beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqları təcavüzdən qorumaq üçün bunları edin!

Fiziki və cinsi zorakılıq uşaqlarda ömür boyu silinməyən izlər buraxır.

Tabloid.az xəbər verir ki, günümüzdə tez-tez uşaqlara qarşı baş verən təcavüz halları həm ölkə daxilində, həm də bütün dünyada xüsusilə aktual problemdir. Bəzi hallarda baş verən təcavüz hallarının qətl və ya intiharla nəticələnməsi cəmiyyət daxilində artıq həyəcan təbilinin çalınmağın vacibliyini önə çıxarır.

Hər gün xəbərlərdə və müxtəlif informasiya portallarında eşitdiyimiz təcavüz hadisələrində uşaqları necə qoruya bilərik?

İlk olaraq bütün valideynlər heç bir təcavüz və istismar hadisəsinə səssiz qalmamağı bilməlidirlər. Bununla yanaşı, əvvəlcədən bəzi tədbirləri də görmək vacibdir. Bunlardan ən vacibi uşaqlara özünü qorumağı öyrətməkdir. Biz lazımi qədər uşaqları qorusaq da, onlara özlərini qorumağı öytərməsək, istədiyimiz nəticəni də əldə edə bilmərik.

Hər bir uşaq yaşına uyğun olaraq bəzi təhlükələri hiss edərək özünümüdafiə edə bilər.

Bunun üçün aşağıdakı təklifləri diqqətinizə çatdırırıq:

Tanımadığı insanların ona toxunmağa, öpməyə və qucaqlamağa icazə verməməli;
Ona toxunan olduğu təqdirdə yüksək səslə valideynini səsləməsi və qorxmadan qışqırmağı;
Valideyndən heç bir sirrin saxlanmamağı;
İcazəsiz yaxın belə olsa heç bir yerə getməməyi;
Yad bir insanın hər hansı təklifini icazəsi qəbul etməməyi;
Başqa insanların maşınına, velosipedinə minməməyi;
Hər hansı bir yerdə itərsə, bağlı bir yerə girməməsini və yüksək səslə "Mən itmişəm" deyə qışqırmağı;
Dostları ilə görüşəcəyi təqdirdə valideynlərinə onların adlarını, telefon nömrələrini və ünvanlarını deməyi;
Hər hansı bir səhv hərəkət etsə də, valideynlərinə xəbər verməyi;
İstəmədiyi şeylərə "Yox" deməyi;
Qorxduğu təqdirdə ən yaxındakı insanlara xəbər verməyi;
Bütün hallarda səsindən istifadə etməyi və təhlükə hiss etdiyi anda yüksək səslə qışqırmaqdan çəkinməməyi;

Bütün bu sadalananlarla yanaşı, vacib qayda isə uşağın adını, valideynlərini adını və soyadını, yaşadığı ünvanı və telefon nömrələrinin öyrədilməsidir. Təqribən 2 və 2.5 yaşdan sonra bütün uşaqlar bu qaydaları öyrənə bilmək bacarığına malikdir.

Qeyd edək ki, uşaqlara bu qaydaları hadisələri şişirtmədən və lazımsız təşviş yaratmadan öyrətməyə çalışın. Uşaqlara yad insanlara qarşı diqqətli davranmağı öyrədərkən onları qorxaq, inamsız və özünə qapalı hala gətirməyin.


Tarix: 06.01.2015 / 16:48 Müəllif: Aziza Baxılıb: 79 Bölmə: Valideynə məsləhət