beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağınızı çəkdiyi rəsmlə tanıyın

Xəyal gücünün və yaradıcılığın zirvəsi olan uşaqlıq dövründə ən sevilən fəaliyyətlərdən biri şəkil çəkməkdir. Bəzən sevinclərini, bəzənsə kədərlərini kağızlara tökərək daxili dünyalarının şəklini çəkər uşaqlar. Bu şəkillərin birinə baxaraq deyil, ümumiyyətlə, hansı cizgilər və hansı rənglər istifadə edildiyinə diqqət yetirərək uşağın psixologiyasını çözə bilərsiz.

Uşaqların çəkdiyi rənglər daxili dünyalarını əks etdirir
Uşağınız rəsm çəkməyə həvəslidirsə, buna mane olmayın. Əksinə, siz də onunla birgə rəsm çəkin. Bu, daha çox fayda verəcək. Uşaqlar bəzən özlərini ifadə edə bilmək üçün danışdıqlarının anlaşılmadığını düşünərək qəzəblənə bilərlər və bu halda özlərini sərbəst şəkildə ifadə edə biləcəkləri tək yer rəsmləri olur.

İstifadə olunan hər rəngin, hər cizginin bir mənası var
Uşaqların çəkdiyi rəsmlər onların daxili dünyasına açılan bir qapıdır. Hər rəsm onun düşüncəsi və ətrafı ilə arasındakı problemlərə dair bir məlumat verir. Kağızın ölçüsü, güllərin kağızda yerləşdirilmə şəkli, rənglər, hətta qələmin qalın, ya yumşaq olması da bir ipucudur. Uşaq hansı rəngi sevirsə, rəsmdə ən çox o rəngə üstünlük verər. Tünd rənglər pessimizmin, açıq rənglər isə xoşbəxtliyin işarəsidir.

Qara, qəhvərəngi pessimizm, narıncı sosial biri
Şəkil səhifəsini əhatə edən iri cizgilər daxili nəzarət zəifliyi, hiperaktivlik, diqqət dağınıqlığı, qorxu, kiçik cizgilər isə qorxaqlıq və içinə qapalı olduğunu göstərir.
Rəsmdə qəhvərəngi, qara rənglər üstünlük təşkil edirsə, qorxu, pessimizmi, qırmızı rəng iddialılığı, dalaşqanlığı, çəhrayı, sarı, narıncı kmi rənglər isə sevilən, sakit, işi sevən və sosial biri olduğunu göstərir.


Tarix: 06.01.2015 / 16:31 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Valideynə məsləhət