beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlarınızın yataq və dərs otaqları rahatdırmı?

Əziz valideynlər, niyyət və ümidlərimizin tək ünvanı olan uşaqlar nə qədər sağlam, rahat və xoşbəxt böyüsələr, gələcəkdə arzularımıza uyğun inkişaf edəcəkləri üçün etibarlı təminat yaratmış oluruq. Uşağın şəxsiyyət kimi formalaşması, gələcəkdə cəmiyyətdə özünə layiqli yer tuta bilməsi üçün lazım olan bütün keyfiyyətlərin başlanğıcını məhz uşaq yaşlarından götürür, evdən, bağçadan götürür.

Fiziki cəhətdən sağlam böyüdüyü kimi, əxlaqi-mənəvi cəhətdən kamil olması, ətrafındakılara münasibəti, qarşılıqlı etimad və ehtiram və s bu kimi nəcib keyfiyyətlərə məhz bu yaşlarından sahib olurlar. Ona görə də uşaq byütmək məsələsində, uşaq tərbiyəsində heç adi məsələ yoxdur. Hər şey vacibdir və adi saydığımız hər məsələ biri-digəri ilə əlaqələnərək olacaq pis və ya yaxçının bütövünü yaradırlar.
Belə məsələlərdən biri də uşaqlar üçün evdə yaradılan yataq və iş şəraitidir. Uşaqlar üçün otaq seşilməsi, bu otaqların sahəsi, işıqlı olması, interyerlər, divarlar, pərdələrin rəngi, mebellər, mebellərin modelləri çox diqqətlə, uşaqların yaş və psixologiyasına uyğun seçilib yerləşdirilməlidir. Bunlar uşağınızın rahat istirahəti və ya məhsuldar, yaradıçı işləməsi üçün mühüm məsələrdir.
Deyin, övladlarınız üçün ayrıca otağınız varmı, onları mebel və sair ləvazimatlarla təmin edə bilmisinizmi?


Tarix: 06.01.2015 / 16:29 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Valideynə məsləhət