beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbu Ömər əl-Şişani

Tarxan Batiraşvili (gürc. თარხან ბათირაშვილი) — Suriya vətəndaş müharibəsinin iştirakçısı, keçmiş Ceyş əl-Mühacirin vəl-Ənsar qruplaşmasının komandiri, 2013-cü ilin yayından bəri İraq və Şam İslam Dövlətinin şimali Suriya əmiri.

Daha çox Əbu Ömər əl-Şişani və yaxud Ömər əl-Çeçen adları ilə tanınır. Milliyətcə kist, yəni çeçendir.
Həyatı
Tarxan Batiraşvili (gürc. თარხან ბათირაშვილი) 1986-cı ildə çeçenlərin subetnik qrupu sayılan kistlərin yaşadığı Gürcüstanın Pankisi dərəsində yerləşən Birkiani kəndində anadan olub. Atası xristian olsa da, özü müsəlmandır. Bu haqda atası Teymuraz Batiraşvili deyir:



"Üç oğlum var - üçü də islamçı olub. Mən isə xristianam, kilsəyə gedirəm. Nə mənim atam, nə də babam müsəlman olmayıblar."

Həmçinin atasının dediyinə görə, Tarxan Suriyaya getdikdən sonra yalnız bircə dəfə atasına zəng vurub və həmin telefon danışığı zamanı Şişani çeçen qızı ilə evləndiyini, qızının doğulduğunu, ona Sofiya adının verildiyini, qızının cizgilərinin babasının cizgilərini xatırlatdığını deyib. Telefon bağlantısı zamanı Şişani atasının namaz qılıb-qılmaması ilə də maraqlanıb, atası isə ona əvvəlki kimi xristian kilsəsinə getdiyini deyib. Bunu eşidən oğlu telefonunu qapadıb və bir daha atasına zəng etməyib.

Yeniyetmə vaxtı
Yaşadıqları Pankisi dərəsi İkinci Çeçen Müharibəsində üsyançıların əsas tranzit bölgələrindən biri olduğundan müharibənin qızğın vaxtlarında atası Temuri ilə, 13-14 yaşlı Tarxan çeçen mücahidlərə kömək olmaq üçün gizlin yollarla Rusiyaya keçmiş və bəzən də mücahidlərlə birgə rus qoşunlarına qarşı mübarizə aparmışdı.

Hərbi xidmətdə
Məktəbi bitirdikdən sonra Gürcü Ordusunda xidmətə başlayan Batiraşvili burada silah və xəritə üzrə bilikləriylə fərqləndiyindən tez bir zamanda keçmiş komandiri Malxaz Topurianın rəhbərlik etdiyi xüsusi kəşfiyyat dəstəsinə qəbul edilir.

Yeni təşkil edilmiş kəşfiyyat dəstəsində çavuş rütbəsinə yüksələn Batiraşvili 2008-ci il Rus-Gürcü müharibəsi vaxtı gürcü tərəfdən ön cəbhədə xidmət etmiş, rus tank kolonlarının kordinatlarını gürcü artilleriya birliklərinə ötürmüşdür.

Gürcüstan Müdafiə Nazirliyi bildirir ki, 2010-cu ilin sentyabr ayında Batiraşvili qanunsuz silah saxlamada ittiham edilərək 3 il müddətinə həbsə məhkum edilmişdir. Onun haqqında 16 ay həbs çəkdikdən sonra 2012-ci ilin önlərində ölkəni dərhal tərk etdiyi iddia edilir.

Suriya vətəndaş müharibəsində
Atası Teymuraz Batiraşvilinin dediyinə görə oğlu həbsdə olduğu müddətdə oğlunun təffəküründə köklü dəyişiklik baş verib və İslamı qəbul edib. Amnistiyaya düşüb azadlığa çxdıqdan sonra isə o, Suriyaya yollanıb.

2012-ci ilin yay aylarında Suriyaya gələn Şişani burada əsasən mühacirlərdən - çeçenlərdən, azərbaycanlılardan və digər Qafqazdan gəlmiş döyüşçülərdən ibarət olan Mühacirin Briqadasına komandirlik, əmirlik etməyə başlayıb.

2013-cü ilin noyabrında isə öz tərəfdarları ilə birlikdə İraq və Şam İslam Dövlətinə beyət edən Şişani dəfələrlə öldürüldüyü deyilməsinə baxmayaraq 2014-cü ilin iyun ayında Says piko sazişinə əsasən çəkilmiş İraq-Suriya sərhədlərinin dağıdılması ilə əlaqədar nitq söyləyərkən dünya gündəminə gəlib.

Digər adları
Ömər əl-Çeçen
Əbu Ömər əl-Şişani
Ərəbcədə «ç» səsi olmadığından bu səs «ş» kimi oxunur. Belədə «çeçen» sözü «şişan» kimi tələffüz edilir və yazılır.


Tarix: 18.02.2015 / 18:05 Müəllif: Feriska Baxılıb: 261 Bölmə: Ölkələrinə görə tarix