beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üçüncü ingilis-əfqan müharibəsi (1919)

Üçüncü müharibəni İngiltərə, yeni hakimiyyətə gəlmiş Əmənullah xan 28 fevral 1919-cu ildə Əfqanıstanın müstəqilliyini elan etməsindən sonra başladı. Mayın 6-də İngiltərə Əfqanıstana müharibə elan etdi. 40 mindən ibarət əfqan nizami qüvvələri Heybər, Vəziristan və Qəndəhar istiqamətlərində hərəkət edən, üç sütuna bölünmüşdü. İngilslərin qoşunlarının sayı 340 minə çatırdı. Heybər istiqamətindəki döyüşdə ingilislər uğur qazana bildilər. Vəziristan istiqamətində isə əfqanlar ingilislərə qalib gəldirlə və mayın 27-də Tal qalasını mühasirəyə aldılar. İngilislərin vəziyyətini həm də sərhədyanı puştun tayfalarının üsyanları və Hindistanda qalxan qurtuluş mübarizəsi oldu. Bu səbəblərdən İngiltərə müharibəni davam etməkdən imatina etdi. 8 avqust 1919-cu ildə Ravalpindidə preliminar (əvvəlcədən) sülh sazişi bağlandı. 1921-ci ilin oktyabrında İngiltərə ilə Əfqanıstan arasında bağlanan ( 22noyabrda ratifikasiya olundu) sazişə görə İngiltərə Əfqanıstanın müstəqilliyini tanıdı. Əfqanıstanı müstəqil dövlət kimi birinci Sovet Rusiyası tanıdı.


Tarix: 18.02.2015 / 18:45 Müəllif: Feriska Baxılıb: 51 Bölmə: Ölkələrinə görə tarix