beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

25 ildə öyrəndiyim 25 həyat dərsi

Sən ya yazıq ola bilərsən, ya da güclü – bunların hər ikisinə eyni qədər enerji gedir
Ətrafındakı insanları diqqətlə seç – qırılmış ruhları düzəltmək əvəzinə güclü olanları ilə dostluq et
Dəlilik et – ruhunu cəmiyyətin stereotip qəfəsindən çıxartmaq üçün
Başqaları sənin haqda hər zaman nəsə düşünəcək, həmişə kiminsə səndən xoşu gəlməyəcək, bunu qəbul et və özün ol
Hirslənəndə kimisə dişlə
Gülümsə – qarşındakının üzündən zəhrimar yağsa belə
Xeyr, filmə baxmaqla kitab oxumaq eyni şey deyil. İkincini seç
Haqsızlıq görəndə səsini çıxart – bu sənin xarakterini formalaşdıracaq
Ağlamaq istəyəndə tualetə get – sonrada peşman olmayasan deyə
Həyatda pis insanlar var, onlarla qarşılaşanda şoka düşmə, özünə inamlı ol
Kədərli olanda özünün video klipini çək – sevdiyin mahnını yüksək səslə oxuyaraq
Utancaqlıq sənin uğurlarının qarşısını kəsir, tulla getsin
Hər gün işə gedəndə həsrətlə baxdığın o vitrindəki paltarı al, həyat qısadır
Diş sapından istifadə et – gözəl gülüş üçün sağlam diş lazımdır
Səmimi ol – istənilən insanın ürəyinə ən qısa yol səmimiyyətdir
Həyatda doğmalar və yadlar var. Yadlarla danışdığın xoşluğun 10 dəfə çoxunu doğmalara göstər. Xəstələnəndə yanında kimin olacağını bilirsən
İnan – özünə, dostlarına, sevgiyə, karmaya, ədalətə
Balaca uşaqlarla dostluq elə – onlar sənə həyatı öyrədəcəklər
Heç kim ideal deyil, hamı səhv edir, özünü ciddiyə alma, əylən
Sağlam qidalanmaq çox vacibdir – yağlı, şəkərli, kalorili yeməkləri minimuma endir
Əsl sevgiyə inan – 135 keçmiş sevgililərin sənin ürəyini qırmış olsa belə
Ətrafındakılara onların nə qədər dəyərli olduğunu tez-tez de, elə bilmə ki, onlar bunu artıq bilirlər
Başqalarının uğurlarına sevin, onda bu uğurlar sənə də qismət olacaq
Cizgi filmlərinə bax – içindəki uşağı oyaq saxla
Ürəyinin arxasınca qaç, yalnız onda uçmağı öyrənəcəksən


Tarix: 05.12.2014 / 16:21 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Ümumi Psixologiya