olaraq öz müstəqilliyini saxlaya bilmişdi. Polibinin göstərdiyinə görə Selevki hökmdarı III Antiox (e.ə. 223-222) Midiya satrapı Molonu və onun qardaşı Aleksandrı məğlub etdikdən sonra Atropat Midiyasına hücum etmişdir. Atropatena çarı Artabazan düşmənə müqavimət göstərərək onu geri çəkilməyə məcbur etmiş, hətta paytaxtları Selevkiyə qədər qovmuşdur.

E.ə. 20-ci ildə Atropatena çarı Artabazan Selevkilərlə müharibəni bitirərək onlarla sülh müqaviləsi bağlayır. Bu müqaviləyə görə Atropatena ərazisi xeyli genişlənmiş olur. Belə ki, Ayrarat vilayətinin baş şəhəri olan Armavirlə birlikdə Araz vadisi Atropatenann tərkibinə daxil edildi. Atropatena ərazisi Kolxidaya qədər gedib çatdı (Polibi,V,55).

Yustinin göstərdiyinə görə Selevki hökmdarı VII Antioxun dövründə Selevkilərlə Arşakilər arasında gedən müharibədə Böyük Midiya mühüm rol oynamışdır. Bu müharibədə Arşakilər bir neçə dəfə məğlub edilmişdilər. VII Antiox parfları yer üzündən silərək, məhv etməyi qarşısına məqsəd qoymuşdu.

VII Antiox öz hərbi regionlarını parfların geri çəkildiyi bölgələrdə yerləşdirirdi. Regionların yerləşdiyi yaşayış məntəqələrində baş verən üsyanlar Selevkilərin məğlub edilməsində mühüm rol oynamışdır.

312-ci il oktyabrın ilk günlərində Selevkin Babilə gəlməsi ilə bütün Ön Asiyada yeni tarix hesabı – Selevkilər erası başlandı. İran satraplıqlarında real hakimiyyət tədricən Selevkin əlinə keçir.

Yeni Mada çarlığının hökmdarları, çox güman ki, o cümlədən Atropat özü artıq IV əsrin lap sonunda İran satraplıqlarına yiyələnmiş Selevkin (302-281) qəsdlərindən ölkəni nə yolla olursa-olsun qorumaq məcburiyyətində qalmışdılar.

Lakin Selevkin və hakimiyyətə onunla şərik olan Antioxun bütün ciddi-cəhdlərinə baxmayaraq, e.ə. III əsrin ortalarına yaxın Selevkilər dövləti fəlakət həddinə çatdı. Baktriya, Soqdiana və Parfiya əldən çıxdı. Tezliklə müstəqil Parfiya dövləti meydana gəldi və ona Asiya tarixində mühüm rol oynamaq nəsib oldu. 223-cü ildə Selevki dövlətində çarlığa III Antiox (223-187) keçdi. Selevkilərin bəzi ötəri müvəffəqiyyətləri və e.ə. III əsrlə II əsrin ayrıcında Aralıq dənizinin şərqində meydana gəlmiş Roma kimi yeni bir siyasi qüvvə ilə Selevkilərin ilk faciəli toqquşması III Antioxun adı ilə bağlıdır.

Antiox öz hakimiyyətinin ilk illərindəcə çox böyük bir təhlükə ilə qarşılaşdı: Mada satrapı Molon öz qardaşı Parsa satrapı Aleksandrla birlikdə Selevkilərin hakimiyyətinə qarşı üsyan qaldırdı və dövlətin şərq vilayətlərinin demək olar hamısını, o cümlədən Mesopotamiyanı tutdu. Yalnız çox böyük səylər bahasına Antiox öz düşmənlərinin öhdəsindən gələ bildi. İntihar etmiş Molonun cəsədi çarmıxa çəkildi və həqarətə məruz qoyulmaq üçün açıq nümayiş etdirildi. III Antioxun bundan sonra sürətlə Atropatenaya soxulması Molonun tədbirində atropatenalıların fəal iştirakına dəlalət edir. Antioxun Artabazanla müharibəsi sülhlə qurtardı. Atropatena müəyyən müddət Selevkilərin ali hakimiyyətini tanımağa məcbur oldu.

190-cı ilə yaxın, Maqnessiya ətrafında romalılarla döyüşdə Antiox məğlub olduqdan sonra, Selevkilər dövlətinin parçalanması prosesi yenidən başlandı.


Tarix: 29.01.2015 / 16:30 Müəllif: Feriska Baxılıb: 90 Bölmə: Ümumi